Məhkəmə qərarları › İş №2(045)-865/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-865/2023

02.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-865/2023 02.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı İlyas oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İlyas oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqavilələrin etibarsız sayılması, avtonəqliyyat vasitələrinin qanunsuz istifadədən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İlyas oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında **-NP-*** (hazırda **-BH-***) dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” yük markalı və **-ZD-*** (hazırda **-ZA-***) dövlət qeydiyyat nişanlı, “SKO24” markalı yarımqoşqu soyuducu furqon avtonəqliyyat vasitələrinin alğı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız sayılması, **-NP- *** (hazırda **-BH-***) dövlət qeydiyyat nişanlı“Mercedes-Benz” yük markalı və **-ZD-*** (hazırda **-ZA-***) dövlət qeydiyyat nişanlı, “SKO24” markalı yarımqoşqu soyuducu furqon avtonəqliyyat vasitələrinin Cavabdeh2 və digər şəxslərin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxaırlmasınə xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İlyas oğlu bildirdi ki, cavabdehlərlə aralarında razılıq əldə edərək barışıq sazişi bağlamışlar, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barışıq sazişinin məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaçı ilə aralarında barışıq sazişinin bağlandığını bildirərək, sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçı ilə aralarında barışıq sazişinin bağlandığını bildirərək, sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilən barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişinin məzmunundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pulun hər ay 500 (beş yüz) manatdan az olmamaqla şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öhdəsinə götürür; sazişin 1 -ci bəndində nəzərdə tutulmuş 25500 (iyirmi beş min beş yüz) manat məbləğində vəsaitin ilkin olaraq 2000 (iki min) manat hissəsini bu saziş imzalandığı anda Cavabdeh2 ödəyir, qalıq 23500 (iyirmi üç min beş yüz) manat məbləğində pulu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hər ay 500 (beş yüz) manatdan az olmamaqla şərtilə İddiaçı İlyas oğluna ödəməyi öhdəsinə götürürlər; bu sazişin imzalandığı andan tərəflər Goranboy Rayon Məhkəməsinin icraatında olan 2(045)- 865/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə, saat 11:30-a təyin olunmuş məhkəmə iclasında “icraata xitam verilməsi və barışıq sazişinin təsdiq olunması” barədə məhkəməyə ərizə vermək öhdəliyini özərinə götürür; bu sazişin imzalandığı andan iddiaçı Mamedov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş **-BH-*** (**-NP-***) dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz” yük markalı və **-ZA-*** (**-ZD-***) dövlət qeydiyyat nişanlı, “SKO 24” markalı yarımqoşqu furqon “avtonəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi” barədə məhkəməyə ərizə vermək öhdəliyini üzərinə götürür; İddiaçı İlyas oğluna sazişin 1-ci bəndində göstərilən ödənişlərin həyata keçirildiyi halda, gələcəkdə Cavabdeh2 mülkiyyətində olan **-BH-*** (**-NP-***) dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” yük markalı və **-ZA-*** (**-ZD-***) dövlət qeydiyyat nişanlı, “SKO 24” markalı yarımqoşqu furqon avtonəqliyyat vasitələrinə qarşı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəyini öz öhdəsinə götürür; sazişin 1-ci bəndində göstərilən ödənişlərdən əlavə Cavabdeh1 6800 (altı min səkkiz yüz) manat məbləğində vəsaitin hər ay 150 (yüz əlli) manatdan az olmamaq şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öz öhdəsinə götürür; barışıq sazişinin şərtləri pozulduğu halda, iddiaçının borcun ümumi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu cavabdehlər qəbul edir; Məhkəmə, iş materiallarını, o cümlədən tərəflərin barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə ünvanlanmış ərizələrini araşdırıb, eyni zamanda barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, həmin barışıq sazişi qanuna və tərəflərin mənafeyinə uyğun olmaqla onlar arasında mübahisəni sülh yolu ilə həll edilməsini tənzimləyir, şərtləri hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, həmin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməli, tərəflərə MPM-in 262.4-cü maddəsinin məzmunu izah edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər arasında olan məhkəmə çəkişməsinin barışıq yolu ilə həll edilməsi proseduru beynəlxalq hüquqi aktlarda da nəzərdə tutulmuşdur. Belə ki, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 39-cu maddəsinə əsasən və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Nizamnaməsinin 62-ci maddəsinə müvafiq olaraq məhkəmə, məhkəmə prosesinin istənilən mərhələsində Konvensiya və ona dair protokollarda müəyyən edilən insan hüquqlarına hörmət əsasında məsələnin dostcasına həllini təmin etmək məqsədilə maraqlı tərəflərə (nəzərdə tutulan prosedurun məxfi olması şərtilə) öz xidmətlərini təqdim edə bilər. Əgər məhkəmənin tərəflərə təqdim etdiyi dostcasına həll etmə mümkündürsə məhkəmə faktların və əldə olunmuş razılığın qısaca əks olunduğu qərarla işə xitam verərək, onu baxılacaq işlərin siyahısından çıxarır. MPM-in: 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qeyd olunanlara əsasən və MPM-in 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İlyas oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pulun hər ay 500 (beş yüz) manatdan az olmamaqla şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öhdəsinə götürməlidirlər;

2. Sazişin 1-ci bəndində nəzərdə tutulmuş 25500 (iyirmi beş min beş yüz) manat məbləğində vəsaitin ilkin olaraq 2000 (iki min) manat hissəsini bu saziş imzalandığı anda Cavabdeh2 ödəyir, qalıq 23500 (iyirmi üç min beş yüz) manat məbləğində pulu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hər ay 500 (beş yüz) manatdan az olmamaqla şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öhdəsinə götürməlidir;

3. Bu sazişin imzalandığı andan tərəflər Goranboy Rayon Məhkəməsinin icraatında olan 2(045)-865/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 11:30-a təyin olunmuş məhkəmə iclasında “icraata xitam verilməsi və barışıq sazişinin təsdiq olunması” barədə məhkəməyə ərizə vermək öhdəliyini üzərinə götürməlidirlər;

4. Bu sazişin imzalandığı andan iddiaçı Mamedov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş **-BH-*** (**-NP-***) dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz” yük markalı və **-ZA-*** (**-ZD-***) dövlət qeydiyyat nişanlı, “SKO 24” markalı yarımqoşqu furqon “avtonəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi” barədə məhkəməyə ərizə vermək öhdəliyini özərinə götürməlidir;

5. İddiaçı İlyas oğluna sazişin 1-ci bəndində göstərilən ödənişlərin həyata keçirildiyi halda, gələcəkdə Cavabdeh2 mülkiyyətində olan **-BH-*** (**-NP-***) dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” yük markalı və **-ZA-*** (**-ZD-***) dövlət qeydiyyat nişanlı, “SKO 24” markalı yarımqoşqu furqon avtonəqliyyat vasitələrinə qarşı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəyini öz öhdəsinə götürməlidir;

6. Sazişin 1-ci bəndində göstərilən ödənişlərdən əlavə Cavabdeh1 6800 (altı min səkkiz yüz) manat məbləğində vəsaitin hər ay 150 (yüz əlli) manatdan az olmamaq şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öz öhdəsinə götürməlidir;

7. Barışıq sazişinin şərtləri pozulduğu halda, iddiaçının borcun ümumi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu cavabdehlər qəbul etməlidirlər; İddiaçı İlyas oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqavilələrin etibarsız sayılması, avtonəqliyyat vasitələrinin qanunsuz istifadədən geri alınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verilməsinin, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar