Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-60/2023 15.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Goranboy rayon İcra Hakimyyətinin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanı maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 noyabr 1979-cu il tarixdə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş baldızı X6 faəliyyət qabiliyyəti olmayan şəxs hesab etməklə onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs baldızı X7r. O, 14 noyabr 1979-cu ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuşdur. Baldızı xəstə olduğu üçün ailə qurmamışdır. Məhkəməyə təqdim etdiyi Dəliməmmədli qəsəbəsi İƏD üzrə nümayəndəliyinin 05 avqust 2022-ci il tarixli, 588 saylı arayışından görünür ki, baldızı X11 onun ailə tərkibinə daxildir və o, ona qulluq edir. X14 “DAUN xəstəliyi orta debillik dərəcəsində olan oliqofreniya-iradi pozğunluqlar” diaqnozu ilə 2-ci dərəcəli əlildir. Bu barədə müvafiq həkim sənədlərini və 2-ci qrup uşaqlıqdan əlil vəsiqəsinin surətini məhkəməyə təqdim edir. Baldızı öz hərəkətlərini ölçüb-biçmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən onun müavinət alması və digər məsələlərlə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər sənədlərə imza atması üçün baldızı özü gəlməlidir. X10 ruhi xəstə olduğundan özü bunu edə bilmir. Onda ona bildirirlər ki, gərək X10 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilisin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzindən qəyyum görsün. Baldızına ondan başqa baxan, qulluq edən yoxdur. Çünki valideynləri vəfat etmişdir, heç vaxt ailə qurmamış, həyat yoldaşı və övladları da yoxdur. Hətta valideynləri sağ olarkən də X8 o, baxırdı, ona lazım olan bütün başqa işləri də o, görür. Ona görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Goranboy rayon İcra Hakimyyətinin Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X9 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 582265 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə Ərizəçi arasında nikah 11 avqust 2010-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 294 nömrə ilə qeyd edilmişdir; 142014 nömrəli, 13 noyabr 2002-ci il tarixli vəsiqənin surətindən görünür ki, X10 İİ qrup əlildir; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 678- 05/70 nömrəli arayışdan görünür ki, X4 Goranboy VVAQ şöbəsində nikah akt qeydiyyatı taılmamışdır; XİV-ЖГ seriyalı, 344582 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10xx.xx.1979-cu il tarixdə Qasım İsmayılov rayonunda anadan olmuşdur. X2, X5r; Azərbaycan Respublikası “TƏBİB” publik hüquqi şəxsin Goranboy rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 612 nömrəli məktubundan görünür ki, Dəliməmmədli şəhər sakini 1979-cu il təvəllüdlü X10 xx.xx.1988-ci il tarixdən Goranboy RMX-nin ruhi-əsəb kabinetində “Daun xəstəliyi orta debillik dərəcəsində olan oliqofreniya emosional-iradi pozğunluqlar” diaqnozu ilə dispanser qeydiyyatındadır. İİ qrup əlildir; Maraqlı şəxs 29 iyul 2022-ci il tarixli, 18 nömrəli məktubundan görünür ki, Ərizəçi baldızı, xx.xx.1979-cu il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Psixonevrolji Dispanserinin xx.xx.2022-ci il tarixli, 782 nömrəli rəyindən görünür ki, X10 anadangəlmə xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ, DAUN SİNDROMU İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Goranboy MRX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 612 saylı arayış, X1 verilmiş xx.xx.2022-ci il tarixli HPK-nın tibbi qəran), anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz tərzdə cavablar verməsi, neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını izah edə bilməməsi, tənqidi funksiyalarının zəifləməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=48% və s.) imkan verir. X10 uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ, DAUN SİNDROMU İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X10 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X4 uşaqlıqdan xəstə olmaqla ona əvvəlcə müavinət, sonralar isə İİ qrup əlillik təyin edilməsi, daim valideynlərinin, sonralar qohumlarının himayəsi və nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozuntularının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz tərzdə cavablar verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını izah edə bilməməsi, tənqidi funksiyalarının zəifləməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=48% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb bu hissədə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də 14 noyabr 1979-cu il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bununla yanaşı məhkəmə ərizəçinin X10 üzərində qəyyum təyin edilməsi barədə Maraqlı şəxsin Qəyyumluq və Himayəçilik orqanına məlumat verilməsi tələbinə dair qeyd edir ki, tələb bu hissədə təmin edilməməlidir. Belə ki, fiziki şəxs üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumatın verilməsi qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə tərəfindən qətnamənin icrası qaydasında həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsi). Göründüyü kimi sözügedən məsələ qətnamənin icrası qaydasında həll edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 14 noyabr 1979-cu il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-60/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-60/2023
15.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver