Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-353/2023 07.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X27 qızının katibliyi, Ərizəçi X8, Maraqlı şəxslər X4, Ərizəçi, X5, X9 iştirakları ilə, Ərizəçi X8 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi maraqlı şəxs kimi göstərilməklə, X10, Ərizəçi, X11, X19 maraqlı şəxs qismində cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X17 ərizə ilə məhkəməyə müraciət edərək, JN-022F KOD 50913028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-0034 KOD 50913028 saylı, “Toprağa mülkiyyət hüququna dair Dövlət aktının” ona da məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, o, 01 iyul 1948-ci il tarixdə Azərbaycan Respublikasının Goranboy rayonunun Həmənli kəndində doğulmuş, hal-hazırda da həmin kənddə yaşayır. Atası milliyyətcə azərbaycanlı, X12r, X18 sonra aclıq zamanı Lənkəran rayonunun Mahmudavar kəndindən Goranboy rayonunun Həmənli kəndinə köçüb gəlmişdir, 1961-ci ildə Həmənli kəndində ölmüşdür, Həmənli kəndində köhnə qəbiristanlıqda basdırılmışdır, sonradan çayın qabağını kəsəndən sonra qəbiristanlıq suyun altında qalmışdır. Sağlığında o və digər bacı qardaşları birgə bir evdə yaşayıblar. X1r. Onun və ailə üzvlərinin şəxsiyyət vəsiqəsində adları müvafiq olaraq “X17”, “X10”, “Ərizəçi”, “X19”, “X11” yazılmışdır. Onlara verilən JN-022F KOD 50913028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və JN-0034 KOD 50913028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda ata adı səhv olaraq “X16” kimi yazılmışdır. Ata adı səhv yazıldığına görə Dövlət tərəfindən pay torpaq mülkiyyətçilərinə verilən subsidiyanı, kübrəni ala bilmir. Maraqlı şəxslərə müraciət edib xahiş etmişdir ki, adının səhv yazıldığı nəzərə alınsın və ona yeni hüquq müəyyənedici sənəd verilsin. Hazırda yenidən məhkəməyə müraciət edir, çünki, başqa yolla JN-022F KOD 50913028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və JN-0034 KOD 50913028 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ona da məxsus olması faktını sübut edə bilmir. Həmin faktların müəyyən edilməsi ona Dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən subsidiyaları, kübrəni almağa hüququnun olmasının təsdiq edilməsi üçün lazımdır. O, başqa qaydada bu faktı müəyyən etdirə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi X17 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən şəxslər bir ailənin üzvləridir. Dövlət aktında və şəhadətnamədə onun ata adı “Novruz” əvəzinə səhv olaraq “Miikayıl” kimi qeyd edilmişdir. Dövlət aktında və şəhadətnamədə olan səhvlər ona və ailə üzvlərinə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında və verilən subsidiyalardan yararlanmasında çətinlik yaradır. Qeyd olunanların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X10 bildirdi ki, dövlət aktında və şəhadətnamədə göstərilən şəxslər bir ailənin üzvləridir. Dövlət aktında və şəhadətnamədə onun atası “X17” əvəzinə səhv olaraq “X16” kimi qeyd edilmiş. Həmin səhv ona və ailə üzvlərinə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasında çətinlik yaradır. Səhvin düzəldilməsi və ərizənin təmin edilməsi onun mənafeyinə toxunmur. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər maraqlı şəxslər Ərizəçi, X11, X19 maraqlı şəxs X4 izahatına oxşar izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 0034, Kod 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 1998-ci il tarixli, 03 saylı qərarına əsasən 4.27 hektar torpaq sahəsi Goranboy rayon Həmənli kənd sakinləri X7, X3, Ərizəçi X13 və X6 mülkiyyətinə verilmişdir; JN 022F, Kod 50913028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 1998-ci il tarixli, 03 saylı qərarına əsasən 0.63 hektar torpaq sahəsi Goranboy rayon Həmənli kənd sakinləri X7, X3, Ərizəçi X9 və X6 mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Goranboy rayon Həmənli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-022F saylı şəhadətnamədə hansı səbəbdən X17 əvəzinə səhv olaraq X2 yazılması idarəyə məlum deyildir. Həmin səhvin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə, proses iştirakşılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; İşin araşdırılmış halları ilə müəyyən edildi ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 28 yanvar 1998-ci il tarixli, 03 saylı qərarına əsasən 4.27 hektar və 0.63 hektar torpaq sahələri əslində X14 da ayrılsa da, “Torpağa mülkiyyət hüququna dair” JN 0034, Kod 50913028 nömrəli dövlət aktında və JN-022F, Kod 50913028 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X17” əvəzinə səhv olaraq “X16” yazılmışdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, JN 0034, Kod 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN- 022F, Kod 50913028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X14 da məxsus olması faktı müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN 0034, Kod 50913028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-022F, Kod 50913028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X14 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-353/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-353/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver