Məhkəmə qərarları › İş №2(045)-275/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-275/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-275/2023 04.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X10 qızının katibliyi, Ərizəçi1 (həm də Ərizəçi2 nümayəndəsi), Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs kimi göstərilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0005, KOD 50901028 saylı “Toprağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının Maraqlı şəxs2 və X6 ilə yanaşı onlara da məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, o, Ərizəçi1 xx xxxx 1956-cı ildə Goranboy rayonu Şahməmmədli kəndində anadan olmuş, hazırda da ailəsi ilə birlikdə Goranboy rayonu Şahməmmədli kəndində yaşayır. O və ailəsi Goranboy rayonu Şahməmmədli kəndində qeydiyyatda olduğu və yaşadığı üçün Goranboy rayon X5 tərəfindən 1998-ci ilin dekabr ayının 09-da verilmiş 40 saylı Qərarla pay torpaqları və həyətyanı torpaqlar bölündü və ona da ailəsi ilə birlikdə həm pay həm də həyətyanı torpaq sahəsi verildi. Uzun illərdir ki, həmin torpaq sahələri onların istifadəsindədir. Hazırda ailəsinə məxsus olan pay torpaq sahəsinin dövlət aktını hansı idarə və ya təşkilata təqdim edirsə də, torpağa mülkiyyət hüququna dair JN-0005, KOD 50901028 nömrəli Dövlət aktında onun soyadının və ata adının səhvən (X3), həmçinin oğlunun adının səhvən (X7) yazılması onların işlərinin düzəlməsinə mane olur. Həmin sənəddə olan yalnışlığın aradan qaldırması üçün İNYƏMDX DƏDKRPHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən ona ünvanlanan məktubda Dövlət aktında olan səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etməli olduğu ona izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 (həm də Ərizəçi2 nümayəndəsi) ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən şəxslər bir ailənin üzvləridir. Dövlət aktında onun soyadı və ata adı “Ərizəçi1” əvəzinə səhv olaraq “X3” kimi, həmçinin oğlu Ərizəçi2 adı səhvən “Elman” kimi qeyd edilmişdir. Dövlət aktında olan səhvlər ona və ailə üzvlərinə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında və verilən subsidiyalardan yararlanmasında çətinlik yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 bildirdi ki, dövlət aktında göstərilən şəxslər bir ailənin üzvləridir. Dövlət aktında onun əri Ərizəçi1 soyadı və ata adı səhv olaraq “X3” kimi və oğlunun adı “Elşat” əvəzinə səhv olaraq “Elman” kimi qeyd edilmişdir. Həmin səhvlər ona və ailə üzvlərinə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında çətinlik yaradır. Səhvlərin düzəldilməsi və ərizənin təmin edilməsi onun mənafeyinə toxunmur. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər Maraqlı şəxs3 Maraqlı şəxs2 izahatına oxşar izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-0005, KOD 50901028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarına əsasən 1.62 hektar torpaq sahəsi Goranboy rayon Şahməmmədli kənd sakinləri X1, Maraqlı şəxs2, X4 və Maraqlı şəxs3 mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********55 nömrəli, xx.xx.2022-ci il tarixli və **********62 nömrəli, xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayon Şahməmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0005 saylı dövlət aktında hansı səbəbdən Ərizəçi2 əvəzinə səhv olaraq X2 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarına əsasən 1,62 hektar torpaq sahəsi əslində Ərizəçi1, Maraqlı şəxs2, Ərizəçi2 və Maraqlı şəxs3 ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN-0005, KOD 50901028 nömrəli dövlət aktında “Ərizəçi1” əvəzinə səhv olaraq “X3” və “Ərizəçi2” əvəzinə səhv olaraq “X7” kimi yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN-0005, KOD 50901028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Maraqlı şəxs2, Ərizəçi2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-0005, KOD 50901028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Maraqlı şəxs2, Ərizəçi2 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar