Məhkəmə qərarları › İş №2(045)-250/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-250/2023

21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-250/2023 21.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X2 qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs kimi Cavabdeh göstərilməklə) “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Təhlə kəndində yerləşən anası X1 ölümündən sonra açılmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktənın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə, ərizəçinin geri qaytarma barədə ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 259.*.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 26*.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan 29.12.2*22-ci il tarixli, 76*1 saylı qəbzdən görünür ki, ərizəçi İddiaçı 1** (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ərizə baxılmamış saxlanılmaqla ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-26* və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı (maraqlı şəxs kimi Cavabdeh göstərilməklə) “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair ərizə üzrə müki iş baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər, ödənilmiş 1** (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar