Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1519/2025 10.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X17 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə məhkəməyə müraciət edərək, 25 yanvar 1997-cı il tarixdə anadan olmuş oğlum X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməklə onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs oğlu X5r. O, 25 yanvar 1997-cı ildə Goranboy rayonunda anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinayə dair rəyindən görünür ki, oğlu Sərxan Əhmədov ikinci dərəcəli əlil olmaqla, müddətsiz X19 gerilik xəstəsidir. Oğlu öz hərəkətlərini ölçüb-biçmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, oğlu özü gəlməlidir ki, sənədlərə imza etsin və s. Təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən görünür ki, oğlu orta əqli gerilik xəstəsi olduğundan özü bunları edə bilmir. Onda ona bildirirlər ki, gərək o məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzində qəyyum görsün. Oğluna bir ana kimi özü qulluq edir. Ona lazım olan bütün başqa işləri də o görür. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili X8 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Melki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA №0935120 seriyalı surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Goranboy rayonun Rəhimli kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA №6598426 seriyalı surətindən görünür ki, X9 xx.xx.1997-ci il tarixdə Goranboy rayonun Rəhimli kəndində anadan olmuşdur. AR Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 5-45/2-7-68-099/2025 nömrəli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq övladı X2 üzərinə qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunub. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik Hüquqi şəxs “Goranboy rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 18-1- 39/2-V-437-10xx-xx-1004/2025 nömrəli, 28 iyun 2025-ci il tarixli arayışdan görünür ki, X6 ağır dərəcəli kəmağıllılıq, nitq inkişafından qalma və qulluq, müalicə tələb edən ciddi davranış pozuntuları vardır; Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 ikinci qup (X19 gerilik) müddətsiz əlildir; Goranboy rayon Veyisli İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 346756 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X13 ilə Ərizəçi arasında nikah 22 may 1991-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Veyisli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş XİX-ЖГ seriyalı 363103 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X7 xx.xx.1995-ci il tarixdə, Goranboy rayonunda doğulmuşdur, atası X13, anası Ərizəçidır; Goranboy rayon Veyisli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş XİX-ЖГ seriyalı 463411 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X9 xx.xx.1997-ci il tarixdə, Goranboy rayonunda doğulmuşdur, atası X13, anası Ərizəçidır; Goranboy rayon Veyisli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş XVİİ-ЖГ seriyalı 452411 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X10 xx.xx.1994-cü il tarixdə, Goranboy rayonunun Rəhimli kəndində doğulmuşdur, atası X13, anası Ərizəçidır; Maraqlı şəxs Başçısının Rəhimli kənd İ.Ə.D Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci iltarixli 83 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən Goranboy rayonu Rəhimli kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Ərizəçi hazırkı tələb üzrə 100 manat dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3732 saylı rəyindən görünür ki, X3 “X19 Gerilik”(F71) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (yoxlanılan şəxs sepsis keçirməsi, anadan olduqdan sonra qıcolma, həmyaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi qeyri-aydın olmaqla təkbir sözlərdən ibarət olması,) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında ‘X19 gerilik. İQ-35 diaqnozu ilə İİ qrup əlil olması, hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər orta dərəcədə əqli geriliyin müəyyən olunması, maraq dairəsinin adi təlabatları ödəməkdə məhdudluğu və s.) sübut edir. 25 yanvar 1997ci il təvəllüdlü X3 “X19 gerilik” müəyyən edilir, 25 yanvar 1997-ci il təvəllüdlü X9 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Buna görə də görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb təmin olunmalı, belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də, 25 yanvar 1997-ci il tarixdə Goranboy rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 yanvar 1997-ci il tarixdə Goranboy rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X20
Məhkəmə qərarları › İş №2(045)-1519/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1519/2025
10.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver