Məhkəmə qərarları › İş №2(045)-187/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-187/2023

24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-187/2023 24.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxslərə mənsub olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-398, KOD 50910018 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ata adının səhvən “Həsən”, həyat yoldaşı Ərizəçi2 ata adının səhvən “Nürəddin” yazılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, o, Ərizəçi1 15 aprel 1989-cu ildə Goranboy rayonu Cinli-Boluslu (hal-hazırda Boluslu) kəndində doğulmuşdur. O və ailəsi Goranboy rayonu Boluslu kəndində qeydiyyatda olduğu və yaşadığı üçün Goranboy rayon Aqrar islahat Komisiyası tərəfindən 1999-cu ilin fevral ayının 17-də verilmiş 07 saylı Qərarla pay torpaqları və həyətyanı torpaqlar bölünmüşdür ona da ailəsi ilə birlikdə həm pay həm də həyətyanı torpaq sahəsi verilmişdir. Uzun illərdir ki, həmin torpaq sahələri onların istifadəsindədir. Hazırda ailəsinə məxsus olan pay torpaq sahəsinin dövlət aktını hansı idarə və ya təşkilata təqdim edirsə də, “torpağa mülkiyyət hüququna dair” JN-398, KOD 50910018 nömrəli Dövlət aktında onun atasının adının səhvən “Həsən”, həyat yoldaşı Ərizəçi2 atasının adının səhvən “Nürəddin” kimi yazılması onalrın işlərinin düzəlməsinə mane olur. Həmin sənəddə olan yalnışlığın aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi müraciət etmiş, lakin həmin idarə tərəfindən ona ünvanlanan məktubda Dövlət aktında olan səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, «Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və həyat yoldaşının ata adı “Ərizəçi1” əvəzinə səhv olaraq “Ərizəçi1 Həsən oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhv olaraq “Ərizəçi2 Nürəddin qızı” kimi qeyd edilmişdir. Həmin səhvlər onlara torpaq sahəsi üzrə hüquqularının qeydiyyata alınmasında çətinlik törədir. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, «Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və həyat yoldaşının ata adı “Ərizəçi2” əvəzinə səhv olaraq “Ərizəçi2 Nürəddin qızı”, “Ərizəçi1” əvəzinə səhv olaraq “Ərizəçi1 Həsən oğlu” kimi qeyd edilmişdir. Həmin səhvlər onlara torpaq sahəsi üzrə hüquqularının qeydiyyata alınmasında çətinlik törədir. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-398, KOD 50910018 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 1,28 hektar torpaq sahəsi Goranboy rayon Cinli-Boluslu kənd sakinləri Ərizəçi1 Həsən oğlunun və X2 mülkiyyətinə verilmişdir; Goranboy rayon Cinli-Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş Vİ-ЖГ seriyalı 425410 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X3 arasında nikah 02 dekabr 1995-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Alıyeva” soyadı verilmişdir; Goranboya Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi ilə Goranboya Rayon Boluslu Bələdiyyəsi tərəfindən birgə tərtib edilmiş aktdan görünür ki, JN-398, KOD 50910018 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilər kimi Ərizəçi1 Həsən oğlu və X1 yazılmışdır, əslində olan Ərizəçi1 və Ərizəçi2dır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********01 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayonu Balakürd qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-398 saylı dövlət aktında hansı səbəbdən Ərizəçi1 əvəzinə səhv olaraq Ərizəçi1 Həsən oğlu kimi, Ərizəçi2 əvəzinə səhv olaraq Ərizəçi2 Nürəddin qızı kimi yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 1,28 hektar torpaq sahəsi əslində Ərizəçi1 və Ərizəçi2 ayrılsa da, «Torpağa mülkiyyət hüququna dair” JN- 398, KOD 50910018 nömrəli dövlət aktında “Ərizəçi1” əvəzinə səhv olaraq “Ərizəçi1 Həsən oğlu”, “Ərizəçi2” əvəzinə səhv olaraq “Ərizəçi2 Nürəddin qızı” yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN-398, KOD 50910018 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 305-307, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-398, KOD 50910018 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar