Məhkəmə qərarları › İş №2(045)-44/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-44/2025

21.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-44/2025 21.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi X1 oğlunun (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2001-ci il tarixdə Goranboy rayonunun, Todan kəndində anadan olmuş oğlu X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs oğlu X9r. O, 31 yanvar 2001-ci ildə Goranboy rayonunun Todan kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin tədiqlənmiş sürətindən görünür ki, onlar həqiqətən ana övladdır. X11 onun birinci övladıdır. Oğlu anadan xəstə doğulmuşdur. Məhkəməyə təqdim etdiyi 15 may 2020-ci il tarixli Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəsindən görünür ki, oğlu Xətai İbrahimov qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, üzvü mənşəli (USİ nəticəsində) ağır kəməğıllq, kəkələmə, nitq pozğunluğu, serebral iflicinin davamlı qalıq əlaməti, diaqnozu ilə müddətsiz birinci qrup əlildir və kənar şəxslərin qulluğuna, nəzarətinə ehtiyacı var. Oğlu öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrıayrı təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, oğlu özü gəlməlidir ki, sənədlərə imza etsin və sair. Oğlu isə xəstə olduğu üçün özü bunları edə bilmir. Onda ona bildirirlər ki, gərək oğlu məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzindən qəyyum görsün. Oğluna əsasən özü qulluq edir. X2 31 yanvar 2024-cü ildə vəfat etmişdir. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 ekspertiza rəyi ilə razı olduğunu və ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon VVADQŞ tərəfindən verilmiş AZ-İ seriyalı 020938 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 31 yanvar 2001-ci ildə Ərizəçi doğulmuş X5 atası hesab edilmişdir; Goranboy rayon VVADQŞ tərəfindən verilmiş AZ-İ seriyalı 299133 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 31 yanvar 2001-ci ildə Goranboy rayonu, Todan kəndində doğulmuş, atası X6, anası Ərizəçidır; Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 395311 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 31 yanvar 2024-cü il tarixdə “baş beynin diffuz travması” səbəbindən ölmüşdür; Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, Xətai İbrahimov qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, üzvü mənşəli (USİ nəticəsində) ağır kəməğıllq, kəkələmə, nitq pozğunluğu, serebral iflicinin davamlı qalıq əlaməti, diaqnozu ilə müddətsiz birinci qrup əlildir və kənar şəxslərin qulluğuna, nəzarətinə ehtiyacı vardır. Xətai İbrahimov öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Xətai İbrahimov birinci qrup müddətsiz əlildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 685 nömrəli, 30 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X11 üzvi mənşəli (USİ nəticəsində) ağır kəmağıllıq. F 72.1 kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı vardır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3577 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X7 "Uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik"(F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar evdə təhsil alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Üzvi mənşəli (usi nəticəsində) ağır kəmağıllıq. Ağırlaşma F721. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Üzvi mənşəli (usi nəticəsində) ağır kəmağıllıq. Xəstənin kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı var. Kəkələmə (hiqqana hiqqana danışmaq). Nitq pozğunluqu. Yanaşı xəstəliklər. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonraki vəziyyət. Keçirilmiş uranoplastika əməliyyatından sonraki vəziyyəť" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Psixi Sağlamlıq Mərkəzi də "Üzvi mənşəli (usi nəticəsində yaranan) ağır kəmağıllıq. F72.1. Kənar şəxslərin qulluquna və nəzarətinə ehtiyacı var" diaqnozu təyin edilməsi), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən suallan anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enmesi" maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X7 uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir. Yoxlanılan şəxs X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X.Ş.İbrahimovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar vardır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tam sübuta yetdiyindən Goranboy rayonunun Todan kəndində 31 yanvar 2001-ci il tarixdə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Goranboy rayonunun Todan kəndində 31 yanvar 2001-ci il tarixdə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar