Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-310/2023 18.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********65990 Xiaomi Mİ 10T markalı telefon üçün 849 (səkkiz yüz qırx doqquz) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu SDMPDC74LQ1GG İPAD markalı tablet üçün 722 (yeddi yüz iyirmi iki) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 üçün 704 (yeddi yüz dörd) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********42940 Samsung Galaxy A12 markalı telefon üçün 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********32881 Xiaomi Mı 9T markalı telefon üçün 84 (səksən dörd) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X2, Apple Qulaqlıq üçün 83 (səksən üç) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, ümumilikdə 2942 manat borcun və ödənilmiş 49,42 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixlərindəki tarixli müqavilələrinə əsasən, İmei kodu **********65990 Xiaomi Mİ 10T markalı telefon, İmei kodu SDMPDC74LQ1GG İPAD markalı tablet, X1, İmei kodu **********42940 Samsung Galaxy A12 markalı telefon, İmei kodu **********32881 Xiaomi Mı 9T markalı telefon, X2, Apple Qulaqlıq almış və nəticədə 2942 (iki min doqquz yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1438,80 (min dörd yüz otuz səkkiz manat, səksən qəpik) manat (12 ay x 99,90 manat + 240 manat ilkin ödəniş) olan İmei kodu **********65990 Xiaomi Mİ 10T markalı telefon üçün ümumilikdə 933 (doqquz yüz otuz üç) manat olmaqla ondan 849 (səkkiz yüz qırx doqquz) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1279,60 (min iki yüz yetmiş doqquz manat, altmış qəpik) manat (yəni 12 ay x 64,30 manat + 508 manat ilkin ödəniş) İmei kodu SDMPDC74LQ1GG İPAD markalı tablet üçün ümumilikdə, 794 (yeddi yüz doxsan dörd) manat olmaqla ondan 722 (yeddi yüz iyirmi iki) manat ödənilməmiş hissə və 72 (yetmiş iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 727,20 (yeddi yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat (yəni 18 ay x 40,40 manat + 0 manat ilkin ödəniş) X1 üçün ümumilikdə, 774 (yeddi yüz yetmiş dörd) manat olmaqla ondan 704 (yeddi yüz dörd) manat ödənilməmiş hissə 70 (yetmiş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 470,40 (dörd yüz yetmiş, qırx qəpik) manat (yəni 12 ay x 39,20 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********42940 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 258 (iki yüz əlli səkkiz) manat olmaqla ondan 235 (iki yüz otuz beş) manat ödənilməmiş hissə 23 (iyirmi üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 923 (doqquz yüz iyirmi üç) manat (yəni 12 ay x 62 manat + 179 manat ilkin ödəniş) İmei kodu **********32881 Xiaomi Mı 9T markalı telefon üçün ümumilikdə, 92 (doxsan iki) manat olmaqla ondan 84 (səksən dörd) manat ödənilməmiş hissə 8 (səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 132,30 (yüz otuz iki, otuz qəpik) manat (yəni 9 ay x 14,70 manat + 0 manat ilkin ödəniş) X2, Apple Qulaqlıq üçün ümumilikdə, 91 (doxsan bir) manat olmaqla ondan 83 (səksən üç) manat ödənilməmiş hissə 8 (səkkiz) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 2294,30 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünürki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən cavabdeh iddiaçıdan Hoffmann SİAC Kondisioneri cəmi 727,20 (yeddi yüz iyirmi yeddi, iyirmi qəpik) manata almışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən cavabdeh iddiaçıdan İmei kodu **********65990 Xiaomi Mİ 10T markalı telefonu cəmi 1438,80 (min dörd yüz otuz səkkiz manat, səksən qəpik) manata almışdır. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu SDMPDC74LQ1GG İPAD markalı tableti cəmi 1279,60 (min iki yüz yetmiş doqquz manat, altmış qəpik) manata almışdır. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********42940 Samsung Galaxy A12 markalı telefonu cəmi 470,40 (dörd yüz yetmiş, qırx qəpik) manata almışdır. xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********32881 Xiaomi Mı 9T markalı telefonu cəmi 923 (doqquz yüz iyirmi üç) manata almışdır. xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan X2, Apple Qulaqlıqı cəmi 132,30 (yüz otuz iki, otuz qəpik) manata almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilələri üzrə cavabdehin ödənilməmiş 2677 manat əsas borcu, 265 manat cərimə borcu, cəmi 2942 manat borcu vardır; xx.xx.2022-ci il tarixli ********** mədaxil qəbzinə əsasən "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 49,49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh saziş üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbinin əsas borcun ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, tələb bu hissədə tam təmin edilməli və Cavabdeh "xxxx" MMC-nin xeyrinə 2677 manat məbləğində əsas borc pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 265 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia qisməm təmin edilməli, Cavabdeh 2677 manat ödənilməmiş hissə, 40 manat cərimə ümumilikdə 2717 manat borc pul və ödənilmiş 49,42 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 214-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2677 manat ödənilməmiş hissə, 40 manat cərimə ümumilikdə 2717 manat məbləğində borc pul və ödənilmiş 49,42 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-310/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-310/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver