Məhkəmə qərarları › İş №2(045)-910/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-910/2024

19.04.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-910/2024 19.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs Ərizəçi xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün 200 manat alimentin tutulması barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi və bir aylıq (aprel 2024cü il) 200 manat aliment pulunun, vəkilə sənədlərin tərtibinə hüquqi xidmətə görə ödənmiş 50 manat, mediasiya xərci 130 manat pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəni icraata götürmək haqqında qərardad çıxarılana qədər, yəni 19 aprel 2024-cü il tarixdə ərizəçinin ərizənin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar