Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-175/2023 24.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X44 qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, X18 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, X18, Ərizəçi2, və Ərizəçi3 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN 275, KOD 50904016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara yəni, X12, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 və X13 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, Dövlət Aktında göstərilən şəxslər onun ailə üzvləridir. Goranboy rayonunda Aqrar İslahat aparılarkən, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli 25 saylı qərarı ilə onların şəxsi mülkiyyətinə Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində 3.09 ha kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-275 KOD 50904016 sayı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Dövlət Aktında mülkiyyətçilərdən mərhum X1 səhvən “Movlayeva” kimi, Ərizəçi1 soyadı səhvən “Movlayev” kimi, Ərizəçi3 soyadı, "Movlayeva” kimi, Ərizəçi2 soyadı və adı səhvən “Movlayeva Gülnaz” kimi, Ərizəçi4 adı səhvən “İlhamə” kimi yazılmışdır. Ona Görə də Dövlət Aktında göstərilmiş səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastırı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət olunmuş, lakin xahişi müsbət həll olunmamış və onlara məhkəməyə müraciət etməyi məsləhət olunmuşdur. Bu barədə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastırı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 27 oktyabr 2022-ci il tarixli **********31 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onunla yanaşı qeyd olunan mülkiyyətçilər onun övladları və həyat yoldaşıdır. Həmin dövlət aktında onun soyadı “Mövlayev” əvəzinə səhv olaraq “Movlayev” kimi, qızlarının və mərhum həyat yoldaşının soyadı və adı səhv yazılmışdır. Bu yanlışlıq onlara dövlət tərəfindən verilən subsidiyaları almaq hüquqlarının olmasının təsdiq edilməsi üçün lazımdır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı “İlahə” əvəzinə səhv olaraq “İlhamə” kimi qeyd edilmişdir. Bu yalnışlıq ona və ailə üzvlərinə notariat və digər dövlət orqanlarında əməliyyat aparılması üçün çətinlik törədir. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı “Mövlayeva” əvəzinə səhv olaraq “Movlayeva” kimi qeyd edilmişdir. Bu yalnışlıq ona və ailə üzvlərinə notariat və digər dövlət orqanlarında əməliyyat aparılması üçün çətinlik törədir. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 teleqramla məhkəməyə müraciət edərək, təyin olunmuş məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, ərizəni müdafiə etdiyini və məhkəmə iclasının iştirakı olmadan məhkəmə keçirlməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 275, Kod 50904016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 3,09 hektar torpaq sahəsi Goranboy rayonu, Qızılhacılı kənd sakinləri X9, X20, X14, X15, X16 və X10 mülkiyyətinə verilmişdir; Goranboy kənd sovetliyi tərəfindən verilmiş İ-SL seriyalı 295316 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə X19 arasında nikah 08 dekabr 1975-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlnaması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Mövlayeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 222298 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.2021-ci ildə “kardiogen şok” səbəbindən ölmüşdür; İsmayıllı rayon Soltankənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 524485 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X22 arasında nikah 25 fevral 2010-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Cəfərova” soyadı verilmişdir. Rusiya Federasiyası Ryazan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-OB seriyalı 598813 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 16 mart 2019-cu ildə ölmüşdür; Goranboya Rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə Goranboya Rayon Qızılhacılı Bələdiyyəsi tərəfindən birgə tərtib edilmiş aktdan görünür ki, JN-275 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilər kimi X24, X33, X27, X28, X29 və X2 yazılmışdır, əslində olan X21, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 və X17r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********31 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-275 saylı dövlət aktında hansı səbəbdən X26 əvəzinə səhv olaraq X3, Ərizəçi3 əvəzinə səhv olaraq X5, X22 əvəzinə səhv olaraq X6, X30 əvəzinə səhv olaraq X7, X31 əvəzinə səhv olaraq X11, X23 əvəzinə səhv olaraq X4 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 2000-ci il tarixli, 25 saylı qərarına əsasən 3,09 hektar torpaq sahəsi əslində X12, Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və X13 ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN 275, Kod 50904016 nömrəli dövlət aktında mülkiyyətçilərin adları texniki səhv olaraq X24, X33, X27, X28, X29 və X4 yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN JN 275, Kod 50904016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12, Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və X13 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 275, Kod 50904016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12, Ərizəçi1, Ərizəçi4, Ərizəçi2, Ərizəçi3 və X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-175/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-175/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver