Məhkəmə qərarları › İş №2(045)-811/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-811/2024

15.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-811/2024 15.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Goranboy Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası və X*0 maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 0*.03.2005-ci il tarixdə Goranboy rayonunun Todan kəndində anadan olmuş vətəndaş X6 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 0*.03.2005-ci il təvəllüdlü X*0 onun oğludur. X*0 *-ci dərəcəli əlil olmaqla Goranboy rayon Mərkəzi Xəstəxanasının poliklinikasının ruhi-əsəb kabinetində “Epilepsiya, epilepsiya xəstəliyi tez-tez olan (gündə 4-5 dəfə) qıcolma tutmaları ilə, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, pisxotabənzər davranış, qulluq və müalicə tələb edən” diaqnozla dispanserdə qeydiyyatdadır. O, xəstəliyi və ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Onun hüquq və mənafeyinin müdafiəsi üçün qəyyuma ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Goranboy Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası və X*0 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV nömrəli 067342 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*0 0* mart 2005-ci ildə Goranboy rayonu, Todan kəndində doğulmuş, atası X2, anası Ərizəçidır; K.Y. Fərəcov adına X* X9 tərəfindən verilmiş *9.*2.2022-ci il tarixli, 6*46 nömrəli epikrizindən görünür ki, X4 əqli gerilik qiaqnozu aşkar edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tərəfindən verilmiş 0*.08.2023-cü il tarixli, xxxxxxx230009 nömrəli müraciət vərəqəsindən görünür ki, Ərizəçi *-ci dərəcəli əlil övladına qulluğa görə prezident təqaüdünün təyin edildiyi görünmüşdür; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 0*.08.2023-cü il tarixli 7EREJVA230003 nömrəli müraciət vərəqəsinin çıxarışında X7 *-ci dərəcəli əlilliyə görə prezident təqaüdünün təyin edildiyi görünür; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, X*0 birinci dərəcəli əlildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2483 saylı rəyindən görünür ki, X4 üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) ağır dərəcəli əqli gerilik formasında psixi xəstəlik müəyyən edilir, X4 hazırki müayinə zamanı müəyyən edilən üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) ağır dərəcəli əqli gerilik ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X*0 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X*0 onda müəyyən edilən üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) ağır dərəcəli əqli gerilik diaqnozlu xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə iştirakına yol verilmədiyi müəyyən olunmuşdur. MPM-in: 305.*.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb bu hissədə təmin olunmalı, belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, X*0 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də, 0* mart 2005-ci il tarixdə Goranboy rayonu Todan kəndində doğulmuş vətəndaş X*0 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0* mart 2005-ci il tarixdə Goranboy rayonu Todan kəndində doğulmuş vətəndaş X*0 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar