Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-313/2023 21.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X34 qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi6, Ərizəçi4, Ərizəçi7 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 ərizə ilə məhkəməyə müraciət edərək JN 0082 Kod 50900108 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət aktının onlara yəni, mərhum əri X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7 və Ərizəçi8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən şəxslər bir ailənin üzvləridir. X19 mərhum həyat yoldaşı, Firdovsi, Yəhya, Fatma, Rüstəm, Vüsalə, Xəyalə və Gülab isə övladlarıdır. Goranboy rayonunda Aqrar İslahat aparılarkən, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli 39 nömrəli qərarı ilə onların şəxsi mülkiyyətinə Goranboy rayonunun Nadirkənd kəndi ərazisində 4.27 ha kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-0082 KOD 50900108 sayı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Dövlət Aktının təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. Dövlət Aktında mülkiyyətçilərdən mərhum əri - X2 səhvən "Hüseynov” atasının adı ‘‘Yəhya”, onun və uşaqlarının soyadı səhvən “Şükürova" kimi yazılmışdır. Ona görə də Dövlət Aktında göstərilmiş səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Lakin, xahişi müsbət həll olunmamış və ona məhkəməyə müraciət etməyi məsləhət olunmuşdur. Bu barədə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastırı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 14 dekabr 2022-ci il tarixli **********93 saylı məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən şəxslər bir ailənin üzvləridir. Dövlət aktında ərizəçilərin soyadları “Hüseynov” əvəzinə səhv olaraq “Şükürov” kimi və mərhum əri X2 “Hüseynov” ata adı “Yəhya” kimi səhv olaraq qeyd edilmiş. Dövlət aktında olan səhvlər ona və övladlarına torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında çətinlik yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər ərizəçilər Ərizəçi5, Ərizəçi6, Ərizəçi4 və Ərizəçi7 ərizəni müdafiə edib Ərizəçi1nin izahatına oxşar izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarıılmasını xahiş etmişlər. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 0082, Kod 50900108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 39 saylı qərarına əsasən 4.27 hektar torpaq sahəsi Goranboy rayon Nadirkən kənd sakinləri X11, X3, X4, X13, X12, X5, X7, X8, Ərizəçi8 mülkiyyətinə verilmişdir; Qasım İsmayılov rayon Borsunlu kənd sovetliyi tərəfindən verilmiş İ-ЖГ seriyalı 470777 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 ilə X14 arasında nikah 04 fevral 1979-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında alt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Hüseynova” soyadı verilmişdir; Goranboy rayon Rəhimli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 172192 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X15 arasında nikah 07 noyabr 2005-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında alt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “İbrahimova” soyadı verilmişdir; Goranboy rayon Nadirkənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 122067 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 xx.xx.2005-ci il tarixdə “qara ciyər serrozu” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 017282 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci ildə Goranboy rayon Nadirkənd kəndində doğulmuş X1, adını və ata adını Ərizəçi5 dəyişdirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********93 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayon Nadirkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0082 saylı dövlət aktında adlarda uyğunsuzuq vardır. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1998-ci il tarixli, 39 saylı qərarına əsasən 4.27 hektar torpaq sahəsi əslində X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN 0082, Kod 50900108 nömrəli dövlət aktında “X19” əvəzinə səhv olaraq “X23”, “Ərizəçi1” əvəzinə səhv olaraq “X16”, “Ərizəçi2” əvəzinə səhv olaraq “X17”, “Ərizəçi4” əvəzinə səhv olaraq “X25”, “X9” əvəzinə səhv olaraq “X18”, “Ərizəçi6” əvəzinə səhv olaraq “X21”, “X15” əvəzinə səhv olaraq “X22”, “Ərizəçi8” əvəzinə səhv olaraq “X26”yazılmışdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN 0082, Kod 50900108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 0082, Kod 50900108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X10, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, Ərizəçi7, Ərizəçi8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-313/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-313/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver