Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-499/2025 02.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşları 17 may 1961-ci il tarixdə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuş X7 və 20 fevral 1969-cu ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxslər onun qardaşları X8 və X5r. Vaqif Şaxverdiyev 17 may 1961-ci ildə, Alim Şaxverdiyev isə 02 fevral 1969-cu ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuşdurlar. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin tədiqlənmiş surətindən görünür ki, Vaqif Şaxverdiyev və Alim Şaxverdiyev həqiqətən onun qardaşlarıdır. X1 başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəicəsində ağıl zəifliyi, şəxsiyyətin qusur halı, yanaşı xəstəliklər H 10.4 xroniki konyuktivit nitq pozğunluğu, X9 isə daun sindromu, ağır dərəcəli əqli gerilik, nitq artikuliyasiyasiyasının spesifik pozuntusu diaqnozu ilə müddətsiz əmək qabiliyyətsizdirlər. Bu barədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətlərini məhkəməyə təqdim edir. Qardaşları öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildirlər. Bu səbəbdən onların müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı idarə-təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, qardaşları özləri gəlməlidirlər ki, sənədlərə imza etsinlər. Qardaşları isə xəstə olduqları üçün özləri bunları edə bilmirlər. Onda ona bildirirlər ki, gərək qardaşların məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər və onlar üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onların əvəzindən qəyyum görsün. Qardaşlarının ondann başqa heç kimi yoxdur, bu səbəbdən də onlara o qulluq edir. Ona görə də məhkəməyə müraciət edir. İndi istəyir ki, qardaşları məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin (bu onun üçün çox ağır olsa da), onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X17 ekspertiza rəyi ilə razı olduğunu və ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şaumyan dağ rayonunun Qaraçinar sovetliyi tərəfindən verilmiş A3 seriyalı 399760 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1963-cu ildə Şaumyan rayonu, Şəfəq kəndində doğulmuş, atası X11, anası X10r; Şəfəq kənd sovetliyi tərəfindən verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1969-cu ildə Şaumyan rayonu, Şəfəq kəndində doğulmuş, atası X11, anası X10r; Şəfəq kənd sovetliyi tərəfindən verilmiş İİ-ИЕ seriyalı 148241 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1961-ci ildə Şaumyan rayonu, Şəfəq kəndində doğulmuş, atası X11, anası X10r; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 ikinci dərəcəli müddətsiz əlildir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 birinci dərəcəli müddətsiz əlildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1269 saylı rəyindən görünür ki, X4 daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. X9 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. X12 tam fəaliyyət qabiliyyətli olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1270 saylı rəyindən görünür ki, X2 orta dərəcəli kəmağılllıq müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. MPM-in: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə Ərizəçi qardaşları X7 və X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X7 və X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmürlər və öz hərəkətlərinə rəhbərlik edə bilmirlər. Bu səbəbdən də, 17 may 1961-ci il təvəllüdlü X7 və 20 fevral 1969-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 may 1961-ci il təvəllüdlü X7 və 20 fevral 1969-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-499/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-499/2025
02.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver