Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-526/2025 04.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Goranboy RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 fəaliyyət qabliyyəti olmayan şəxs olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə rəy verilməsi üçün mülki işdə olan zəruri sənədlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X2" X5 göndərilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X2" X6 tərəfindən məhkəməyə rəy daxil olduğundan iş üzrə icraatın dayandırılması üçün əsaslar aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə ölüm haqqında şəhadətnamə təqdim edərək oğlu X1 07 oktyabr 2025-ci il tarixdə vəfat etdiyini bildirdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Goranboy rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 512903 nömrəli çıxarışdan görünür ki, X3 07 oktyabr 2025-ci il tarixdə Goranboy rayonunda ölmüşdür. Ölümün səbəbi: ürəyin kəskin işemik xəstəliyinin digər formaları. Məhkəmə, ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçinin tələbi X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi olduğundan və X3 vəfat etdiyindən mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və MPM-nin 262, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Goranboy RİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-526/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-526/2025
04.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver