Məhkəmə qərarları › İş №2(045)-58/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-58/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-58/2024 16.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy rayonunun Şəfəq kəndində yerləşən onun xüsusi mülkiyyətində olan 0,1239 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən çıxarılması, həmin torpaq sahəsinin özünə qaytarılması və ya evinə dəyən 3000 manat məbləğində maddi zərərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Goranboy rayonunun Şəfəq kəndində yaşayır. Məhkəməyə təqdim etdiyi 08 fevral 2013-cü il tarixli, RX № ******* saylı Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeserinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən verilmiş Çıxarışa əsasən, Goranboy rayonu Şəfəq kəndində yerləşən 0.1239 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.6 kv.m. olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qonşusudur. Onun hərəkətlərindən o uzun illərdir ki, çox əziyyət çəkir. Belə ki, cavabdeh uzun illərdir ki, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsini, daha doğrusu evinin arxa hissəsindən bir metrdən artıq hissəni zəbt edərək onun həmin sahədən istifadə etməyinə imkan vermir. Hələ bu az imiş kimi cavabdeh hər dəfə bağını suvaranda evinin arxa hissəsinə su salır, orada ocaq qalayaraq evi üçün təhlükə yaradır. Bunun nəticəsidir ki, artıq evinin arxa divarı yarılmışdır. Evinin hətta uçmaq təhlükəsi yaranmışdır. İşə əlavə etdiyi şəkillərdən də aydın görünür ki, evinin arxa divarı yarılmışdır. Cavabdehin qonşuya yaraşmayan, qanunsuz hərəkətlərinin nəticəsidir ki, onun təqsiri ucbatından ona üç min manatdan çox ziyan dəymişdir. O dəfələrlə cavabdehi başa salmaq istəmişdir ki ki, onlar qonşudur, etdiyi hərəkətlər düzgün deyildir. Lakin, cavabdeh onu başa düşmür. Buna görə də Goranboy rayonunun Şəfəq kəndində yerləşən onun xüsusi mülkiyyətində olan 0,1239 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən çıxarılması, həmin torpaq sahəsinin özünə qaytarılması və ya evinə dəyən 3000 manat məbləğində maddi zərərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AR ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Goranboy rayonu Şəfəq kəndində 0,1239 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy rayonu Şəfəq kənd İƏD nümayəndəliyinin 18 may 2023-cü il tarixli arayışından görünür ki, Orucov X2 rayonu Şəfəq kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2024-cü il tarixli 3-16-16/2-10/695 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 5654/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* qeydiyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Goranboy rayonu Şəfəq kəndində yerləşən 0.1239 ha torpaq sahəsi 44 kv.m hissəsindən Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* qeydiyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Goranboy rayonu Şəfəq kəndində yerləşən 0,1239 ha torpaq sahəsinin 44 kv.m. hissəsinin koordinatlarının Cavabdeh faktiki iastifadə etdiyi torpağın koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2024-cü il tarixli 3-16-16/2-10/695 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının xərci 100 manatdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə mütəxəssis rəyi üçün 100 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2023-cü il tarixli 28381 və 30540 saylı qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən ümumilikdə 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* qeydiyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Goranboy rayonu Şəfəq kəndində yerləşən 0.1239 ha torpaq sahəsi 44 kv.m hissəsindən Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX ******* qeydiyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Goranboy rayonu Şəfəq kəndində yerləşən 0,1239 ha torpaq sahəsinin 44 kv.m. hissəsinin koordinatlarının Cavabdeh faktiki istifadə etdiyi torpağın koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* qeydiyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Goranboy rayonu Şəfəq kəndində yerləşən 0.1239 ha torpaq sahəsi 44 kv.m hissəsindən Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunduğundan, iddia tələbi Goranboy rayonunun Şəfəq kəndində yerləşən iddiaçının xüsusi mülkiyyətində olan 0,1239 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsindən çıxarılması hissəsində təmin edilməlidir. Həmçinin iddiaçı evinə dəyən 3000 manat məbləğində maddi zərərin cavabdehdən alınıb ona verilməsini xahiş etsə də, fərdi yaşayış evinə dəymiş zərər və zərər məbləği barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin evinə dəyən 3000 manat məbləğində maddi zərərin cavabdehdən alınıb ona verilməsi hissəsində hər hansı mötəbər sübut təqdim etmədiyindən və tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları, ekspert və mütəxəssis rəyi, eləcə də iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş rüsum cavabdehdən tələb edilmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonunun Şəfəq kəndində yerləşən 0,1239 ha torpaq sahəsinin 44 kv. m. hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonunun Şəfəq kəndində yerləşən 0,1239 ha torpaq sahəsinin 44 kv. m. hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı qaytarılsın. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat və mütəxəssis rəyi üçün ödənilmiş 100 manat İddiaçı özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Dövlət nəfinə keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar