Məhkəmə qərarları › İş №2(045)-192/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-192/2025

22.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-192/2025 22.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi oğlunun (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra vermiş olduğu dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05 sentyabr 1981-ci il tarixdə Goranboy rayonunun Rəhimli kəndində anadan olmuş X3nı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs onun X3dır. O, 05 sentyabr 1981-ci ildə Goranboy rayonunun Rəhimli kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin tədiqlənmiş surətindən görünür ki,Validə Cəfərova həqiqətən onun bacısıdır. X3 ağıl zəifliyinin kəskin forması diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Bu barədə olan İ qrup uşaqlıqdan əlil vəsiqəsinin surətini məhkəməyə təqdim edir. Bacısı öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı idarə-təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, bacısının özü gəlməlidir ki, sənədlərə imza etsin. Bacısı isə xəstə olduğu üçün özü bunları edə bilmir.Ona bildirirlər ki, gərək bacın məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzindən qəyyum görsün. Bacısının ondan başqa heç kimi yoxdur, bu səbəbdən də bacısına o qulluq edir. Ona görə də məhkəməyə müraciət edir. İndi istəyir ki, X3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin, (bu onun üçün çox ağır olsa da) onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 ekspertiza rəyi ilə razı olduğunu və ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qasım-İsmayılov rayonu Çalaberti kənd sovetliyi tərəfindən verilmiş İ-ЖГ seriyalı 338379 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Qasım-İsmayılov rayonu, Rəhimli kəndində doğulmuş, atası X12, anası X4r; Qasım-İsmayılov rayonu Çalaberti kənd sovetliyi tərəfindən verilmiş Vİİİ-ЖГ seriyalı 346129 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1973-cü ildə Qasım-İsmayılov rayonu, Çalaberti kəndində doğulmuş, atası X12, anası X4r; Goranboy rayonu Veyisli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 105189 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 24 noyabr 2004-cü ildə “kardiogenşok, miokardın kəskin infarktı” səbəbindən ölmüşdür; Goranboy rayonu Veyisli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 105189 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci ildə “kardiogenşok” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, X2 imbesillik səviyyəsində oliqofreniya diaqnozu ilə birinci qrup müddətsiz əlildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 957 saylı rəyindən görünür ki, X1 imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X10 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən Kəskin imbesillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən tələb təmin olunmalı və Goranboy rayonu Rəhimli kəndində 05 sentyabr 1981-ci il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Goranboy rayonu Rəhimli kəndində 05 sentyabr 1981-ci il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar