Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-232/2023 07.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X25 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər X1, X7, X2, X5 və X11 iştirakları ilə, Ərizəçi (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə, X8, X17, X9, X13 və X19 maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonun Aqrar İslahat Komissiyasının 27 iyun 2000-ci il tarixli 24 saylı qərarı əsasında şəxsi mülkiyyətə 3,08 ha torpaq sahəsi verilməsi barədə tərtib edilən JN-0029 KOD ******* saylı dövlət aktının Ərizəçi və X18 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuş, hal-hazırda da həmin qəsəbədə yaşayır. Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahənin “torpağa mülkiyyət hüququna dair” JN-0029 saylı dövlət aktında onun və rəhmətlik anasının adının səhv yazılması ilə əlaqədar ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən idarədən bildiriblər ki, ona və ailə üzvlərinə məxsus Goranboy rayonu Qızılhacılı qəsəbə ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “torpağa mülkiyyət hüququna dair” JN-0029 saylı dövlət aktında hansı səbəbdən “Ərizəçi” əvəzinə səhv olaraq “Ərizəçi qızı”, “X23” əvəzinə səhv olaraq “X24” kimi yazılması onlara məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Sözügedən uyğunsuzluğun araşdırılaraq düzəldilməsi üçün aidiyyəti olaraq məhkəməyə müraciət etməyim məqsədə uyğun olardı. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən şəxslər bir ailənin üzvləridir. Dövlət aktında “X20” əvəzinə səhv olaraq “Ərizəçi qızı” və rəhmətlik anasının adı “Minə” əvəzinə “Mina” kimi səhv olaraq qeyd edilmiş. Dövlət aktında olan səhvlər ona və ailə üzvlərinə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında çətinlik yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X19 bildirdi ki, dövlət aktında onun atası “X20” əvəzinə səhv olaraq “Ərizəçi qızı” kimi və rəhmətlik nənəsinin adı “Minə” əvəzinə “Mina” kimi səhv olaraq qeyd edilmiş. Dövlət aktında olan səhvlər ona və ailə üzvlərinə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında çətinlik yaradır. Həmin səhvlərin aradan qaldırılması və ərizənin təmin edilməsi onun hər hansı mənafeyinə toxunmur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər maraqlı şəxslər X8, X17, X9 və X13 maraqlı şəxs X11 izahatına oxşar izahat verərək, ərizənin təmin edilməsinin onların mənafeyinə toxunmadığını bildirdilər. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 0029, Kod 50994016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 27 iyun 2000-ci il tarixli, 24 saylı qərarına əsasən 3,08 hektar torpaq sahəsi Goranboy rayon Qızılhacılı kənd sakinləri X14, Ərizəçi qızının, X1, Ərizəçi, X7, X2, X5 və X11 mülkiyyətinə verilmişdir; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 105159 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 06 noyabr 2004cü il tarixdə “beyinə qan sızma” səbəbindən ölmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********43 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0029 saylı dövlət aktında hansı səbəbdən Ərizəçi əvəzinə səhv olaraq Ərizəçi qızı kimi, X23 əvəzinə səhv olaraq X6 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyinin və Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin birgə tərtib edilmiş aktından görünür ki, JN-0029 saylı dövlət aktında həqiqətən Ərizəçi və X15 adlarında səhvə yol verilərək “Ərizəçi qızı” və “X24” yazılmışdır. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 27 iyun 2000-ci il tarixli 24 saylı qərarına əsasən 3,08 hektar torpaq sahəsi əslində X18, Ərizəçi, X3, X12, X4, X10 və X16 ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN 0029, Kod 50994016 nömrəli dövlət aktında “Ərizəçi” əvəzinə səhv olaraq “Ərizəçi qızı”, “X23” əvəzinə səhv olaraq “X24” yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN 0029, Kod 50994016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi və X18 da məxsus olması faktı müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 0029, Kod 50994016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi və X18 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-232/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-232/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver