Məhkəmə qərarları › İş №2(045)-293/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-293/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-293/2023 10.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə İmei kodu **********19225 Xiaomi Redmi 9T markalı telefon üçün 502,40 (beş yüz iki manat, qırx qəpik) manat ödənilməmiş hissə, 50,60 (əlli manat, altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə İmei kodu **********39538 Samsung Galaxy A21 S markalı telefon üçün 459,80 (dörd yüz əlli doqquz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 45,20 (qırx beş manat, iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 1058 manat borcun və 30,58 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMCdən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********19225 Xiaomi Redmi 9T markalı telefon, İmei kodu **********39538 Samsung Galaxy A21 S markalı telefon almış və nəticədə 1058 (min əlli səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 538,40 (beş yüz otuz səkkiz manat, qırx qəpik) manat (18 ay x 28,80 manat + 20 manat ilkin ödəniş) İmei kodu **********19225 Xiaomi Redmi 9T markalı telefon üçün ümumilikdə, 553 (beş yüz əlli üç) manat olmaqla ondan 502,40 (beş yüz iki manat, qırx qəpik) manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunmuş 50,60 (əlli manat, altmış qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 535,80 (beş yüz otuz beş manat, səksən qəpik) manat (12 ay x 43,40 manat + 15 manat ilkin ödəniş) İmei kodu **********39538 Samsung Galaxy A21 S markalı telefon üçün ümumilikdə, 505 (beş yüz beş) manat olmaqla ondan 459,80 (dörd yüz əlli doqquz manat, səskən qəpik) manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunmuş 45,20 (qırx beş manat, iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 112 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Xiaomi Redmi 9T markalı telefonu cəmi 538,40 manata almışdır. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan Samsung Galaxy A21 S markalı telefonu cəmi 535,80 manata almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehin ödənilməmiş 962,20 manat borcu, 95,80 manat cərimə olmaqla, cəmi 1058 manat borcu vardır. xx.xx.2022-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30,58 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin əsas borcun ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, tələb bu hissədə tam təmin edilməli və Cavabdeh "xxxx" MMC-nin xeyrinə 962,20 manat məbləğində əsas borc pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 95,80 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 30,58 (otuz manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı dövlət rüsumunun məbləği 30 (otuz) manat müəyyən edilməli və 0,58 (əlli səkkiz qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli Cavabdeh 962,20 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 972,20 manat borc pul, eyni zamanda iddiа ərizəsinə görə ödənilmiş 30,58 (otuz manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsinin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, 0,58 (əlli səkkiz qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 214-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 962,20 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə 972,20 manat borc pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh iddiа ərizəsinə görə ödənilmiş 30,58 (otuz manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manat hissəsinin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun, 0,58 (əlli səkkiz qəpik) manat hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar