Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-687/2025 04.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və onun vəkili X24, Cavabdehlər Cavabdeh1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat Ofisinin baş mütəxəssisi X38 və Goranboy Rayon Notariat Ofisinin notariusu X39 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X78 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdeh3nə və Goranboy Rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamənin, vəsiyyət və qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 31 mart 2018-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun dövlət notariat kontorunda təsdiq edilən və reyestrdə 2V-103 nömrə ilə qeydə alınan vəsiyyətnamənin etibarsız hesab edilməsi, 1 saylı Gəncə regional Cavabdeh3ndə 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-144/2023 olan, Reyestrdə 2V-786 və 787 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi, 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-496/2023 olan, reyestdə 2V-788 və 2V-789 nömrə ilə qeyd edilən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən Goranboy rayonu, Məşədiqaralar kəndində 0,27 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ilkin qeydiyyat olaraq payının ümumi birgə kimi X28 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi - xx.xx.2023-cü il, Dövlət Reyestrində 29 nömrəli kitabın 48 nömrəli vərəqində qeydiyyata alınan Daşınmaz əmlakın reyestr nömrəsi **********02- 10301 olan Çıxarış barədə məlumatların və çıxarışın etibarsız hesab edilməsi, Goranboy rayonu, Məşədiqaralar kəndində 0.27 ha torpaq səhəsində yerləşən 140.60 kv.m. ölçüdə fərdi yaşayış evinin payı tam kimi Cavabdeh1 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qardaşıdır. O, Goranboy rayonunun Məşədiqaralar kəndində xx.xx.1962-ci ildə doğulmuşdur, hal-hazırda yuxarıda göstərdiyi ünvanda qeydiyyatdadır və yaşayır. O özü 20 iyul 1967-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Məşədiqaralar kəndində doğulmuş, hazırda Rusiya vətəndaşı, Rusiya Federasiyasında yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsində deyilir ki, əcnəbilərin və vətəndaşlıq hüququ olmayan şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. O da bu hüququndan istifadə edib Goranboy rayon Məhkəməsinə aşağıda qeyd etdiyi məzmunda iddia ilə müraciət edir. Belə ki, o, 12 iyun 2003-cü ildə, 06 avqust 1982-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş, halhazırda Goranboy rayonunun Məşədiqaralar kəndində yaşayan Nümayəndə ilə ailə qurub evlənmiş və bu barədə Goranboy rayonunun VVADQŞ-də nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin iyun ayının 12 günündə 49 nömrə ilə qeyd edilmişdir. Həmin AZ- İ № 022239 olan şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim edir. Birgə yaşadığı müddət ərzində 2004-cü il təvəllüdlü X71 və 2005-ci il təvəllüdlü X77 adında uşaqları doğulmuşdur. Hal-hazırda onlar Goranboy rayonunun Boluslu ərazisində olan Məşədiqaralar kəndində yaşayırlar. Bu barədə Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyin verdiyi 04 noyabr 2024-cü il tarixli 452 nömrəli arayışını məhkəməyə təqdim edir. Cavabdeh1 iddiaçı qismində Goranboy rayon Məhkəməsinə iddia ilə müraciət edərək xahiş etmişdir ki, arvadı və uşaqları Goranboy rayonunun Məşədiqaralar kəndində yerləşən onun şəxsi mülkiyyətində olan yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilsin. Məhkəməyə təqdim etdiyi iddiasında göstərmişdir ki, ev onun atasının, yəni atası X28 olmuşdur, məhkəməyə təqdim etdiyi Çıxarışda qeyd olunubdur ki, Goranboy rayonunun Məşədiqaralar kəndində yerləşən 140.60 kv.m. ibarət evi və 0.27 ha torpaq sahəsini atasının vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü ildə adına qeyd edilmişdir. Bu barədə Goranboy rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli iş № 2(045)-981/2024 iş üzrə məhkəmə bildirişini və ona əlavə edilmiş bir nüsxədə iki vərəqdən ibarət iddia ərizəsini və göndərilməsinə dair poçt zərfini məhkəməyə təqdim edir. Onun atasının və anasının ölümündən xəbəri olmamışdır, nə qardaşları, nə bacısı bu barədə ona AR MMnin 1301.1-ci maddəsinə (əgər vərəsəliyə çağırılmış, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan 3 ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyəti barədə ona bildiriş göndərməlidirlər) əsasən bildiriş göndərməli olduqları halda ona heç bir bildiriş göndərməmişlər və notariat orqanı da bu barədə ona məlumat verməli olsa da verməmişlər. O, vərəsəliyə çağırıldığını bilməmiş və mirasdan heç kimin xeyrinə imtina barədə notariat orqanına müraciət etməmişdir. Ona görə də hesab edir ki, AR MM-nin 1256 və 1262-ci maddələri onun barəsində tətbiq edilə bilməz. Çünki o, uzun müddət Rusiyada yaşamışdır. 2006-cı ildə həbs edilib azadlıqdan məhrum edilmiş, yalnız 2020-ci ildə azadlığa buraxılmış, buna görə də, AR müvafıq qanunlarına görə mirasdan ona çatası paya vərəsəlik hüququ haqqında şəhadatnamə verilməsi üçün notariat orqanına müraciət etməmişdir. Məhkəməyə təqdim etdiyi AR Ədliyyə Nazirliyinin 1 saylı Gəncə regional Cavabdeh3ndə Notariat Ofisinin Goranboy rayon Vəkil Bürosuna ünvanladığı 24 dekabr 2024-cü il tarixli 3281 nömrəli məktubundan görünür ki, anası X20 atası X33 1 saylı Gəncə regional "Asan Xidmət” mərkəzində vəsiyyətnamə verməmişdir, əlavə olaraq xx.xx.2023cü il tarixli 2V-786, 787, 788 və 789 nömrəli vərəsəlik işinin surəti göndərilir. Məhkəməyə təqdim etdiyi həmin vərəsəlik işinin 31-ci səhifəsində olan Azərbaycan Respublikasının Goranboy rayonunda 31 mart 2018-ci il saat 12.00-da təsdiq edilən vəsiyyətnamədən görünür ki, Goranboy rayonu, Məşədiqaralar kəndində qeydiyyatda olan X50 (AZE № 03026889 Naftalan RPŞ tərəfindən xx.xx.2005-ci ildə verilmiş) həmin vəsiyyətnamə ilə aşağıdakı sərəncamı vermişdir: ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Goranboy rayonu, Məşədiqaralar kəndində qeydiyyatda olan oğlu, Cavabdeh1 vəsiyyət etmişdir. Bundan əlavə aşağıdakılara sərəncam vermişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu dövlət notariusu tərəfindən ona izah edildi, vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxənin biri notariat kontorunda saxlanıldı, digər nüsxəsi vəsiyyət edənə verildi. İmza: var Гараjев Эjjуб (əl ilə yazılmışdır). Daha sonra vəsiyyətnamədə deyilir ki, X6 olduğu üçün vəsiyyətnamənin mətni notarius tərəfindən ona oxundu, onun xahişi ilə vəsiyyətnamədə əvəzinə Goranboy rayonunun Məşədiqaralar kəndində qeydiyyat olan X8 imza etdi. Lakin, digər şahidlər: X62, X63 şahidlik edərək təsdiq edirlər ki, vəsiyyətnamə texniki vasitədən istifadə etməklə notariat kontorunda tərtib olundu və vəsiyyətçi tərəfindən imza edildi. 31 mart 2018-ci ildə Cavabdeh4 dövlət notariusu X.A.X9 və X41 onun iştirakı ilə etdiyi imzaların həqiqiliyini təsdiq etmişdir. Daha sonra 31 mart 2018-ci ildə Cavabdeh4 dövlət notariusu X.A.Aslanov bu vəsiyyətnamənin notarius tərəfindən təsdiq edildiyini göstərir. Onu da qeyd edir ki, X28 əvəzinə X29 şəxsən onun iştirakı ilə imza edib, vəsiyyət edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb. Notarius qeyd edir ki, X6 olduğu üçün vəsiyyətnamənin mətni notarius tərəfindən ona oxundu, onun xahişi ilə vəsiyyətnamədə əvəzinə Goranboy rayonunun Məşədiqaralar kəndində qeydiyyatda olan Şahid: X29 imza etdi. Lakin, digər şahidlər X62 və X63 özləri şahidlik edərək təsdiq edirlər ki, vəsiyyətnamə texniki vasitədən istifadə etməklə notariat kontorunda tərtib olundu və vəsiyyətçi tərəfindən imza edildi. Bir tərəfdən notarius təsdiq edir ki, Cavabdeh1 qaynı X29 vəsiyyətçinin əvəzinə imza etdi, digər tərəfdən təsdiq edir ki, Cavabdeh1 bibisi oğlu X62 və dayısı oğlu X63 deyirlər ki, vəsiyyətçi tərəfdən imza edildi. Belə ki, məhkəməyə təqdim etdiyi Goranboy Rayon İH Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyin verdiyi 09 yanvar 2025-ci il tarixli 07 nömrəli arayışdan görünür ki, verilir həmin arayış arvadı Nümayəndə ona görə ki, Goranboy rayonunun Məşədiqaralar kəndində yaşayır və aşağıda qeyd olunan şəxslərin Cavabdeh1 oglu ilə qohumluq əlaqələri aşağıdakı kimidir. X29, Cavabdeh1 qaynıdır. X64, Cavabdeh1 arvadının bibisi oğludur. X63, Cavabdeh1 dayısı oğludur. Bu ziddiyyətli məqamları həmin vəsiyyətnamə əsasında Vərəsəlik hüququ haqqında Şəhadətamə verilərkən Gəncə 1 saylı regional "Asan Xidmət” mərkəzinin notariusu aydınlaşdırmamışdır. Ona görə də hesab edir ki, həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Məhkəməyə təqdim etdiyi Qasım İsmayılov (indiki Goranboy) rayon Qızılhacılı kənd sovetinin (indiki Qızılhacılı İcra Nümayəndəliyi) verdiyi AЗ № ******* olan doğum haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, İddiaçı 20 iyul 1967-ci ildə Azərb.SSR Q. İsmayılov rayonunun Məşədiqaralar kəndində (indiki AR Goranboy rayonu) doğulmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 1967-ci ilin avqust ayının 14-də 189 nömrə ilə lazımı qeyd edilmişdir. "Atası" X51. "Anası" X20. Məhkəməyə təqdim etdiyi AR İN yanında ƏMDXDƏDK və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Əİ tərəfindən məlumatın təqdim edilməsi barədə Goranboy rayon Vəkil Bürosuna göndərdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 6222/2024 saylı məktubundan görünür ki, "X50 və X11 adlarına Goranboy rayonu, Məşədiqaralar kəndində Goranboy rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarı ilə (JN-020F) 0.27 ha həyətyanı torpaq sahəsi və 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-190) mülkiyyətlərinə verilmişdir. X50 və X12 adlarına olmuş Goranboy rayonu, Məşədiqaralar kəndində yerləşən 1969-cu ildə tikilmiş ümumi sahəsi 140.60 kv.metr və 4 otaqdan ibarət olan fərdi yaşayış evi Goranboy rayon dövlət notariat ofisinin xx.xx.2018-ci il tarixli, 2V-103 reyestr nömrəsi ilə qeyd edilən vəsiyyətnaməyə əsasən vəfat etmiş X28 xx.xx.2023-cü il tarixli, 2V-786 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən və xx.xx.2023-cü il tarixli, 2V-788 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumə X12 vərəsəsi oğlu Cavabdeh1 əmlakdan tam hissədə irs almışdır. O, cümlədən Goranbov rayonu, Məşədiqaralar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cüi il tarixli, ********** qeydiyyat nömrəsi ilə (reyestr nömrəsi **********02- 10301) X34 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır." O, bununla razı deyil, belə ki, onlar nikahlarını xx.xx.1965-ci ildə bağlamışlar, ev, həyətyanı torpaq sahəsi və kənd təsərüfatlı təyinatlı torpaq sahəsi isə onların birgə yaşayış dövründə əldə olunmuşdur. Belə olan halda onların adına olan 140.6 kv.m. evin ½ hissəsi atasına, ½ hissəsi anasına məxsusdur. 0.27 ha olan həyətyanı torpaq sahəsinin ½ hissəsi atasına və ½ hissəsi anasına məxsusdur. 0.61 ha olan kənd təsərüfatlı torpaq sahəsinin də ½ hissəsi atasına, ½ hissəsi anasına məxsusdur, yəni bərabər hissələrdədir. Anası xx.xx.2017-ci ildə atasından əvvəl vəfat edərkən onun qanun üzrə atası və 6 uşaq, cəmi 7 nəfər vərəsəsi olmuşdur. Belə olan halda 140.6 kv.m. evin; 0,27 ha həyətyanı torpaq sahəsinin; 0,61 ha pay torpaq sahəsinin anasına məxsus olan ½ hissəsi qanun üzrə 7 nəfər vərəsələri arasında bərabər bölünməlidir. Bu halda hər bir vərəsəyə ½ hissə : 7 vərəsə = 1/14 hissədə evdən pay düşür. Evin, həyətyanı torpaq sahəsinin və kənd təsərrülatlı təyinatlı torpaq sahəsinin ½ hissəsi atasına məxsus olmuş, həmçinin o, anasının qanun üzrə vərəsələrindən biri kimi 1/14 hissədə evdən, həyətayanı torpaq sahəsindən və kənd təsərrülatlı təyinatlı torpaq sahəsindən pay almışdır. Buna görə də, o, vəsiyyətnamə tərtib edilərkən, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini tam şəkildə deyil, yalnız özünə məxsus olan hissədə vəsiyyət edə bilərdi. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 2-ci səhifəsində olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 27 iyul 2023-cü il tarixli şəhadətnamədə göstərilibdir ki, 1 saylı Gəncə regional "Asan Xidmət” mərkəzində rəsmiləşdirilən Goranboy rayonu dövlət notariat ofisi tərəfindən 31 mart 2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-103 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cii il tarixdə vəfat etmiş - X28 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi oğlu Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında Bərdə Əİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********02-10301 reyestr nömrəli, **********6 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 140.6 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.27 ha torpaq sahəsinin miras qoyan X33 məxsus hissəsindən ibarətdir. Reyestrdə 2V -786 nömrə ilə qeyd edilib, Vərəsəlik işinin nömrəsi: V-144/2023 Həmin sənəddən kimi ev, həyətyanı torpaq sahəsi tək atasının yox, ümumi birgə mülkiyyətdə olması göstərilir. Həm də tək torpaq sahəsinin ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağa qoyulmaması (hansı torpaq sahələri də qeyd edilmir) göstərilir. Evin isə ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgəninkiləşdirilməsinə qadağa qoyulmaması barədə heç nə deyilmir. Notariat orqanına lazım gəlirdi ki, evin də ipoteka ilə yüklü edilməməsini, həbs altında olmamasını və özgəninkiləşdirilməsinə qadağa qoyulmamasını aydınlaşdırsın, lakin notariat orqanı bunu aydınlaşdırmamışdır. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 4-cü səhifəsində olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 27 iyul 2023-cü il tarixli şəhadətnamədə göstərilibdir ki, 1 saylı Gəncə regional "Asan Xidmət" mərkəzində rəsmiləşdirilən Goranboy rayonu dövlət notariat ofisi tərəfindən 31 mart 2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-103 nömrəsi ilə qevd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş - X28 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - DTXK Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2002-cü il tarixdə verilmiş seriya nömrəsi JN-0190, KOD- 50910028 “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət aktına əsasən Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 0.61 ha torpaq sahəsindən mülkün nömrəsi JN:190E olan 0.1 ha torpaq sahəsinin və mülkün nömrəsi JN: 190Q olan 0.5101 ha torpaq sahəsinin miras qoyan X33 məxsus torpaq hissələrindən ibarətdir. Reyestrdə 2V-787 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib, vərəsəlik işinin nömrəsi: V-144/2023. Burada o, bununla razı deyil. Belə ki, məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 17-ci səhifəsində yazılıbdır ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli 07 saylı qərarı ilə X30 və ailə üzvü X15 cizgidə göstərilən sərhəd daxilində 0.61 ha torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün verilmişdir. Nəzərə alınmamışdır ki, həmin 0.61 ha pay torpaq sahəsinin ½ hissəsi atası - X33, ½ hissəsi anası - X15 məxsusdur. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 8-ci səhifəsində olan Qanun üzrə vərəsəlik hüququ haqqında 27 iyul 2023-cü il tarixli Şəhadətnamədə göstərilibdir ki, 1 saylı Gəncə regional "ASAN XİDMƏT mərkəzində rəsmiləşdirilən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi: oğlu Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - DTXK Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş Seriya nömrəsi JN-0190, KOD-50910028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 0.61 ha torpaq sahəsindən mülkün nömrəsi JN: 190E olan 0.1 ha torpaq sahəsinin və mülkün nömrəsi JN: 190Q olan 0.5101 ha torpaq sahəsinin miras qoyan X17 məxsus torpaq hissələrindən ibarətdir. Reyestrdə 2V-789 № ilə qeyd edilib. Vərəsəlik işinin nömrəsi: V-496/2023. O, bununla da razı deyil. Belə ki, torpaq sahəsinin tək anası X15 məxsus olması qeyd edilir, halbuki, torpaq sahəsinin ½ hissəsi ona, ½ hissəsi atası X33 məxsusdur. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 6-cı səhifəsində olan Qanun üzrə vərəsəlik hüququ haqqında 27 iyul 2023cü il tarixli Şəhadətnamədə göstərilibdir ki, 1 saylı Gəncə regional "ASAN XİDMƏT" mərkəzində rəsmiləşdirilən Şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi: oğlu Cavabdeh1dur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 140.6 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.27 ha torpaq sahəsinin miras qoyan X15 məxsus hissəsindən ibarətdir. Reyestrdə 2V-788 № ilə qeyd edilib. Vərəsəlik işinin nömrəsi: V-496/2023. Göründüyü kimi burada evin həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması göstərilir, lakin tək Cavabdeh1 həmin miras əmlaklardan tam Cavabdeh1 1 saylı Gəncə regional "Asan Xidmət" mərkəzinə yazdığı xx.xx.2023-cü il tarixli Məhkəməyə təqdim etdiyi vərəsəlik isinin 9-cu səhifəsində olan **********297 saylı ərizəsində yazır ki, "xx.xx.2017-ci ildə onun Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yaşayan anası X20 ölmüşdür. Mirasın tərkibi ünvan 2i ünvanında yerləşən 0.61 ha torpaq sahəsinin miras qoyana məxsus hissəsindən və ünvan 2i ünvanında yerləşən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirası vəsiyyətnamə üzrə qəbul edir. Ondan başqa aşağıdakı vərəsələri var 1, 2, 3. Mirasın tərkibinə daxil olan ünvan 2i ünvanında yerləşən 0.61 ha torpaq sahəsinin miras qoyana məxsus hissəsindən və Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ona çatası hissəsəyə dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Reyestrdə 81- 16297 № ilə qeyd edilib. Göründüyü kimi Cavabdeh1 0.61 ha torpaq sahəsinin miras qoyana, yəni anası X15 məxsus hissəsindən və 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirası vəsiyyətnamə üzrə qəbul edilməsini və mirasın tərkibinə daxil olan həmin əmlaklara ona çatası hissəyə dair vəsiyyətnamə üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsini xahiş edir. Lakin, anası ona heç bir vəsiyyətnamə verməmişdir. Notariusa lazım gəlirdi ki, onun bu ərizəsini araşdırsın, notarius isə araşdırmamışdır. Məhkəməyə təqdim etdiyi Vərəsəlik işinin 10-cu səhifəsində olan Cavabdeh1 1 saylı Gəncə regional "Asan Xidmət" mərkəzinə xx.xx.2023-cü il tarixli **********590 saylı ərizəsində yazır ki, "xx.xx.2023-cü ildə mənim ünvan 2i ünvanında yaşayan atam-X52 ölmüşdür. Mirasın tərkibi: Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən 0.61 ha torpaq sahəsinin miras qoyana məxsus hissəsindən və Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirası Vəsiyyətnamə üzrə qəbul edir, ondan başqa aşağıdakı vərəsələri var: 1.-; 2.-; 3.-və ona çatası hissəsəyə dair Vəsiyyətnamə üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsini xahiş edir. Reyestrdə 81-4590 № ilə qeyd edilib. Göründüyü kimi qardaşı Cavabdeh1 0.61 ha torpaq sahəsinin miras qoyanlara, yəni X33 məxsus hissəsindən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirası Vəsiyyətnamə üzrə qəbul edilməsini və ona çatası hissəsəyə dair vəsiyyətnamə üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsini xahiş edir. Bundan başqa, onu göstərir ki, mirasın tərkibinə daxil olan 0.61 ha torpaq sahəsinin miras qoyana, yəni anası- X15 məxsus hissəsindən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış ona çatası hissəsəyə dair vəsiyyətnamə üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsini xahiş edir. Yenə də notarius anası X12 ona vəsiyyətnamə vermədiyini araşdırmamışdır. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 11-ci səhifəsindən görünür ki, atası- X50 Azərbaycan Respublikasının Goranboy rayonunun Məşədiqaralar kəndində 19.01 2023-cü ildə ölmüşdür. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 13-cü səhifəsindən görünür ki, anası X20 Azərbaycan Respublikasının Goranboy rayonunun Məşədiqaralar kəndində 01 mart 2017-ci ildə ölmüşdür. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 12-ci səhifəsində olan Evlənmək haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1933-cü ildə doğulmuş atası X50 və 1943-cü ildə doğulmuş anası X20 17 mart 1965-ci ildə nikahlarını bağlamışlar. Məhkəməyə təqdim etdiyi vərəsəlik işının 14-cü səhifəsində Arayışdan görünür ki, həmin arayış verilir Cavabdeh1 ondan ötrü ki, X28 adına Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçilər haqqında məlumat Sıra № 1. Hüquq sahibinin adı X13 ümumi birgə Ərizənin qeydiyyat nömrəsi 190 Ərizənin qeydiyyat tarixi xx.xx.2002 Sıra Ne 2. Hüquq sahibinin adı X2 ümumi birgə Ərizənin qeydiyyat nömrəsi 190 Ərizənin qeydiyyat tarixi xx.xx.2002. Bu sənəddən də görünür ki, hüquq sahibləri həm atası - X50, həm də anası -X16r. Məhkəməyə təqdim etdiyi vərəsəlik işının 15-ci səhifəsində olan Arayışdan görünür ki, həmin arayış verilir Cavabdeh1 ondan ötrü ki, X28 adına ünvan 3i ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçilər haqqında məlumat Sıra № 1. Hüquq sahibinin adı X13 ümumi birgə Ərizənin qeydiyyat nömrəsi 190 Ərizənin qeydiyyat tarixi xx.xx.2002. Sıra № 2. Hüquq sahibinin adı X2 ümumi birgə Ərizənin qeydiyyat nömrəsi 190 Ərizənin qeydiyyat tarixi xx.xx.2002. Bu sənəddən də görünür ki, Hüquq sahibləri həm atası- X50, həm də anası X16r. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 16-20-ci səhifələrində JN-0190 KOD 50910028 olan Torpağa Mülkiyyət Hüququna X96 notarial qaydada təsdiq edimiş surətindən görünür ki, Goranboy r-n AİK 17 fevral 1999-cu il tarixli 07 saylı qərarı ilə X33 və X15 cizgidə göstərilən sərhəd daxilində 0.61 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün şəxsi mülkiyyətlərinə verilmişdir. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 21 ci səhifəsində olan Cavabdeh1 tərəfindən 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzinin notariat ofisinə yazdığı ərizəsində məlum edir ki, 7 saylı ərazi idarəsi tərəfindən xx.xx.2023 il tarixdə verilmiş **********2-10301 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq istəyir. Bununla əlaqədar həmin əmlak üzrərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Arayışın "Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsini təmin etməyi xahiş edir. Məhkəməyə təqdim etdiyim vərəsəlik işinin 24-cü səhifəsində olan Arayışdan görünür ki, həmin arayış verilmişdir ondan ötrü ki, Fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sıra №-si 1. Hüquq sahibinin adı X19 ümumi birgə Qeydiyyat nömrəsi ********** Qeydiyyat tarixi xx.xx.2023 Yüklülük haqqında məlumat xx.xx.2023 10:15:18 tarixina olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. Sıra №-si 2. Hüquq sahibinin adı X5 ümumi birgə Qeydiyyat nömrəsi – Qeydiyyat tarixi – Yüklülük haqqında məlumat xx.xx.2023 10:15:18 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 25-ci səhifəsində olan dövlət reyestrindan Çıxarışda göstərilir ki, Hüququ rəsmiləşdirilən şəxs X50, Daşınmaz əmlakın ümumi sahası (kvadratmetrla) - 140.60. Torpaq sahəsinin ölçüsü (hektarla)- 0.27, Daşınmaz əmlakın reyestr nömrəsi - **********02- 10301. Hüquq sahibləri Sıra №-si 1. Hüquq sahibinin adı - X50, Payı ümumi birgə, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi - xx.xx.2023. Sıra №-si 2. hüquq sahibinin adı - X20, Payı - ümumi birga, Qeydiyyat nömrəsi Qeydiyyat tarixi. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 26-cı səhifəsində olan dövlət reyestrindan Çıxarış barədə məlumatda göstərilir ki, Hüququ rəsmiləşdirilən şəxs X50, Daşınmaz əmlakın növü - Fərdi yaşayış evi, Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 140.60. Torpaq sahəsinin ölçüsü (hektarla)- 0.27, Daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301; Sənədi verən təşkilat ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi. Qeyd 1: Daşınmaz əmlak üzərində hüquq daşınma əmlakın dövlət reyestrində 29 nömrəli kitabın 48 nömrəli vərəqində qeydiyyata alımmışdır. Qeyd 2: Hüququn yaranması üçün əsas - İlkin qeydiyyat. Hüquq sahibləri . Sıra №-si 1. hüquq sahibinin adı X50, Payı ümumi birga, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi - xx.xx.2023. Sıra №-si 2. hüquq sahibinin adı X20, Payı ümumi birga, Qeydiyyat nömrəsi: Qeydiyyat tarixi. Göründüyü kimi hətta Çıxarışlarda yazılıbdır ki, hüquq sahibləri həm atası- X50, həm də anası-X16r. Məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 33-35-ci səhifələrində olan JN-020 F KOD 50910028 "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə"nin təsdiq edilmiş surətindən görünür ki, Goranboy Rayon AİK 17 fevral 1999-cu il tarixli 07 saylı qərarı atam X33 və anası X15 0,27 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Məhkəməyə təqdim etdiyim1 saylı Gəncə Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanladığı 28 fevral 2023-cü il tarixli 557 nömrəli məktubunda yazılıbdır ki, X76 tərəfindən xahiş olunur ki, Cavabdeh1 atası X25 miras qalmış ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 0.61 ha torpaq sahəsinə dair vərəsəlik işinin başlanması üçün 1 saylı Gəncə Regional "Asan Xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Cavabdeh1 mərhum X28 vəsiyyətnamə üzrə vərəsəsidir. Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X28 adına miras qalmış Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən, ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 0.61 ha torpaq sahəsinə dair DƏDR yüklülüyün olub-olmaması barədə arayış (Forma-1) verilsin. Məhkəməyə təqdim etdiyi 1 saylı Gəncə Regional "Asan Xidmət" mərkəzində notariat ofisinin AR İN yanında ƏMDXDƏDK və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanladığı 28 fevral 2023-cü il tarixli 558 № li məktubundan görünür ki, X76 tərəfindən xahiş olunur ki, Cavabdeh1 atası X25 miras qalmış ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 0.27 ha torpaq sahasına və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərə dair DƏDR ÇİXARİŞ verilməsinə dair göstəriş verilsin. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon İH Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyin verdiyi 09 yanvar 2025-ci il tarixli 06 nömrəli arayışdan görünür ki, verilir həmin arayış arvadı Nümayəndə ona görə ki, qaynatası X50 və qaynanası X20 vəfat edənədək qeydiyyatda olmaqla Boluslu ərazisində olan Məşədıqaralar kəndində yaşamış və vəfat etmişdir. X10 maxsus olan və Goranboy rayonunun Məşədiqaralar kəndində yerləşən yaşayış evində aşağıda adları qeyd olunan şəxslər qeydiyyatdadır. 1 Gəlini - Nümayəndə- 1982 il; 2. Navasi: X71 - 2004 il: 3. Nəvəsi: X77-2005 il. Lakin, məhkəməyə təqdim etdiyi vərəsəlik işinin 27-ci səhifəsində olan Arayışında deyilir ki, "Verilir: Goranboy rayonu, Məşədıqaralar kəndi ev. Ünvanında qeydiyyatda olan Cavabdeh1 ondan ötəri ki, atası X33 və anası X15 məxsus olan, ünvan 2i ev. (Çıxarış, qeydiyyat nömrəsi: 182301259, reyestr nömrəsi: **********02-10301, qeydiyyat tarixi: xx.xx.2023) ünvanında yerləşən fərdı yaşayış evində aşağıda adları göstərilən vətəndaşlar daimi paspost qeydiyyatındadırlar: 1. Cavabdeh1. Göstərilərdən başqa daimi pasport qeydiyyatında heç kim yoxdur. Arayış verilir 1 saylı Gəncə regional “Asan xidmət" mərkəzində notariat ofisinə təqdim etmək üçün. Boluslu kənd İƏDÜ nümayəndə (əl ilə yazılmışdır) imza var Ziyadov Ş. (əl ilə yazılmışdır) Möhür var" Həmin Arayışı Cavabdeh1 Notariat orqanlarına təqdim etmişdir ki, güya həmin evdə tək o daimi pasport qeydiyyatındadır, ondan başqa heç kim pasport qeydiyyatında yoxdur və Notariat orqanları da digər vərəsələr haqqında məlumat əldə etməmiş, tək evdə pasport qeydiyyatında Cavabdeh1 olması barədə arayış almaqla kifayətlənmişdirlər, evi, həyətyanı torpaq sahəsini, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tək onun adına Vərəsəlik hüququ haqqında Şəhadətnamə vermişlər. Belə ki, məhkəməyə təqdim etdiyi Goranboy Rayon İH Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyinin xx.xx.2025-ci il № 11 Arayışında deyilir ki, "Verilir Nümayəndə ona görə ki, ünvan 2ində yaşayır və 333 saylı, xx.xx.2023-cü il tarixli Arayış həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh1 ayrı təsərrüfatdır (06 saylı ev təsərrüfatlarının uçotu kitabı, 95 saylı səhifə, 89 saylı təsərrüfat). X10 məxsus olan və ünvan 2ində yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadır: 1 Gəlini - Nümayəndə 1982 il; 2.Nəvəsi- X71- 2004 il; 3.X60 oğlu- 2005 il. Əsas 06 saylı ev təsərrüfatlarının uçotu kitabı, 14 saylı səhifə, 13 saylı təsərrüat. Arayış verilir Goranboy rayon Məhkəməsinə təqdim etmək üçün. Boluslu kənd İƏDÜ nümayəndə: imza var Ş.Ş.Ziyadov Müavini: imza var B.Y.Süleymanov Möhür var. Bundan başqa, məhkəməyə təqdim etdiyi Goranboy Rayon İH Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyın verdiyi 21 may 2024-cü il tarixli 200 nömrəli arayışdan görünür ki, verilir həmın arayış arvadı Nümayəndə ona görə ki, Boluslu ərazisində olan Məşədiqəsalar kəndində aşağıda adları qeyd olunanlarla birgə yaşayırlar. X35- 2004 il: 2.X43 2005 il. 3.Qaynı Cavabdeh1 -1962 il, 4. Eltisi- X21- 1963 il. Əsas: 06 saylı ev təsərrüfatların uçotu kitabı, 14 saylı səhifə, 13 saylı təsərrüfat. Arayış verilir Goranboy rayon Məhkəməsinə təqdim etmək üçün Boluslu kand İƏDÜ nümayəndə imza var. Ş.Ş. Ziyadov müavini imza var B. Y. Süleymanov Möhür var. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyin verdiyi 14 iyun 2024-cü il tarixli 225 nömrəli arayışdan görünür ki, verilir həmin arayış arvadı Nümayəndə ona görə ki, Boluslu ərazisində olan Məşədiqaralar kəndində yaşayır və ailə tərkibi aşağıdakı kimidir. 1.X35- 2004 il, 2. X44 - 2005 il, 3. Qaynı Cavabdeh1 -1962 il, 4. Eltisi- X21- 1963 il. Əsas 06 saylı ev təsərrüfatların uçotu kitabı, 14 saylı səhifə, 13 saylı təsərrüfat. Arayış verilir Goranboy rayon Məhkəməsinə təqdim etmək üçün Boluslu kənd İƏDÜ nümayəndə imza var Ş.Ş. X84 var. imza var B.Y.Süleymanov Möhür var. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyin verdiyi 27 iyun 2024-cü il tarixli 227 nömrəli arayışdan görünür ki, verilir həmin arayış arvadı Nümayəndə ona görə ki, qaynatası mərhum X50 və X20 vəfat edənədək Boluslu ərazisində olan Məşədiqaralar kəndində yaşamış və vəfat etmişdir. Onun ölümündən sonra aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır: 1.X31; 2.Oğlu Cavabdeh1; 3.Oğlu - X3 deyil; 4.Oğlu- X72; 5.Oğlu- İddiaçı- Qeydiyyatda deyil: 6.Qızı- X66- Qeydiyyatda deyil. Əsas: 06 saylı ev təsərrüfatların uçotu kitabı, 14 saylı səhifə, 13 saylı təsərrüfat. Arayış verilir Goranboy rayon Məhkəməsinə təqdim etmək üçün. Boluslu kənd İƏDÜ nümayəndə imza var Ş.Ş.Ziyadov Müavini imza var B.Y.Süleymanov Möhür var. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İƏDÜ nümayəndəliyin verdiyi 05 noyabr 2024-cü il tarixli 453 nömrəli arayışdan görünür ki, verilir həmin arayış arvadı Nümayəndə ona görə ki, qayınatası X50 və qayınanası X20 vəfat edənədək qeydiyyatda olmaqla Boluslu ərazisində olan Məşədiqaralar kəndində yaşamış və vəfat etmişdir. Onların ölümündən sonra aşağıdakı ailə üzvləri qalmışdır. 1.Oğlu- X65- 1960 il; 2.Oğlu Cavabdeh1 - 1962 3.X36 1965 il; 4.Oğlu- X3 yoxdur. 5.Oğlu- İddiaçı- qeydiyyatda yoxdur; 6.Qızı- X66 qeydiyyatda yoxdur. Əsas: 06 saylı ev təsərrüfatların uçotu kitabı, 14 saylı səhifə, 13 saylı təsərrüfat. Arayış verilir Goranboy rayon Məhkəməsinə təqdim etmək üçün Boluslu kənd İƏDÜ nümayəndə imza var Ş.Ş.X84 var imza var B.Y.Süleymanov. Təqdim olunan bütün sənədlərdən görünür ki, ev, həyətyanı torpaq sahəsi tək atasının həm də anasını ümumi birgə mülkiyyətində olmuş, onun arvadı və uşağları həmin evdə qeydiyyatda olmaqla 2005-ci ildən hal-hazıra kimi yaşayırlar. Azərbaycan Respublikasının "Notariat Haqqında" Qanunun 55-ci maddəsində deyilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Lakin, qanunun bu tələbi notariat orqanları tərəfindən pozulmuşdur, onlar vərəsələrə xəbər verməli, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra biləcəkləri halda bunu etməmişlər, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün bütün lazımi tədbirləri görməmişlər. Onu da qeyd edir ki, onun cavabdehlərə qarşı olan belə məzmunlu iddia ərizəsi Goranboy rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlunun xx.xx.2025-ci il tarixli 2(045)-517/2025 nömrəli və Goranboy rayon Məhkəməsinin hakimi X22 xx.xx.2025-ci il tarixli 2(045)-599/2025 nömrəli qərardadlarına əsasən Azərbaycan Respublukasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayyət etmədiyi; 149.2.2-ci maddəsinə əsasın (iddiaçının, cavabdehlərin və digər işdə iştirak edən şəxslərin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqələrinin seriya nömrəsi, Fin, VÕEN, əcnəbilərin eyniləşdirmə məlumatları, yaşadıqları və qeydiyyatda olduqları yer barədə məlumatlar, telefon nömrələri, elektron poçt ünvanları) ərizədə göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddia bir neçə cavabdehə qarşı yönəldikdə onların hər birinə yönələn tələb ərizədə göstərilməlidir. 150.1.5-ci maddəsinə əsasən yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə əlavə edilməlidir, 152.1.7-ci maddəsinə əsasən bir və bir neçə cavabdehə bir-birə ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildikdə, 305.1 və 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yeri haqda işlərə xüsusi icraat qaydasında baxır və digər əsaslara görə iddia ərizəsi özünə qaytarılmışdır. Hazırda o, qeyd edilən çatışmamazlıqları aradan qaldırdıqdan sonra yenidən dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, onun vətəndaşlıq pasportumun surətini iddia ərizəsinə əlavə etmiş, məhkəmədə nümayəndənin, cavabdehlərin qeydiyyat yeri və yaşadıqları yer barədə məlumatları, dəqiq ünvanlarını, telefon nömrələrini, elektron poçt ünvanlarını iddia ərizədə göstərmiş, cavabdehlərə qarşı bir birə ilə əlaqəlı olmayan tələbi iddia ərizədə göstərməmiş, mirasın qəbul edilməsi faktını iddia ərizədə göstərməmişdir. Yalnız cavabdeh qardaşı Cavabdeh1 adına olan vəsiyyətnamənin, Çıxarışın, mərhum atası X28 adına olan Çıxarış barədə məlumatların və Çıxarışın etibarsız edilməsi, vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbini göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır və onların birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Onlar ünvan 2ində qeydiyyatda olmaqla yaşayırlar. Lakin, həyat yoldaşı İddiaçı uzun müddətdir ki, Rusiyada yaşayır. O, 2006-cı ildə həbs edilib azadlıqdan məhrum edilmiş, yalnız 2020ci ildə azadlığa buraxılmışdır. İddiaçı atasının və anasının ölümündən xəbəri olmamışdır, nə qardaşları, nə bacısı bu barədə ona xəbər verməmişlər. Ona görə də, o, vərəsəliyə çağırıldığını bilməmiş və mirasdan heç kimin xeyrinə imtina barədə notariat orqanına müraciət etməmişdir. Göründüyü kimi cavabdeh bundan istifadə edərək ünvan 2i ünvanında yerləşən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evini qanunsuz olaraq öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə vəkili X42 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı onun qardaşıdır. Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evi atası tərəfindən ona vəsiyyət olunmuşdur. Belə ki, anasının ölmündən sonra qanunvericiliyin tələblərinə əsasən 6 ay müddət ərzində atası Eyyub Qarayevdən başqa heç kəs qalmış mirasa sahiblik etməmişdir. Atası faktiki miras əmlakı qəbul etmiş və ona vəsiyyət etmişdir. Buna dair notariat kontorunda da rəsmləşdirilmə aparılmışdır. Eyni zamanda atası ona vəsiyyətnamə verərəkən əqli zəyifliyi müşahidə olunmamışdır. Orada iştirak edən şahidlərlə də arasında heç bir qohumluq əlaqəsi olmamışdır. Qardaşı, yəni İddiaçı də mirasın qəbulu ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, sonuncu heç bir məlumat verməmiş, çünki o, Rusiya Federasiyasında yaşayır, orada həbs olunmuş və mirasa sahiblik etməmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, onun təsərrüfatı ayrı deyildir, həqiqətən ona miras qalan mülkdə pasport qeydiyyatındadır və əvvəldən də idarəçilik onda olmuşdur. Yekunda məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat Ofisinin baş mütəxəssisi X67 izahatında göstərdi ki, X10 və mərhumə X15 məxsus əmlaklar Cavabdeh1 vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında verilmişdir. Həmin dövrdə məcburi pay hüququ ilə bağlı heç bir müraciət də daxil olmamışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, X50 və X15 birgə mülkiyyət əsasında məxsus olmuş ünvan 2ində yerləşən fərdi yaşayış evində yalnız Cavabdeh1 pasport qeydiyyatında olması barədə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 333 №-li yaşayış yeri haqqında arayışa əsaslanmaqla o, faktiki vərəsə kimi tanındığı üçün digər vərəsələrin əhati dairəsi müəyyən edilmədən X15 məxsus olan miras əmlaklar qanun üzrə vərəsəlik hüququ əsasında Cavabdeh1 tam hissədə irs verilmişdir. Əgər onun həmin ünvanda pasport qeydiyyatında olmadığı müəyyən edilsə idi (əsas: 11 №-li, xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayış), o, faktiki vərəsə kimi tanınmayaraq, mirası qəbul etmək üçün müəyyən olunmuş müddəti ötürdüyünə görə mirası qəbul etməklə bağlı müraciətindən imtina ediləcəkdir. Yekunda iddia tələbinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy rayon Notariat Kontorunun notariusu X68 izahatında göstərdi ki, X50 tərəfindən ona məxsus daşınmaz əmlaklar oğlu Cavabdeh1 vəsiyyət edilmişdir. Sənədləşmə aparılarkən vəsiyyət edənin savadsız olması müəyyən olunmuş və buna görə də, sənədləşmənin iki şahidin iştirakı ilə aparılması zərurəti yaranmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, vərəsə Cavabdeh1 tərəfindən təqdim edilmiş şahidlərin vərəsənin qohumları olması barədə hər hansı məlumat verilməmişdir. Yekunda iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X53 ifadəsində göstərdi ki, 333 №-li, xx.xx.2023-cü il tarixli yaşayış yeri haqqında arayış onun tərəfindən imzalanıb möhürlənsə də, mətndə qeyd edilən məlumatların doğruluğuna dair rəyi müavini vermişdir. Daha sonra sözgedən arayışda qeyd olunan məlumatların həqiqət olmadığı müəyyən olunaraq, onu təkzib edən 11 №-li, xx.xx.2025-ci il tarixli arayış tərtib edilmişdir. Əlavə olaraq qeyd etdi ki, bu məsələlərə görə müavini işdən azad edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X78 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 0190, Kod 50910028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 17 fevral 1999-cu il tarixli,07 saylı qərarına əsasən 0.61 hektar torpaq sahəsi Goranboy rayonu, Məşədiqaralar kənd sakinləri X28 və X12 mülkiyyətinə verilmişdir; xx.xx.2023-cü il tarixli, 2V-786 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-103 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X28 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi oğlu Cavabdeh1dur (şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü iltarixdə verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 140.6 kv/m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.27 ha torpaq torpaq sahəsinin miras qoyan X33 məxsus hissəsindən ibarətdir); xx.xx.2023-cü il tarixli, 2V-787 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-103 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X28 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi oğlu Cavabdeh1dur (şəhadətnamədə verilən miras əmlak DTXK Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN-0190, KOD 50910028 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsaəsn ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 0.61 ha torpaq sahəsində mülkün nömrəsi JN:190E olan 0.1 ha torpaq sahəsinin və mülkün nömrəsi JN:190Q olan 0,5101 ha torpaq sahəsinin miras qoyan X33 məxsus torpaq hissələrindən ibarətdir); xx.xx.2023-cü il tarixli, 2V-788 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi oğlu Cavabdeh1dur (şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü iltarixdə verilmiş **********02- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 140.6 kv/m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.27 ha torpaq sahəsinin miras qoyan X15 məxsus hissəsindən ibarətdir); xx.xx.2023-cü il tarixli, 2V-789 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi oğlu Cavabdeh1dur. (şəhadətnamədə verilən miras əmlak DTXK Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN-0190, KOD 50910028 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsaəsn ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 0.61 ha torpaq sahəsində mülkün nömrəsi JN:190E olan 0.1 ha torpaq sahəsinin və mülkün nömrəsi JN:190Q olan 0,5101 ha torpaq sahəsinin miras qoyan X15 məxsus torpaq hissələrindən ibarətdir); Notariat ofisinə ünvanlanmış ərizələrdən görünür ki, Cavabdeh1 atası X25 və anası X7 ünvan 5i ünvanında yerləşən 0.61 ha torpaq sahəsinin miras qoyana məxsus hissəsindən və ünvan 2i ünvanında yerləşən 0.27 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirası vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ əsasında verilməsini xahiş etmiş və başqa vərəsələlərinin olmaması göstərilmişdir; Qasım-İsmayılov rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş İ-ИЕ seriyalı 417885 nömrəli evlənmə haqqında şəhadətnamədən görünür ki, X50 ilə X23 arasında nikah 17 mart 1965-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Qarayeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 322441 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X50 xx.xx.2023-cü il tarixdə “durğunluq ürək çatmamazlığı” səbəbindən ölmüşdür; Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 854474 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01 mart 2017ci il tarixdə “beynə qansızma, hipertoniya” səbəbindən ölmüşdür; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi birgə mülkiyyətdə ümumi sahəsi 140.6 kv/m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.27 ha torpaq sahəsinin hüquqi sahibləri X50 (ümumi birgə) və X18r (ümumi birgə); Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 333 nömrəli, xx.xx.2023-cü il taixdə verilmiş arayışdan görünür ki, atası X33 və anası X15 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində yalnız Cavabdeh1 pasport qeydiyyatındadır; Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 11 nömrəli, 15 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Nəsibova X45 rayonu Məşədiqaralar kəndində yaşayır və 333 nömrəli, xx.xx.2023-cü il tarixli arayış həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh1 ayrı təsərrüfatdadır (06 saylı ev təsərrüfatlarının uçotu kitabı, 95 saylı səhifə, 89 saylı təsərrüfat). X10 məxsus olan və ünvan 2ində yerləşən fərdi yaşayış evində gəlini Nümayəndə, nəvəsi X71, nəvəsi X77 qeydiyyatdadır (əsas: 06 saylı ev təsərrüfatlarının uçotu kitabı, 14 saylı səhifə, 13 saylı təsərrüfat); Qasım-İsmayılov rayon ВВАГ bürosu tərəfindən verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1962-ci ildə Qasım-İsmayılov rayon, Məşədiqaralar kəndində doğulmuş, atası X50, anası X16r; Goranboy Rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 2v-1-103 nömrəli vəsiyyətnamədən görünür ki, X50 harada yerləşməsindən və nədən ibarət olmasından olmayaraq bütün daşınar və daşınmaz əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir; “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Goranboy rayon Notariat ofisi tərəfindən vəsiyyətnamə vəsiyyət edən X50, vəsiyyət edilən Cavabdeh1, şahidlər X63 və X40 iştirakları ilə təsdiq edilmişdir; Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 06 nömrəli, 09 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X10 məxsus olan və ünvan 2ində yerləşən yaşayış evində gəlini Nümayəndə, nəvəsi X71 və X77 qeydiyyatdadılar; Goranboy rayon Boluslu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 07 nömrəli, 09 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, X4 İbrahim Eyyub oğlunun qaynı, X14 İbrahim Eyyub oğlunun arvadının bibisi oğlu, X63 isə Cavabdeh1 dayısı oğludur; 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli 3281 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X20 tərəfindən X28 adına 1 saylı Gəncə Regional Cavabdeh3ndə notariat ofisində vəsiyyətnamə verilməmişdir; Qasım-İsmayılov rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Qasım-İsmayılov rayon, Məşədiqaralar kəndində doğulmuş, atası X50, anası X16r; Goranboy rayon VVADQŞ tərəfindən verilmiş AZ-İ seriyalı 022239 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Nümayəndə arasında nikah 12 iyun 2003-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, hazırkı iş üzrə tərəflərin valideynləri arasında 17 mart 1965-ci il tarixdə nikah bağlanmış və onların birgə nikahından X73, İddiaçı, Cavabdeh1, X72, X58 və X66 doğulmuşdur. Tərəflərin valideyinləri X50 xx.xx.2023-cü ildə, X20 isə 01 mart 2017-ci ildə ölmüşdür. Goranboy rayonu, Məşədiqaralar kəndi ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan ümumi sahəsi 140.6 kv/m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.27 ha torpaq sahəsi, həmçinin JN: 190 nömrəli, KOD: 50910028 torpaq mülkiyyət hüququna dair Dövlət aktına əsasən kənd təsərrüfatı təyinatlı 0.61 ha torpaq sahəsinin hüquqi sahibləri X50 və X20 olmuşdur. X50 ölən günədək ona məxsus olan bütün əmlakını 31 mart 2018-ci il tarixdə oğlu hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyət edən X1 olduğundan həmin vəsiyyətnamə şahidlər X63 və X40 iştirakı ilə Goranboy rayon notariat ofisində tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, tərəflərin məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarından məlum olur ki, notariat ofisində vəsiyyətnamə tərtib edilərkən, iştirak edən şahidlər - X62 vəsiyyət edilən Cavabdeh1 arvadının bibisi oğlu, X63 isə özünün dayısı oğlu olmuşdur. Bundan başqa müəyyən olunmuşdur ki, Cavabdeh1 atası və anasına birgə məxsus olan ünvan 2ində yerləşən fərdi yaşayış evində yox, özünə məxsus ayrı təsərrüfatda qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər; 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər; 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır; 1184-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər; 1225.1, 1225.2, 1225.3-cü maddələrinə əsasən vəsiyyətnamə, ümumiyyətlə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər; 337.1-ci maddəsinə əsaəsn bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 57-ci bəndinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər; 59-cu bəndinə əsasən notariuslar fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər; 60-cı bəndinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi vəsiyyətnamənin yazılması birtərəfli əqd olduğuna görə, bir şəxsin istəyi və iradəsinin həyata keçirilməsi ilə bağlıdır. Lakin vəsiyyət edənin iradəsinin nəticəsi yaxın qohumların hüquq və mənafelərinə toxunulduğu üçün qanunverici vəsiyyət edənin ölümündən sonra, onun iradə ifadəsinin həqiqətən ona mənsub olduğunu, vəsiyyətnamənin şüurlu şəkildə tərtib edildiyini və azad, müstəqil tərzdə baş verdiyini müyyən etməyə imkan verib, onun etibarlılığını mübahisə edilməsinə icazə verir. Mülki hüquq qanunvericiliyi vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün dəqiq, geniş şərhə imkan verməyən əsaslar siyahısını müəyyən etmiş və bununla da, vərəsələrin vəsiyyət edənin iradə ifadəsini əsassız müdaxilərdən qorumuşdur. Yuxarıda qeyd olunduğu kimi vəsiyyətnamə birtərəfli əqddir, bu səbəbdən onun etibarsız hesab edilməsi üçün əsaslar əqdlərin etibarsız sayılması üçün əsaslarla üst-üstə düşür. Məhkəmə, vəsiyyətnamənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, vəsiyyətnamənin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: - subyekt tərkibinə görə; - məzmununa görə; - formasına görə; - iradə və iradə ifadəsinə görə. Məzmununa görə qüsurlar aşağıdakı hallarda özünü göstərir: Məzmununa görə əqdlərin etibarsızlığı onun şərtlərinin qanunun tələblərinə uyğun gəlməməsi ilə müəyyən olunur. Burada «qanun» dedikdə, respublikanın qanun və qanun qüvvəli aktları, xüsusilə mülki qanunvericiliyi nəzərdə tutulur. Belə etibarsız əqdlər obyektiv və subyektiv əlamətlərlə xarakterizə olunur. Əqdin hüquqazidd (qanunazidd) xarakteri onun obyektiv əlamətidir. Subyektiv əlamət isə tərəflərin əqdin hüquqazidd (qanunazidd) olduğunu başa düşdükləri halda, onu bağlamaq və icra etmək niyyətləri olması ilə əlaqədardır. İş materiallarında mövcud olan sübutları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli, reyestrdə 2V-1-103 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə “məzmun” ünsürünə görə qüsurludur. Belə ki, Goranboy rayon notariat ofisi tərəfindən vəsiyyətnamə tərtib və təsdiq edilərkən, qanunun tətbiqində səhvə yol verilmişdir. Belə ki, vəsiyyətin şahidləri ola bilməyən şəxslər, yəni vəsiyyət üzrə vərəsənin enən xətt üzrə qohumları olan X62 (vərəsənin arvadının bibisi oğlu) və X63 (vərəsənin dayısı oğlu) vəsiyyətnamədə şahid kimi qeyd olunmuşlar. Odur ki, sözügedən vəsiyyətnamə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün etibarsız hesab olunmalı və belə olan halda onun əsasında verilmiş 1 saylı Gəncə regional Cavabdeh3ndə 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-144/2023 olan, Reyestrdə 2V-786 və 2V-787 nömrələri ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir. Məhkəmə iddianın 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-496/2023 olan, reyestdə 2V-788 və 2V- 789 nömrələri ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsinə dair qeyd edir ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul və ya imtina edib-etməməsini, mirasdan imtina olub-olmamsına, mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın qəbul olunub-olunmamasına, olunmuşdursa hansı formada qəbul olunmasına (rəsmi və ya faktiki) və mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericliyin tələblərinə əsasən miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz. Bu halda mirasın qəbul edilməsi müddətinin ötürülüb-ötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Lakin işin faktiki hallarından göründüyü kimi Cavabdeh1 anası X7 miras qalan əmlakdan tam hissədə irs almaq hüququnu müəyyən edən 27 iyul 2023-cü il tarixli, 2V-788 və 2V-789 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr 1 saylı Gəncə Regional Cavabdeh3ndə Notariat ofisi tərəfindən verilən zaman vərəsə Cavabdeh1 təqdim etdiyi və sonradan həqiqəti əks etdirmədiyi məlum olan yazılı məlumata əsaslanmaqla, qanun üzrə başqa vərəsələrin olub-olmaması və olduğu halda onların mirasın idarəçiliyində iştirak edib-etməməsi istiqamətində hər hansı araşdırma aparılmadan Cavabdeh1 mirası faktiki qəbul edən yeganə vərəsə kimi tanınaraq, mirasın açılmasından 6 il müddətin keçməsi və qanun üzrə başqa vərəsələrin olması nəzərə alınmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, miras qalmış evdə faktiki yaşamama mirasın qəbulundan imtina kimi və yaxud mirasın qəbul edilməməsi kimi qiymətləndirilmə üçün müstəqil əsas deyildir. İddiaçı miras qalmış evdə yaşamaya bilər, lakin onun idarəçiliyini həyata keçirə bilər. Bu halda da vərəsə mirası qəbul etmiş hesab olunur. Ona görə İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması və həmin evdə yaşamaması mirasın qəbul edilməməsi kimi başa düşülməməlidir. İş materiallarında olan arayışlardan da görünür ki, Cavabdeh1 təsərrüfatı ayrıdır və miras qalmış evdə iddaçının arvadı və uşaqları qeydiyyatda olmaqla yaşayırlar. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda, mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər; 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, qanununun tətbiqində səhvə yol verildiyi üçün 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-496/2023 olan, reyestdə 2V-788 və 2V-789 nömrələr ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməlidir. Məhkəmə iddianın Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Goranboy rayonu, Məşədiqaralar kəndində 0,27 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə ilkin qeydiyyat olaraq payının ümumi birgə kimi X28 adına hüquq sahibi kimi rəsmiləşdirilən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi - xx.xx.2023-cü il, Dövlət Reyestrində 29 nömrəli kitabın 48 nömrəli vərəqində qeydiyyata alınan Daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış barədə məlumatların və çıxarışın etibarsız hesab edilməsi hissəsinə dair qeyd edir ki, iddiaçı tələbini bu hissədə əsaslandırmamış, eyni zamanda məhkəmə tərəfindən də Çıxarışın ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin vəsiyyətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi hissəsində təmin edilməsi bu tələblərdən törəmə tələb olan ünvan 2ində 0,27 ha torpaq səhəsində yerləşən 140,60 kv.m. ölçüdə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilən fərdi yaşayış evin (daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi hissəsində iddia tələbinin təmin olunmasına əsasdır və sözügedən çıxarış da ləğv edilməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarını və iş üzrə sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 adına 31 mart 2018-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun dövlət notariat kontorunda təsdiq edilən və reyestrdə 2V-103 nömrə ilə qeydə alınan vəsiyyətnamə etibarsız hesab edilməli, 1 saylı Gəncə regional Cavabdeh3ndə 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-144/2023 olan, reyestrdə 2V-786 və 2V-787 nömrələri ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində 27 iyul 2023cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-496/2023 olan, reyestrdə 2V-788 və 2V-789 nömrələri ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və ünvan 2ində 0,27 ha torpaq səhəsində yerləşən 140,60 kv.m. ölçüdə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilən fərdi yaşayış evinin (daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 adına 31 mart 2018-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun dövlət notariat kontorunda təsdiq edilən və reyestrdə 2V-103 nömrə ilə qeydə alınan vəsiyyətnamə etibarsız hesab edilsin. 1 saylı Gəncə regional Cavabdeh3ndə 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-144/2023 olan, reyestrdə 2V-786 və 2V-787 nömrələri ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. 1 saylı Gəncə regional "Asan xidmət" mərkəzində 27 iyul 2023-cü il tarixdə təsdiq edilən vərəsəlik işinin nömrəsi V-496/2023 olan, reyestrdə 2V-788 və 2V-789 nömrələri ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilsin. ünvan 2ində 0,27 ha torpaq səhəsində yerləşən 140,60 kv.m. ölçüdə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilən fərdi yaşayış evinin (daşınmaz əmlakın reyestr nömrəsi **********02-10301) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-687/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-687/2025
04.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver