Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1580/2023 19.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi, Üçüncü şəxs X1 iştirakları ilə, Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 41 saylı qərarı ilə, JN 103F, KOD 50900148 olan şəhadətnaməyə əsasən Goranboy rayonu, Todan kəndində ayrılmış 0,25 ha torpaq sahəsinə dair şəhadətnamənin paylı mülkiyyət hüququ üzrə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, “torpağın mülkiyyətə verilməsinə” dair JN 103F, KOD 50900148 saylı şəhadətnaməyə əsasən onun Goranboy rayonu, Todan kəndində yerləşən paylı mülkiyyət hüququ üzrə torpaq sahəsi vardır. Həmin şəhadətnamədə atasın adı səhvən «İmaməddin» kimi yazılmalı olduğu halda, «İmamverdi» kimi göstərilmişdir. X2 2009-cu ildə vəfat etmişdir. Hal-hazırda sözügedən torpaq sahəsi ilə bağlı vərəsəlik və alğı-satqı etdirmək istədiyi halda şəhadətnamədə olan səhvlə əlaqədar bunu edə bilmir. Bununla bağlı maraqlı şəxs İqtisadi inkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinə müraciət edilmiş, bunun onların səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Belə ki, onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində və digər hüquqmüəyyənedıci bütün sənədlərində ata adı “İmaməddin" kimi qeyd olunmuşdur. Odur ki, bu yanlışlıqla bağlı məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 bildirdi ki, şəhadətnamədə göstərilən şəxslər bir ailənin üzvləridir. Həyat yoldaşı X5 2009-cu ildə vəfat etmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qızının ata adı səhvən “İmamverdi” kimi qeyd edilmiş, əslində isə “İmaməddin” olmalıdır. Həmin səhv ona və ailə üzvlərinə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında çətinlik yaradır. Səhvlərin düzəldilməsi və ərizənin təmin edilməsi onun mənafeyinə toxunmur. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-103F, KOD 50900148 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 41 saylı qərarına əsasən 0,25 hektar torpaq sahəsi Goranboy rayon Todan kənd sakinləri X5, X1 və Ərizəçi İmamverdi qızının mülkiyyətinə verilmişdir; Goranboy rayon Todan kənd icra nümayəndəliyi tərəfindən verilmiş V-ЖГ seriyalı 379054 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında nikah 14 iyun 1995-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Todan kənd icra nümayəndəliyi tərəfindən verilmiş XX-ЖГ seriyalı 295035 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci ildə Goranboy rayonu, Todan kəndində doğulmuş, atası X6, anası X3r; Goranboy rayon Todan kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 337354 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30.01 2009-cu ildə “kardiogen şok, kəskin ifarkt” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********72 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayon Todan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-103F saylı şəhadətnamədə hansı səbəbdən Ərizəçi əvəzinə səhv olaraq Ərizəçi İmamverdi qızı kimi yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 41 saylı qərarına əsasən, 0,25 hektar torpaq sahəsi əslində Ərizəçi ayrılsa da, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-103F, KOD 50900148 nömrəli şəhadətnamədə “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi İmamverdi qızı” sözləri yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN JN-103F, KOD 50900148 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-103F, KOD 50900148 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1580/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1580/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver