Məhkəmə qərarları › İş №2(046)-104/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-104/2020

28.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-104/2020 28.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Reyestr Xidmətinin ******* saylı çıxarışa əsasən ümumi-birgə mülkiyyətlərində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.4139 ha torpaq sahəsinin dörd hissəyə bölünməsi, həmin torpaq sahəsindən 0.3075 ha torpaq sahəsini ayrılaraq onların mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək göstərmişlər ki, Göyçay rayon Aqrar islahat komissiyasının qərarı ilə onlara və cavabdehə Göyçay rayonunun Qarabaqqal kəndində 0,4139 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını dövlət reyestri xidmətinin ******* saylı çıxarışı təsdiq edir. Cavabdehlə onun adına olan təsərrüfatdakı evdə yaşayırlar. Cavabdeh ümumi-birgə mülkiyyətdə olan həmin kənd təsərrüfatı təyinatlı 0.4139 ha torpaq sahəsindən istifadə etməklərinə və həmin torpağa dair sərəncam verməklərinə mane olur. Torpaq sahəsini satmaq istəyirlər. Lakin torpaq sahəsi ümumi-birgə mülkiyyətdə olduğundan və cavabdeh torpaq sahəsini satmaqlarına razılıq vermədiyindən torpaq sahəsi üzərində sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər. Buna görə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh mülkiyyətinə Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0.4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəy və sxem mülki işə əlavə edilmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 28877 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin mütəxəssis rəyinə əsasən RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə tərəflərin mülkiyyətinə verilmiş 0.4139 ha torpaq sahəsi paylarına uyğun real qaydada naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsinin mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən sözügedən torpaq sahəsinin naturada real bölgüsü mümkün deyildir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçılar ümumi birgə mülkiyyətdə olan 0.4139 ha torpaq sahəsinin naturada bölünərək onların hər birinin mülkiyyətinə verilməsini tələb edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə tərəflərin mülkiyyətinə verilmiş 0.4139 ha torpaq sahəsi paylarına uyğun real qaydada naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsinin mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən sözügedən torpaq sahəsinin naturada real bölgüsü mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan 0.4139 ha torpaq sahəsi naturada bölünərək onların mülkiyyətinə verilməsini barədə tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 60 manat məhkəmə xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq Kadastr və X1 Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ümumi-birgə mülkiyyətlərində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.4139 ha torpaq sahəsinin dörd hissəyə bölünməsi, həmin torpaq sahəsindən 0.3075 ha torpaq sahəsini ayrılaraq onların mülkiyyətinə verilməsi barədə tələbi təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 60 manat məhkəmə xərci İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq Kadastr və X1 Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar