Məhkəmə qərarları › İş №2(045)-176/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-176/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-176/2023 25.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X27 qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 vəkili X5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 ərizə ilə və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək JN 0199, Kod 50901004 saylı “torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktının” X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, Dövlət Aktında göstərilən şəxslər bir ailənin üzvləridir. Goranboy rayonunda Aqrar İslahat aparılarkən, Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli, 35 saylı qərarı ilə onların şəxsi mülkiyyətinə Goranboy rayonunun ərazisində 7,26 ha kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-0199 KOD 50901004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. X28 təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. Dövlət Aktında məhrum nənəsinin adı “Xatun” əvəzinə səhvən "Xatın” kimi, “Ərizəçi1” adı səhvən “Gülnarə” kimi, “Ərizəçi2” atasının adı səhvən "İsaq" kimi, “Ərizəçi3” soyadı səhvən “Məmmədova", kimi “Ərizəçi5” soyadı səhvən “Məmmədova" kimi, “Ərizəçi4” soyadı səhvən “Məmmədova", ata adı "İlham" qızı kimi yazılmışdır. Dövlət Aktında 7-cı sırada göstərilən X4 göstərilən şəxs isə onların ailə üzvü deyildir və onlar belə bir şəxsi tanımır. Ona görə də, Dövlət Aktında göstərilmiş səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət etmiş, lakin xahişi müsbət həll olunmamış və onlara məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir. Dövlət Aktında olan səhv onların mülkiyyətçilərin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına çətinliklər törədir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 vəkili X15 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən şəxslər X11 başqa bir ailənin üzvləridir. Dövlət aktında ərizəçilərin adları, soyadları və ata adlarında müxtəlif səhvlər buraxılmış və həmin səhvlər ərizəçilərə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında çətinlik yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 0199, Kod 50901004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarila qaydada təsdiq olunmuş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli, 35 saylı qərarına əsasən 7.26 hektar torpaq sahəsi Goranboy şəhər sakinləri X2, X1, Ərizəçi2 İsaq oğlunun, X7, X8, X9 və X12 mülkiyyətinə verilmişdir; Goranboy Şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi1 Ərizəçi2 anası, Ərizəçi4 bacısı, Ərizəçi3 həyat yoldaşı, Ərizəçi5 övladıdır; Goranboy Şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair 50901028 saylı Dövlət Aktının yeddinci sətrində göstərilən X20 adlı şəxs Nümayəndəlikdə qeydiyyatda yoxdur və bu adlı şəxs Nümayəndəlik ərazisində yaşamır, Dövlət aktında göstərilən şəxslərlə heç bir qohumluq əlaqəsi yoxdur; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı 400788 nömrəli arayışdan görünür ki, X13 xx.xx.2001-ci ildə “kardioskleroz, aterosklerotik” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********19 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0199 saylı dövlət aktında hansı səbəbdənailə üzvü olmayan X12 adının qeyd olunması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli, 35 saylı qərarına əsasən 7,26 hektar torpaq sahəsi əslində X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN 0199, Kod 50901004 nömrəli dövlət aktında “X13” əvəzinə səhv olaraq “X14” kimi, “Ərizəçi1” əvəzinə səhv olaraq “X3” kimi, “Ərizəçi2” əvəzinə səhv olaraq “Ərizəçi2 İsaq oğlu” kimi, “Ərizəçi3” əvəzinə səhv olaraq “X16” kimi, “Ərizəçi5” əvəzinə səhv olaraq “X17” kimi, “Ərizəçi4” əvəzinə səhv olaraq X18” kimi yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN 0199, Kod 50901004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 0199, Kod 50901004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X6, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar