Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-94/2025 08.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyası maraqlı şəxs kimi göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 yanvar 1999-cu il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş X1nu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət qabiliyyəti olmayan hesab olunası şəxs X1dur. O, 04 yanvar 1999-cu ildə Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. X1 doğulduğu gündən hal-hazıra qədər müddətsiz ikinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Məhkəməyə təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair sənədin surətindən görünür ki, oğlu Qalib İmanov paranoid şizofreniya, şizofreniya, paranoidforma, fasiləsiz gedişi, hallüsinator paranoid sindirom xəstəsidir. Xəstəliyin nəticəsidir ki, oğlu öz hərəkətlərini ölcüb-bicmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Eyni zamanda fikirlərini düzgün ifadə edə bilmir. Bu səbəbdən onun müavinat alması və digər məsələlər ilə əlaqədar olaraq lazım gəlir ki, o bir ana kimi ayrı-ayrı təşkilatlara getsin. Həmin təşkilatlardan ona bildirirlər ki, oğlu özü gəlməlidir ki, sənədlərə imza etsin. Bildirir ki, oğlu xəstə olduğundan, fikirlərini düzgün ifadə edə bilməməsi səbəbindən özü bunu edə bilmir. Onda ona bildirirlər ki, gərək o məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin və onun üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzində qəyyum görsün. Oğluna özü baxır, ona aid olan bütün işləri də o görməli olur. Ona görə də məhkəməyə müraciət edir. İstəyir ki, X1 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin, onun üzərində qəyyumluq təyin edilməsi barədə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məlumat verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X2 iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 999436 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Ərizəçi arasında nikah xx.xx.2014-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2168 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “İmanova” soyadı verilmişdir; Goranboy rayon ВАДГ orqanı tərəfindən verilmiş İ-XZ nömrəli 187532 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 04 yanavr 1999-cu ildə Goranboy şəhərində doğulmuş, atası X7, anası Ərizəçidır; Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, nov Qalib Zaur oğlu ikinci qup (paranoid şizofreniya, paranoid forma, fasiləsiz gedişli, hallüsinator paranoid sindrom) müddətsiz əlildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1544 saylı rəyindən görünür ki, X3 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, MPM-in: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş subütlarla müəyyən olunur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bu səbəbdən də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 yanvar 1999-cu il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-94/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-94/2025
08.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver