Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-115/2021 21.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, podrat müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair ilkin, podrat müqaviləsinin icra edilməməsi nəticəsində maddi,mənəvi ziyanın tutulması tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində 21 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 27.11.2019-cu il tarixli podrat müqaviləsinin ləğv edilməsi, 700 manat yaranmış borcun və 30 manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd edilməsi, 15.500 manat maddi ziyanın, 10.000 manat mənəvi ziyanın və 4480 manat zərərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının müraciətini işin tezliklə baxılmasına maneə olan hal kimi qiymətləndirərək, işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin İddia üzrə iddaçı İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onunla 27.11.2019-cu il tarixdə Bakı şəhərində 23 saylı Notariat Kontorunda “Podrat" müqaviləsi bağlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasını 3- cü blokunda, 13-cü mərtəbəsində yerləşən, sahəsi 90,39 kv.m, 3 otaqlı 154 saylı mənzilin giriş qapısı istisna olmaqla tam təmirini sifariş vermişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasını 3 blok,13-cü mərtəbəsində yerləşən, sahəsi 90,39 kv.m, 3 otaqlı 154 saylı mənzilin Giriş qapısı istisna olmaqla, tikinti materiallarma görə cavabdeh ona 16000 manat məbləğində pul ödənilməsini üzərinə götürmüşdür. Cvaabdeh işin ümumi dəyərinin ilkin olaraq 6000 manatı əvvəlcədən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödnilmişdir. Həmin 6 000 manata təmir işlərinə başlamaq üçün lazım olacaq material və avadanlıqlar alaraq təmirə başlamış, müqavilə üzrə razılaşdırılmamış vaxt ərzində nəzərdə tutulmuş təmir işlərini başa çatdırmaq mümkün olmamışdır. Buna səbəb görülmüş təmir işləri üçün hava şəraitinin pis olması və görülən işlərin tam quruması mümkün olmamışdır. Sifarişçi sənəd üzrə Cavabdeh olsa da onun əri Samir Abbasov gördüyü işlərə nəzarət etmişdir. Müqavilə üzrə razılşadırılmış pulu cavabdeh Günay Bank vasitəsi ilə ödəmişdir. 17.06.2020-ci il tarixdə Cavabdeh əri qapıları bağlayaraq ona hədələyib evdən qovmuşdur. Ustalar məcbur qalaraq işi yarımçıq qoyub evdən çıxmışlar. Cavabdeh bu günə qədər ona 700 manat pul borclu qalmışdır. Beləliklə Cavabdeh podrat müqaviləsi üzrə ona 15 300 manat pul ödəmiş, ona 16 000 manat müqabilində sifariş yerinə yetirərək təmir işləri görüb təhvil vermişdir. Cavabdeh qalıq işlərini də ona hədə qorxu gələrək gördürmək istəmişdir. Cavabdeh podrat müqaviləsinin olduğunu bildirmiş və bu iş mülki xarakterli mübahisə olmasını bildirmişdir. Buna görə də iddianının təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (əri) Nümayəndə ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində saxtakarlığa yol verərək podrat müqaviləsini təhrif edərək göstərmişdir ki, mənzilin giriş qapısı istisna olmaqla tikinti materiallarına görə Sifarişçi tərəfindən Podratçıya 16.000 manat məbləğində pul ödəniləcək. Halbuki, müqavilədə göstərilib ki, mənzilin tam təmirinə görə və giriş qapısı istisna olmaqla podratçıya 16.000 manat məbləğində pul ödəniləcək. Ruslan müqaviləni bu formada saxtalaşdırmaqla guya mənzilin tam təmirini öhdəsinə götürmədiyini qeyd etmək istəyir. R. Nəbiyevlə aralarında 27 noyabr 2019-cu ildə podrat müqaviləsi bağlandıqdan sonra ayrı-ayrı vaxtlarda ümumilikdə 15.500 manat Pulu Bank vasitəsi ilə İddiaçı göndərmişdir. Lakin müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı pulun müqabilində iş görməmişdir. Dəfələrlə onları aldadıb, mənzildə işləyən ustaların xidmət haqqını verməmiş, keyfiyyətsiz tikinti materialları almış, mənzildə keyfiyyətsiz işlər görmüşdür. İddiaçı mənzilin təmirini 15 fevral 2020-ci ilə qədər başa çatdırmağı öhdəsinə götürsə də, indiyə qədər mənzil təmir edilməmiş, müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. İddiaçı iki mobil operator istifadəçisi kimi işlətdiyi mobil nömrələrə 070 *** ** ** Narmobile və 055 *** ** ** Bakcell çıxış imkanını məhdudlaşdıraraq Bakı şəhərini tərk edərək Gəncə şəhərinə getmişdir. Belə ki, mobil nömrənin istifadəsini 2020-ci ilin may ayının sonlarında dayandırmış və bunu texniki problemlərlə əlaqələndirmişdir. Digər mobil operator istifadəçisi kimi isə qeyd edilən nömrəni digər nömrəyə (qohumuna) yönləndirmişdir. Nəticədə R. Nəbiyevi tapa bilməmişlər. Müqavilə öhdəliklərinı yerinə yetirdiyi halda R. Nəbiyev öhdəliklərini icra etməkdən boyun qaçırıb, etibarlarında sui-istifadə edərək pul vəsaitlərini mənimsəmişdir. Bununla bağlı aidiyyəti hüquq mühafizə orqanlarına şikayət vermişlər. İddiaçı qarşılığında heç bir iş görməmişdir. Hətta görülən işlər belə keyfiyyətsizdir, nəticədə mənzili yenidən təmir etdirmək məcburiyyətində qalmışdır. İddiaçı öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Mənzildə keyfiyyətsiz təmir işləri aparıldığına və R. Nəbiyevə 15.500 manat pul verdiyinə görə, həmin məbləğ maddi zərərin əvəzi olaraq geri qaytarılmalıdır. Müqavilənin şərtlərinə görə, mənzil 15 fevral 2020-ci ildə tam təmir edilib başa çatdırılmalı idi. Lakin R. Nəbiyev bu müddətdə demək olar ki heç bir iş görməmiş, onları aldatmış, mənzilinə artıq fevral ayında köçmək istəmiş, lakin R. Nəbiyevin keyfiyyətsiz və səriştəsiz işlərinə, səhlənkarlığına, məsuliyyətsizliyinə görə güclü mənəvi sarsıntı keçirmişdir. Bunda başqa mənzildə təmir işləri gedərkən kirayədə yaşamış, hər ay kirayə pulu ödəmişdir. 1 il 2 ay olmaqla hər ay 320 manat cəmi 4480 manat kirayə pulu ödəmişdir. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilərək İddiaçı 15.500 manat maddi, 10.000 manat mənəvi və 4480 manat ziyanın alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 27.11.2019-cu il tarixli Podrat Müqaviləsindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 63 ünvanda yerləşən blok 3, 13 saylı mənzilin İddiaçı tərəfindən 16.000 manata təmir-tikinti işlərinin aparılması barədə müqavilə bağlanmışdır. Müqavilənin bitmə müddəti 15.02.2020-ci il tarixdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Cavabdeh bank vasitəsi ilə cavabdeh İddiaçı hesabına 15.551 manat pul ödəmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 11.03.2021-ci il tarixli 10/4049 saylı rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən evin 3 blokun 13-cü mərtəbəsində sahəsi 90.39 kv.m olan Cavabdeh məxsus 3 otaqlı 154 saylı mənzildə iddiaçı tərəfindən aparılmış tikinti- təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7738,0 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan mənzildə elektrik naqilləri müəyyən yerlərdə (divar daxili, döşəmə ilə divarın birləşən hissədə) keyfiyyətsiz çəkilmişdir. Lakin digər aparılmış tikinti işləri (şpaklyov çəkilməsi, alcipanın vurulması və s...) tam başa çatmadığı üçün, həmin tikinti işlərinin keyfiyətli olub-olmamasını müəyyən etmək mümkün olmadığı üçün, həmin sual üzrə tədqiqat aparılmadı. Qeyd edilən mənzildə iddiaçı tərəfindən aparılmış söküntü işlərinin həcmi 20 m2 və ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 60,0 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mülki işə əlavə edilmiş iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətdə nəzərdə tutulan tikinti işləri və mənzildə görülmüş işlərlə üst-üstə düşmür. İddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətdə görülmüş işlərlərin ümumi dəyəri 11880 manat göstərilsə də, aparılmış hesablamalar nəticəsində həmin görülmüş tikinti işlərinin ümumi dəyəri 7783,0 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında Cavabdeh məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 63 ünvanda yerləşən blok 3, 13 saylı mənzili 16.000 manat müqabilində İddiaçı tərəfindən təmir-tikinti işlərinin aparılması ilə bağlı podrat müqaviləsi bağlanmışdır. İddiaçı ilkin iddia ilə məhkəməyə müraricət edərək iddia edir ki, Cavabdeh onunla aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, onun tərəfindən həmin mənzil tam təmir edilmiş, lakin Cavabdeh 16.000 manat puldan 15.300 manat ödəmiş, 700 manatı isə ödəməmişdir. Buna görə də Cavabdeh müqavilə üzrə 700 manat pulun alınıb ona verilməsini və podrat müqaviləsinin ləğv edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə aralarında bağlanmış 27.11.2019-cu il tarixli müqavilənin şərtlərini pozulduğunu, İddiaçı tərəfindən ona məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 63 ünvanda yerləşən blok 3, 13 saylı mənzili keyfiyyətsiz təmir edildiyini, buna görə də İddiaçı ödənilmiş 15.500 manat pulun, həmin mənzildə keyfiyyətsiz təmirə görə mənəvi istirablar keçirdiyinə görə 10.000 manat pulun və qeyd edilən mənzilin təmiri zamanı 1 il 2 ay kirayədə yaşayaraq hər ay 320 manat cəmi 4480 manat ödədiyi kirayə haqqının alınıb ona verilməsini tələb edir. Məhkəmə, ilkin iddiaya hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 63 ünvanda yerləşən blok 3, 13 saylı mənzili tam və keyfiyyətli təmir etdiyinə və Cavabdeh ona 700 manat borclu qaldığına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Məhkəmə tikinti-texniki ekspertizasının 11.03.2021-ci il tarixli 10/4049 saylı rəyi də qeyd edilən halın yəni, İddiaçı tərəfindən keyfiyyətsiz tikinti işlərinin aparıldığını təsdiq edir. Həmin mənzildə cəmi 7783 manat məbləğində təmir işləri aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia əsassızdır. Məhkəmə, qarşılıqlı iddiaya hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının 11.03.2021-ci il tarixli 10/4049 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 63 ünvanda yerləşən blok 3, 13 saylı mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 7783 manat təşkil edir və təmir keyfiyyətsiz aparılmışdır. Bununla da İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.11.2019-cu il tarixli Podrat Müqaviləsinin şərtləri İddiaçı tərəfindən pozulmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı qanunsuz hərəkətləri nəticəsində Cavabdeh mənəvi istirablar keçirdiyi istisnasız haldır. Həmçinin İddiaçı tərəfindən Cavabdeh məxsus mənzildə təmir-tikinti işləri aparıldığı müddətdə və həmin mənzildə təmir-tikinti işləri müqavilədə qeyd edilən müddətdə başa çatdırılmadığından Cavabdeh 1 il 2 ay kirayədə yaşamış, hər ay 320 manat kirayə haqqı ödəmişdir. Məhkəmə qeyd edilən halı Cavabdeh İddiaçı müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində dəymiş real ziyan kimi qiymətləndirir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslıdır. İşin faktiki hallarına istina edən məhkəmə, Cavabdeh məxsus mənzildə İddiaçı tərəfindən aparılmış təmir-tikinti işlərinin ekspert rəyinə əsas 7783 manat olduğunu mötəbər sübut kimi qiymətləndirir. Buna görə də Cavabdeh tərəfindən podrat müqaviləsi üzrə İddiaçı hesabına bank vasitəsi ilə ödənilmiş 15.500 manat puldan 7738 manat pulun çıxılmasını qanuna müvafiq hesab edir. (15.500-7738=7762). Qalan 7762 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.Həmin Məcəllənin 762.1ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa məhkəmə, İddiaçı hərəkətləri nəticəsində Cavabdeh 10.000 manat dəyərində mənəvi ziyan dəyməsi ilə bağlı Cavabdeh göstərdiklərini ağlabatan hesab etmir, həmin məbləğin 3258 manat həddində tutulmasını ağlabatan hesab edir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh podrat müqaviləsində nəzərdə tutulan müddət ərzində cavabdeh İddiaçı tərəfindən mənzildə təmir-tikinti işlərini başa çatdırmadığına görə Cavabdeh 1 il 2 ay kirayədə yaşamaq məcburiyyətində qaldığından, hər ay 320 manat kirayə haqqı ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 4480 manat ona dəymiş ziyanı İddiaçı tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən təqdim edilmiş komunal ödənişləri təsdiq edən qəbzlərdən görünür ki, Cavabdeh Bakı şəhəri C.Mustafayev küçəsi bina 60, mənzil 4-də kirayə yaşayır və həmin mənzilə dair işıqdan, qazdan, sudan və internet xidmətlərindən istifadəyə etdiyi üçün komunal xərcləri ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İlkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu isə İddiaçı alınaraq Cavabdeh verilməlidir. İş üzrə 100 manat məhkəmə xərci İddiaçı tutularaq ekspertiza mərkəniz ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı podrat müqaviləsinin ləğv edilməsi və 700 manat pulun alınaraq ona verilməsinə dair ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh İddiaçı qarşı podrat müqaviləsinin icra edilməməsi nəticəsində maddi,mənəvi ziyanın tutulması barədə qarşılıqlı iddia üzrə tələbi qismən təmin edilməli, İddiaçı podrat müqaviləsinin icra edilmədiyi üçün 7762 manat, mənəvi ziyana görə 3258 manat və 4480 manat maddi ziyan alınaraq Cavabdeh verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i: İlkin iddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı podrat müqaviləsinin ləğv edilməsi və 700 manat pulun alınaraq ona verilməsinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı podrat müqaviləsinin icra edilmədiyi üçün 7762 manat, mənəvi ziyana görə 3258 manat və 4480 manat maddi ziyan olmaqla cəmi 15.500 manat və 30 manat dövlət rüsumu alınaraq Cavabdeh verilsin. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə 100 manat ekspertiza xərci cavabdeh İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Gəncə şəhər İcra İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Hakim: İbrahim Fəttahov