Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-672/2025 26.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2005-ci il tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs X2dur. Oğlu 05 noyabr 2005-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. Oğlu X1 spastik serebral İflic xəstəliyi nəticəsində müddətsiz birinci dərəcəli əlildir. Bu barədə olan 21 noyabr 2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonucu müayinəyə dair məlumatın surətini məhkəməyə təqdim edir. Xəstəliyin əlamətidir ki, oğlu öz hərəkətlərini ölçüb-biçmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki,a yrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, oğlu özü gəlməlidir ki, sənədlərə imza etsin. Bildirir ki, oğlu xəstə olduğundan özü bunu edə bilmir. Ona görə də ona bildirirlər ki, gərək oğlu məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri oğlunun əvəzində qəyyum görsün. Oğluna ondan başqa baxan, qulluq edən yoxdur. Çünki ailə də bir həyat yoldaşı və bir oğlu var ki, onlara da o baxır. Ona görə də məhkəməyə müraciət edir. İstəyir ki, X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin, onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən övladı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayonu VVADQŞ tərəfindən verilmiş AZ-İ seriyalı 681324 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 noyabr 2005-ci ildə Gəncə şəhərində doğulmuş, atası X7, anası Ərizəçidır; Goranboy rayonu VVADQŞ tərəfindən verilmiş AZ-İ seriyalı 315845 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14 yanvar 2003-cü ildə Goranboy rayonu, Safikürd kəndində doğulmuş, atası X7, anası Ərizəçidır; Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik Hüquqi şəxs “Goranboy rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 18-1- 39/2-M-172-42-128/2025 nömrəli, 03 mart 2025-ci il tarixli arayışdan görünür ki, X1 serebral iflic, spastik dəin tetroparez, funksiyaların itirilməsi, çox ağır dərəcəli əqli nitqi inkişafdan qalma diaqnozu verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 birinci qup (kvadroplegik spastik serebral iflic) müddətsiz əlildir; Goranboy Rayon Ucra Hakimiyyəti tərəfindən verilmiş 5-45/2-0-1-099/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi övladı X3 üzərində qəyyum təyin edilməsinə dait qətnamə verilməsi üçün mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti üzə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1952 saylı rəyindən görünür ki, X4 "Uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik, davranış pozuntuları ilə" (F73.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, qıcolma tutmalannın qeyd edilməsi, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial Ekspert Komissiyasında "Kvadroplegik spastik serebral iflic" diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir, X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. V.S.Məmmədovu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə, ərizə təmin edilməli, 05 noyabr 2005-ci il təvəllüdlü, Goranboy rayonu Səfikürd kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 noyabr 2005-ci il təvəllüdlü, Goranboy rayonu Səfikürd kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-672/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-672/2025
26.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver