Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1890/2025 24.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X23 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə məhkəməyə müraciət edərək, 13 avqust 2008-ci il tarixdə anadan olmuş X5nı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməklə onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs X5dır. O, 13 avqust 2008-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. X5 doğulduğu gündən hal-hazıra qədər müddətsiz birinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Bu barədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair sənədlərini ərizəmə əlavə edir. Qızı öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Eyni zamanda danışa bilmir, öz fikirlərini ifadə edə bilmir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, qızı özü gəlməlidir ki, sənədlərə imza etsin. Bildirir ki, qızı xəstə olduğundan, nitqi olmaması səbəbindən özü bunu edə bilmir. Onda ona bildirmişlər ki, gərək o məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzində qəyyum görsün. Qızına ondan başqa baxan, qulluq edən yoxdur. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Melki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA №0192777 seriyalı surətindən görünür ki, X14 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA №6572977 seriyalı surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA №4334255 seriyalı surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. AR Maraqlı şəxs Başçısının Xan Qərvənd Kənd İƏDÜ Nümayəndəliyi xx.xx.2025-ci il tarixli 399 nömrəli məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq övladı X7 üzərinə qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 92 nömrəli, X1 Çıxarışdan görünür ki, X16 aşağı ətraflarda vətər gərginliyi, psixi inkişafın ləngiməsi, alaliya, Spastik serebral iflic diaqnozu qoyulmuşdur; Azərbaycan Respublikası ƏƏSMN-in 253600 nömrəli vəsiqəsinin surətinə əsasən, X16 əlildir; Goranboy rayon Xanqərvənd kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı ******* nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən, X14 ilə Ərizəçi arasında nikah 19 dekabr 2007-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Veyisli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı 436693 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi xx.xx.1987-ci il tarixdə, Xanqərvənd kəndində doğulmuşdur, atası X4, anası X2r; Goranboy rayon VVAQ tərəfindən verilmiş XVİİ-ЖГ seriyalı 452174 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X14 xx.xx.1983-cü il tarixdə, Xanqərvənd kəndində doğulmuşdur, atası X12, anası X3r; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Ərizəçi hazırkı tələb üzrə 100 manat dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 383 saylı rəyindən görünür ki, X8 “X21 X17 Dərəcəli (İmbesillik Dərəcəsində) Əqli Gerilik” (F72.0) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (yoxlanılan şəxs zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvatliğı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında X21 X17 Dərəcəli (İmbesillik Dərəcəsində) Əqli Gerilik” (F72.0) diaqnozu ilə psixi vəziyyətinə görə Öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil, bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər Ağır Dərəcəli (İmbesillik Dərəcəsində) Əqli Gerilik (zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvatliğı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. 13 avqust 2008-ci il təvəllüdlü X8 “Ağır Dərəcəli (İmbesillik Dərəcəsində) Əqli Gerilik” müəyyən edilir, 13 avqust 2008-ci il təvəllüdlü X16 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətində deyil. Buna görə də görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb təmin olunmalı, belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X16 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də, 13 avqust 2008-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 13 avqust 2008-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd Kəndində anadan olmuş X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X24
Məhkəmə qərarları › İş №2(045)-1890/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1890/2025
24.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver