Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1786/2023 14.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Goranboy Rayonu Notariat Kontoruna və Azərbaycan Respublikasının DƏDRX-nın 7 saylı Ərazi İdarəsinə qarşı “Miras mülkə vərəsə tanınması tələbi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Xoylu kəndində yerləşən atası X1, anası X2 miras qalmış 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, 0,07 ha həyətyanı torpaq sahəsinin və 0,55 ha pay torpaqlarının qanun üzrə vərəsəsi olduğu üçün həmin miras mülkə vərəsə tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının tələbi məhkəmə qaydasında baxılmalı işlər kateqoriyasına daxil deyil, yəni miras qalmış mülkə vərəsə kimi tanınma qanunla müəyyən edilmiş hüquq olduğu üçün həmin məsələyə aidiyyəti notariat ofisində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 153-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15188 saylı qəbzdən görünür ki, İddiaçı 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktları normalarına əsasən hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya rəsmi qaydada verilməlidir. Qeyd olunanlara və MPM-in 153, 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİM: İddianın yolverilməzliyinə görə İddiaçı “Miras mülkə vərəsə tanınması tələbi” barədə iddia ərizəsi qəbul edilməkdən imtina edilsin, ərizəyə əlavə olunmuş bütün sənədlər və ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Goranboy Rayonu Notariat Kontoruna müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1786/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1786/2023
14.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver