Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-193/2023 24.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X12 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 Saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxslərə mənsub olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-191, KOD 50900158 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının digər mülkiyyətçilərlə yanaşı mərhum anası X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Goranboy rayonunda Aqrar İslahat aparılarkən Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 16 nömrəli qərarına əsasən onların şəxsi mülkiyyətinə Goranboy rayonunun Xanqərvənd kəndində 1.13 ha pay torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-191 KOD 50900158 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Onlara verilən JN-191 KOD 50900158 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında mərhum anasının adı “X9” əvəzinə “X11” kimi səhv yazılmışdır. Halbuki, AZ-İ № 686901 “Ölüm haqqında şəhadətnamə”dən də göründüyü kimi anasının adı “X6r”. Dövlət Aktını verən orqan tərəfindən həmin səhvin düzəldilməsi qeyri-mümkündür. Çünki 5 fevral 2015-ci il tarixli Prezidentin Sərəncamı ilə həmin orqan, AR Torpaq və Xəritəçəkmə komitəsi ləğv olunmuşdur. Ona görə də “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında olan səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi məktubla ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Dövlət Aktında olan səhvə görə o, torpaq sahəsi üzərində hüquqlarımn dövlət qeydiyyatına aldıra bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, «Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun mərhum anasının soyadı, adı və ata adı “X9” əvəzinə səhvən soyadı, adı və ata adı “X11" kimi qeyd edilmiş və bu yanlışlıq ona torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaq üçün lazımdır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 191, Kod 50900158 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarına əsasən 1,13 hektar torpaq sahəsi Goranboy rayon Xanqərvənd kənd sakinləri X7, Ərizəçi və X1 mülkiyyətinə verilmişdir; Qasım İsmayılov rayon Xanqərvənd kənd sovetliyi tərəfindən verilmiş, İ-ЖГ seriyalı 338532 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1973-cü ildə Qasım İsmayılov rayonunun Xanqərvən kəndində doğulmuş, atası X4, anası X6r; Qasım İsmayılov rayon Xanqərvənd kənd sovetliyi tərəfindən verilmiş, V-ЖГ seriyalı 273718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 iyul 1977ci ildə Qasım İsmayılov rayonunun Xanqərvən kəndində doğulmuş, atası X4, anası X6r; Goranboy rayon Xanqərvənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş, AZ-İ seriyalı 686901 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə “mədə xərcçəngi, xərçəngin ioksikasiyası” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı 034625 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə “qaraciyərin sirrozu” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********66 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayonu Balakürd qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-191 saylı dövlət aktında hansı səbəbdən X9 əvəzinə səhv olaraq X11 kimi yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarına əsasən 1,13 hektar torpaq sahəsi əslində X5, Ərizəçi və X2 ayrılsa da, «Torpağa mülkiyyət hüququna dair” JN 191, Kod 50900158 nömrəli dövlət aktında “X9” əvəzinə səhv olaraq “X11” yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN 191, Kod 50900158 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X5, Ərizəçi və X2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 305-307, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-191, Kod 50900158 nömrəli «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X5, Ərizəçi və X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-193/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-193/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver