Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1139/2024 24.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı Xəlı̇ lova Elza Faı̇ q qızının Cavabdeh Ramı̇ z oğluna qarşı həyətinə açılmış pəncərənin bağlanması, yağış sularının istiqamətinin dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xəlı̇ lova Elza Faı̇ q qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Göyçay şəhəri Qantəmir küçəsi 7 saylı fərdi yaşayış evinin onun ünvan 1 ünvanında yerləşən həyətinə açılan pəncərənin cavabdeh tərəfindən bağlanması və onun evindən həyətinə axıdılan yağış sularının istiqamətinin dəyişərək onun öz həyətinə axıdılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 06 iyun 2024-cü il tarixə saat 11:00-a təyin edilmiş, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı Xəlı̇ lova Elza Faı̇ q qızına və Cavabdeh Ramı̇ z oğluna məlumat verilmiş, lakin tərəflər məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmənin hazırlıq iclaslaı xx.xx.2024-cü il tarixə saat 15:30-a təxirə salınmış, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, lakin tərəflər məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, tərəflər təkrarən məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizənin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Xəlı̇ lova Elza Faı̇ q qızının Cavabdeh Ramı̇ z oğluna qarşı həyətinə açılmış pəncərənin bağlanması, yağış sularının istiqamətinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Xəlı̇ lova Elza Faı̇ q qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1139/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1139/2024
24.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver