Məhkəmə qərarları › İş №2(045)-1613/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1613/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1613/2024 29.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Goranboy rayon notariat kontoru, Goranboy rayon notariat ofisi, X4 qarşı üçüncü şəxslər X7, DƏDRX PHŞin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “Alğı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Goranboy rayon notariat kontoru, Goranboy rayon notariat ofisi, X4 qarşı üçüncü şəxslər X7, DƏDRX PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “Alğı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş qayda, forma və məzmununa riayət edilməyərək, iddia ərizəsində X3 şəxsiyyətini eyniləşdirmə məlumatları qeyd olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Goranboy rayon notariat kontoru, Goranboy rayon notariat ofisi, X4 qarşı üçüncü şəxslər X7, DƏDRX PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “Alğı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etsələr də iddia tələbində hansı tarixli müqavilənin ləğv edilməsini konkret olaraq göstərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmçinin iddiaçılar cavabdeh Goranboy rayon notariat kontoru, Goranboy rayon notariat ofisi, X5, üçüncü şəxslər kimi X6, DƏDRX PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsini göstərdiyi halda iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərnii iddia ərizəsinə əlavə etməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.3-cü maddəsinə əsasən İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 31161 nömrəli qəbzdən görünür ki, İddiaçı4 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Goranboy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-667/2024 nömrəli qərardadı ilə xx.xx.2024-cü il tarixli qəbz üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçılara geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Goranboy rayon notariat kontoru, Goranboy rayon notariat ofisi, X4 qarşı üçüncü şəxslər X7, DƏDRX PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “Alğı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Goranboy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-667/2024 nömrəli qərardadı ilə xx.xx.2024-cü il tarixli 31161 nömrəli qəbz üzrə dövlət rüsumunun qaytarılması nəzərə alınsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar