Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-308/2023 10.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumunun (cəmi 230 manat) alınaraq iddiaçı "xxxx" ASC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “QAZ 24” markalı, **-DB- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il mayın 30-da Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi “QAZ 24” markalı, **-DB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı qəsəbəsində “CHEVROLET CRUZE” markalı, **-OV-*** dövlət nömrə nişanlı avtomobilə toqquşmuşdur. Suraxanı DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 1432 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “CHEVROLET CRUZE” markalı, **-OV-*** dövlət nömrə nişanlı avtombillə 200 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 200 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: AD seriyalı 304903 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “QAZ 24” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli PXA********** nömrəli müqaviləyə əsasən sığortalı X3 mülki məsuliyyəti sığortaçı "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır (“QAZ 24” minik markalı,** DB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi); Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən xx.xx.2021-ci il tarixdə saat 16:45-də Bakı şəhəri, Suraxanı rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir. Avtonəqliyyat vasitəsinin markası və modeli “QAZ 24”, dövlət qeydiyyat nişanı **-DB-*** mülkiyyətçisi Cavabdeh2, hadisə baş verən anda sürücü Cavabdeh1 olmuşdur. Zərər vurulan avtomobil “CHEVROLET CRUZE” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin mülkiyyətçisi və hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X4 olmuşdur. AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 oğlu xx.xx.2021-ci il tarixdə saat 16:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində “QAZ 24” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etbarnaməsiz idarə edərkən “CHEVROLET CRUZE” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə YNH törətmiş və Quliyev X5 Xətalar Məcəlləsinin 332.1, 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Sığorta aktından görünür ki, 200 manat məbləğində vəsait "xxxx" ASC tərəfindən X2 ödənilmişdir; ********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 Cavabdeh2 məxsus “QAZ 24” minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edərkən X4 tərəfindən idarə olunan “CHEVROLET CRUZE” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə YNH törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 təqsirli bilinmiş və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.1-ci maddələrinə uyğun olaraq müvafiq protokol tərtib olunmuşdur. “CHEVROLET CRUZE” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 200 manat dəyərində qiymətləndirilmiş, sığortaçı "xxxx" ASC mülki məsuliyyətin icbari sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxsə ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə, işin hallarına və hüquqi normalara əsaslanaraq belə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyət daşımalıdır. Cavabdeh1 Mülki Məcəllənin 1096-cı maddəsinə, Cavabdeh2 isə həmin Məcəllənin 1108.2-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh1 mülki hüquq pozuntusu törətdiyinə görə, digər Cavabdeh2 isə yüksək təhlükə mənbəyinin sahibi olduğu üçün və nəqliyyat vasitəsinin Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxması sübuta yetirilmədiyinə görə məsuliyyət daşımalıdır. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalı, mülki huquq pozuntusu törətmiş şəxslə birgə məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 manat məbləğində vurulmuş zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 210-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 200 manat məbləğində vurulmuş zərər və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-308/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-308/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver