Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-914/2024 20.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Goranboy Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 yanvar *994-cü il tarixdə anadan olmuş qardaşı X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs X*dur. O, 08 yanvar *994-cü ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamələrin tədiqlənmiş sürətindən görünür ki, onlar həqiqətən qardaşdılar. X* uşaq serebral iflicinin davamlı qalıq əlaməti, tetraplegiya, əqli və nitqi inkişafdan qalma diaqnozu ilə müddətsiz birinci qrup əlildir. Bu barədə olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"Publik Hüquqi şəxs, Goranboy rayon X9 Hüquqi şəxsin 04 aprel 2024-cü il tarixli, 43 nömrəli müvafiq arayışını məhkəməyə təqdim edir. Qardaşı öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan onlara bildirirlər ki,qardaşı özü gəlməlidir ki, sənədlərə imza etsin. Qardaşı isə xəstə olduğu üçün özü bunları edə bilmir. Onda ona bildirirlər ki, gərək qardaşı məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzindən qəyyum görsün. Anası və atası da xəstə olduqları üçün qardaşına əsas o qulluq edir. Ona görə də məhkəməyə müraciət edir. İstəyir ki, X* məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin, (bu onun üçün çox ağır olsa da) onun üzərində qəyyumluq təyin edilməsi barədə Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına məlumat verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Goranboy Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş XİX-ЖГ seriyalı 363397 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Kamil oğlu xx.xx.*995-ci il ildə Goranboy rayonu, Qaradağlı kəndində doğulmuş, atası X*2, anası X2r; Goranboy rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş XVİİİ-ЖГ seriyalı 2769*9 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*0 08.0*.*994-cü il ildə Goranboy rayonu, Qaradağlı kəndində doğulmuş, atası X*2, anası X2r; Goranboy Rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 43 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 08.0*.*994-cü il təvəllüdlü X*0 08.04.*996-cı il tarixdən Goranboy MRX-nın Poliklinika şöbəsinin nevroloji xəstəliklər kabinetində keçirilmiş uşaq serebral iflicinin davamlı qalıq əlaməti, tetraplegiya, əqli və nitq inkişafından qalma diaqnozla dispanser qeydiyyatındadır (İ qrup əlildir); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tərəfindən verilmiş 0*.08.2023-cü il tarixli, *CYSVWQ230009 nömrəli müraciət vərəqəsindən görünür ki, X3 *-ci dərəcəli əlil övladına qulluğa görə prezident təqaüdünün təyin edildiyi görünmüşdür; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2*.05.2024-cü il tarixli *7*629*9*4 nömrəli əlillik haqqında arayışdan görünür ki, X8 *-ci dərəcəli müddətsiz əlildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27.*0.2024-cü il tarixli, 4659 saylı rəyindən görünür ki, X4 ağır əqli gerilik Uşaq serebral ilici nəticəsində (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, nevroloji klinikalarda müalicədə olması, Goranboy Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində dispanser qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, söz ehtiyatının son dərəcə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. X*0 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X*0 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X*0 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, MPM-in: 305.*.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb təmin olunmalıdır. Beblə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X*0 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də, 08 yanvar *994-cü il tarixdə Goranboy rayonu Qaradağlı kəndində anadan olmuş X*0 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 yanvar *994-cü il tarixdə Goranboy rayonu Qaradağlı kəndində anadan olmuş X*0 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-914/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-914/2024
20.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver