Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2265/2024 29.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı qalıqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona 2017-2023-cü illər ərzində artıq iş saatlarına, qeyri iş günləridə işə cəlb edilməyə və axşam və gecə növbəsində xidmətdə təyin edilməyimə görə qanunvericiliklə nəzərdə tutulan lakin ödənilməmiş aylıq əmək haqqı qalıqları olan 16000 (on altı min) manat pul məbləğinin tam olaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, cavabdeh kimi iddia tələbinin yönəldiyi Cavabdeh tələbə cavab verməli olmayan tərəfdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin: 3-cü bəndinə əsasən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs işəgötürən hesab olunur; 16-cı bəndinə əsasən fərdi əmək mübahisəsi əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Göründüyü kimi işəgötürən mütləq şəkildə işçi ilə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək səlahiyyətinə malik olmalıdır. İş materiallarına əlavə edilmiş elektron hökümət portalından çıxarılmış sosial arayışdan görünür ki, işçi İddiaçı ilə əmək münasibətlərinə məhz işəgötürən Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi tərəfindən xitam verilmişdir. Lakin, hazırda iddia tələbi idarəyə qarşı deyil, Cavabdehnə qarşı qaldırılmışdır. Qeyd olunanlara əsasən və MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı qalıqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2265/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2265/2024
29.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver