Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-93/2025 15.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 sentyabr 1972-ci il tarixdə Goranboy rayonun Rus Borisi kəndində anadan olmuş bacısı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs bacısı X1. O, 20 sentyabr 1972-ci il tarixdə Goranboy rayonun Rus Borisi kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamələrin tədiqlənmiş sürətindən görünür ki, onlar həqiqətən bacıdırlar. Bacısı X5 doğulduğu gündən hal-hazıra qədər müddətsiz birinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Bu barədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 15 may 2024-cü il tarixli çıxarışını məhkəməyə təqdim edir. Bacısı öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, ayrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan onlara bildirirlər ki,bacısı özü gəlməlidir ki, sənədlərə imza etsin. Bacısı isə xəstə olduğu üçün özü bunları edə bilmir. Onda ona bildirirlər ki, gərək qardaşı məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzindən qəyyum görsün. Valideyinləri vəfat etdiklərindən bacısına əsas o qulluq edir. Ona görə də məhkəməyə müraciət edir. İstəyir ki, bacısı X5 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin, (bu onun üçün çox ağır olsa da) onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilsin. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş Azərbaycan Respublikası Goranboy rayonu İHB-nın Rus Borisi kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, Ərizəçi nümayəndəlik ərazisində daimi qeydiyyatdadır. 2 nömrəli təsərrüfatbaşına kitabın 10-cu səhifəsi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024cü il tarixli ********** nömrəli əlillik haqqında arayışdan görünür ki, X4 1-ci dərəcəli əlildir; Azərbaycan SSR Sosial Müdafiəsi Nazirliyini tərəfindən verilmiş notrail qaydada təsdiq edilmiş № 092708 saylı arayışdan görünür ki, X5 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Goranboy rayonun Rus Borisi kəndində anadan olmuşdur, həmin kənddə də qeydiyyatdadır. Kapital Bank tərəfindən təqdim edilmiş 17111 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 817 saylı rəyindən görünür ki, X5 ağır əqli gerilik, davranış pozuntuları ilə (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar – doğuş travması ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “keçirilmiş meninqoennevroloji davamlı qalıq əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrəm maraq göstərməməsi, verilən sualların anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X5 öz psixi vəziyyətinə əqli gerilik, davranış pozuntuları ilə müəyyən edildir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə ərizəçinin X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair qeyd edir ki, tələb bu hissədə təmin olunmalı, belə ki, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X5 X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də, 20 sentyabr 1972-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 sentyabr 1972-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-93/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-93/2025
15.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver