Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-159/2023 01.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X3 qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlakın Kadastırı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi göstərilməklə) “Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məhkəməyə müraciət edərək, JN-703 KOD 50904016 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının onlara- X1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclası 01 fevral 2023-ci il tarixə saat 11:00-a təyin edilmiş, lakin buna baxmayaraq tərəflər məhkəmə iclasına təkrar gəlməmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Tərəflər göstərilən tarixlərdə məhkəməyə gəlməmişlər, Ərizəçi3 27 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinın geri qaytarma barədə ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş matriallarında olan xx.xx.2022-ci il tarixli, 1134 saylı qəbzdən görünür ki, Ərizəçi3 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlakın Kadastırı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi göstərilməklə) “Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-159/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-159/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver