Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1052/2021 29.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cəmaləddin oğlunun Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində 29 aprel 2021-ci il açıq məhkəmə iclasıda baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cəmaləddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən ona hesablanmış əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cəmaləddin oğlunun adından tərtib edilmiş iddia ərizəsi başqa şəxs-Əfsanə Məmmədova tərəfindən imza edilmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdə İddiaçı Cəmaləddin oğlu tərəfindən Əfsanə Məmmədovaya belə səlahiyyət verilməsini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3.-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cəmaləddin oğlunun Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: İddiaçı Cəmaləddin oğlunun Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçıya iddia ərizəsinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan sonra məhkəməyə müraciət edə bilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1052/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1052/2021
29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver