Məhkəmə qərarları › İş №2(045)-178/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-178/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-178/2023 24.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN 400, Kod 50910018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, onlar, yəni xx xxxxxx 1963-cü ildə Goranboy rayonunun Cinliboluslu kəndində doğulmuş Ərizəçi1 və xx xxxxx 1970-ci ildə doğulmuş Xəlilova X6 rayonunun Boluslu kəndində yaşayırlar. Ərizəçi1 adı şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində “Ərizəçi1”, “Ərizəçi2" qızının” adı şəxsixyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində "Ərizəçi2” yazılmasına baxmayaraq, onların ailəsinə verilən JN- 400, KOD 50910018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında texniki səhv olaraq "Ərizəçi1 Məhəmməd oğlu” və "X3” kimi yazılmışdır. Adlarının Dövlət aktında səhv yazıldığına görə Dövlət tərəfindən pay torpaq sahiblərinə verilən subsidiyaları ala bilmirlər. Ona görə də bu uyğunsuzluğu aradan qaldırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə şifahi və sonda yazılı müraciət edib xahiş etmişdirlər ki, həmin sənədin onlara məxsus olmasına dair hüquqmüəyyənedici sənədin verilməsinə köməklik edilsin. Müraciətləri müsbət həll edilməmiş, onlara cavab verilmişdir ki, sənədin həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, həmin sənədin onlara məxsusluğu faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdirlər. Qeyd olunan sənədin onlara məxsus olması faktının müəyyən edilməsi həmin torpaq sahəsinin sahiblərinə Dövlət tərəfindən edilən subsidiyaları almağa, hüquqlarının olmasının təsdiq edilməsi üçün lazımdır. Onlar, hüquqlarından istifadə edə bilmirlər və hesab edirlər ki, onlar Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli qərarı ilə mülkiyyətiə verilən 1, 20 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin mülkiyyətçiləri olduğundan bu barədə məhkəməyə ərizə verməkdə haqlıdılar. Qeyd olunan sənədlərlə sübut edilir ki, onlara verilən JN-400, KOD 50910018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında adının texniki səhv olaraq “Ərizəçi1 Məhəmməd oğlu” və “X3” kimi yazılmışdır. Onlar, başqa qaydada qeyd olunan sənədin onlara məxsus olmasını sübut edə bilmədiyindən məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı “Məmməd” əvəzinə səhvən “Məhəmməd" kimi və həyat yoldaşının soyadı və ata adı Ərizəçi2” əvəzinə səhvən “X8” qızı kimi qeyd edilmişdir. Bu yanlışlıq onlara dövlət tərəfindən edilən subsidiyaları almaq hüquqlarının olmasının təsdiq edilməsi üçün lazımdır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, məhkəmə iclasınıın onun iştirakı olmadan keçirlməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 400, Kod 50910018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 1,20 hektar torpaq sahəsi Goranboy rayonu, Cinli Boluslu kənd sakinləri Ərizəçi1 Məhəmməd oğlunun və X2 mülkiyyətinə verilmişdir; Qasım İsmayılov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 365545 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X4 arasında nikah 21 iyun 1990-cı il tarixdə bağlanmış və bu barədə nikahın bağlnaması haqqında akt qeydləri kitabında 65 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Xəlilova” soyadı verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********34 nömrəli, xx.xx.2022-ci il tarixli və **********97 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayonu Balakürd qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-400 saylı dövlət aktında hansı səbəbdən Ərizəçi1 əvəzinə səhv olaraq Quliyev Ərizəçi1 Məhəmməd oğlu kimi, Ərizəçi2 əvəzinə səhv olaraq X1 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Goranboya Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 564 və 565 nömrəli arayışlardan görünür ki, JN-400 saylı “dövlət aktında” texniki səhv olaraq mülkiyyətçilər kimi Ərizəçi1 Məhəmməd oğlu və X3 yazılmışdır, əslində olan Ərizəçi1 və X5r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 1,20 hektar torpaq sahəsi əslində Ərizəçi1 və Ərizəçi2 ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN 400, Kod 50910018 nömrəli dövlət aktında “Ərizəçi1” əvəzinə səhv olaraq “Ərizəçi1 Məhəmməd oğlu” və “Ərizəçi2” əvəzinə səhv olaraq “X3” yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN JN 400, Kod 50910018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 400, Kod 50910018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar