Məhkəmə qərarları › İş №2(046)-1114/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1114/2021

29.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1114/2021 29.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi və Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, 17.08.1997-ci il tarixdə anadan olmuş oğlu X5 əqli qüsurludur, Göyçay rayon Mərkəzi Xəstəxanasında psixiatrın qeydiyyatındadır, İ qrup əlildir. Sübhanə öz hərəkətlərinin mənasını dərk etmir və özünü idarə edə bilmir, dövlət orqanlarına müraciət etmək və digər sənədləşdirmə işlərində iştirak etmək iqtidarında deyildir. Buna görə də qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Göyçay rayon İHB-nın Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X4 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, işdə olan digər sübutları məcmu qaydada hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş X1 surətindən görünür ki, X5 17.08.1997-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuşdur. X3 atası Ərizəçidur. Məhkəməyə təqdim edilmiş İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarə X7 RMXnın X10 Elçin Bilalov tərəfindən 02.07.2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, X5 uşaq serebral iflici-tetrapaetik forma əqli və fiziki inkşafdan geri qalma diaqnozu ilə nevropotoloqun qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası X9 tərəfindən verilmiş 12.08.2021-ci il tarixli, 461 saylı rəyindən görünür ki, X5 ağır dərəcəli kəmağıllıq, davranışı pozğunluqları, uşaq serebral iflicinin tetraparetik forması ilə XBT-10, F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MM-nin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin olunmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 317-321, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 17.08.1997-ci il tarixdə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuş, İ qrup əlil X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə qanun qüvvəsini aldıqdan sonra X3 üzərində Qəyyum təyin edilməsindən ötrü Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar