Məhkəmə qərarları › İş №2(045)-262/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-262/2023

12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-262/2023 12.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ərizəsinə, Goranboy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 internet sayitlərində yaymış olduqları məlumatların, onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkəyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi və həmin məlumatları yaydıqlarına görə ondan üzr istəmələri cavabdehlərin üzərinə qoyulsun və məcbur olunsun. Cavabdehlərdən onun xeyrinə müştərək qaydada 10000 (on min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclası 12 aprel 2023-cü il tarixə saat 11:00-a təyin edilmiş, lakin buna baxmayaraq tərəflər məhkəmə iclasına təkrar gəlməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, tərəflər göstərilən tarixdə məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 12759 saylı qəbzdən görünür ki, İddiaçı 130 (bir yüz otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə tələbinə dair müki iş baxılmamış saxlanılsın və ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar