Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1152/2023 02.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən hesablanmış 687.96 manat pulun abonent hesabından silinməsina dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, iddiaçı Göyçay şəhəri, M.Ə.Sabir küçəsi, ev 10-da yaşayır. Fərdi yaşayış evinə gələn elektrik enerjisi xəttinə Göyçay paylayıcı Elektrik Şəbəkəsi tərəfindən həyətinin daş hasarına küçə tərəfdə elektik sayğacı quraşdırılmışdır. Sərf edilmiş enerjinin dəyəri hər ay müəyyən vaxtlarda cavabdeh ’’Azərişıq“ ASC-nin X6 Elektrik Satış İdarəsinin Göyçay rayon Elektrik Şəbəkəsinin əməkdaşının yazdığı bildirişə əsasən ödənilmiş və heç vaxt elektik sayğacında enerji uçotunun pozulması aşkar edilməmişdir.18 fevral 2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri elektrik sayğacına baxış keçirib yeni smart sayğacı ilə dəyişmişlər. Sayğacı dəyişdirən zaman onu möhürləyib plomblamışlar və iştirakı ilə labarotoriyada sökülüb baxılacağını, labaratoriyada sökülən zaman ona xəbər veriləcəyini bildirmişlər. Lakin cavabdeh bu barədə ona xəbər verməmişdir. Cavabdeh təşkilatın əməkdaşı köhnə elektrik sayğacına görə ona 687.96 manat məbləğində borc yazıldığını bildirmişdir. Halbuki istifadə etdiyi enerjiyə görə mütəmadi olaraq pul vəsaiti ödəmiş, ona 687.96 manat məbləğində borc yazılması əsassız olmuşdur. Bundan sonra borc hesablanması barədə məlumat almaq məqsədi ilə müraciətinə əsasən X7 Təchizatı və Satış İdarəsi 04 aprel 2023-cü il tarixli məktubla ona rəsmi cavab göndərilmişdir. Sayğaca baxış haqqında həmin akt cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, lakin iddiaçının bundan xəbərim olmamış və iştirakı təmin edilməmiş və məlumat verilməmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərmişdir ki, 18 fevral 2023-ci il tarixdə “"Azərişıq” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov və Göyçay ESŞnin rəisi Tural Məmmədov tərəfindən Göyçay şəhərində yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektril enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Göyçay şəhəri, Sabir küçəsi, yerləşən 10 saylı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir Baxış keçirilən zaman fərid yaşayış evini elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli PAUD MP 106 tipli zavod nömrəsi ********** olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhüründə müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq aşkar edilmişdir. Belə ki sayğacın sxemindən P fakt= 4 kVt, Psay=0,5 kVt olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Poroqram bazasında **********02680 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı Seyf oğlu barəsində “X1ydaları”nın pozulması haqqında AKT R№ 263009 nömrəli Ak tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “sayğac yenisi ilə əvəz edilərək laboratoriya şəraitində bütür parametrlərinə rəy verilsin. Sayğaca rəy verilərkən video çəkiliş aparılsın. ” qeydiyyatı aparılmışdır. Ak enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı nümayəndəsi Nümayəndə aktın tərtib edilməsində iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imza edilməklə qeydiyyat aparılmışdır. Qüsurlu elektrik hesablama sayğacı “pozuntu faktını aşkar etmiş əməkdaşlar tərəfindən “EEİQ”-nır tələblərinə uyğun olaraq qablaşdırılaraq laborataoriya şəraitində yoxlanması üçün götürülmüşdür. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin laboratoriya mərkəzində komissiya tərəfindən yoxlanılmışdır. Aktın “Yoxlama nəticəsi” hissəsində “nümunəvi verilən yük 0,5 A olduqdc 83,7%, 2,5 A olduqda 83,5% və 5 A olduqda 83,1 % az sərfiyyat qeyd etdiyi ” barədə qeydiyyat aparılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cəryan transformatorlarının yoxlanılması" haqqında 02125 № AKT-Protokol tərtib edilmişdir. Aktın “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “ sayğacın ali qapağının bərkitmə yuvasından sayğacın daxili sxeminə müdaxilə olunaraq yük naqilinin qoparılması müşühide olundu. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri ilə az sərfiyyat hesablayır. Sayğac istismars yararsızdır. ” qeydiyyatı aparılmışdır. Akt komissya üzvləri tərəfindən imzalanmışdır. “Mərkəzi Aran” RETSl-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texnik A.Məmmədo tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evində istismarda olmuş PAUD-MP 106 tipli, sayğac nömrəsi ********** olan elektrik hesablama sayğacı yeni PAUD-MP 106 tipli zavod nömrəsi **********5 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçının istifadəsinə verilmişdir. Sayğacın dəyişdirilməsi barədə xx.xx.2023-ci tarixli, “məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” 240058 №-li Protokol tətib edilərək A.Məmmədov və iddiaçım nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Protokolun “qeyd” hissəsində “263009 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Sayğac paketə qoyuldu ******* saylı möhürlə möhürləndi. 10 gün müddətində laborotoriyada yoxlanılacaq, iştirak edə bilərsiniz qeydiyyatı aparılmışdır. "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2023-ci il tarixli, AKT 263009 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə hesablama aparılaraq dəyəı 687,96 manat təşkil edən 5292 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən “smart kart” tipli elektrik hesablama sayğacına müdaxilə edilməsi nəticəsində sayğacın keçən enerjinin miqdarını az qeyd etməsi onun Göyçay EŞ nin “Proqram bazası”nda qeydiyyatda olan **********02680 saylı istehlakçı kodu üzrə “İstehlak edilmi: elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında məlumat”dan aydın görünür. Belə ki onun yaşadığı fərdi yaşayış evini enerji ilə təchiz edən PAUD MP 106 tipli, zavod nömrəsi **********2 olar əvvəlcədən ödənişli “smart kart” elektrik sayğacının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olar dövrdə (11 ay ərzində) dəyəri 50 manat təşkil edən 625 kVt saat miqdarında elektrik enerjisinin istehlakını qeyc etdiyi və orta aylıq elektrik enerjisinin dəyərinin 4,54 manat təşkil etdiyi halda, sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edildikdən sonra xx.xx.2023-cü il tarixədək dəyəri 90,16 manat + limitdən artıq 5,70 manat = 95,86 manat təşkil edən 1127 kVt saat miqdarında elektrik enerjisinin istehlakını qeyd etmişdir.Orta aylıq enerj sərfiyyatının dəyəri 95,86 manat : 3 ay = 31,95 manat təşkil etməsi istehlakçı tərəfindən enerji sərfiyyatınır azaltmaq məqsədi ilə sayğaca müdaxilə edilməsini sübut edir.Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 263009 nömrəli "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov, Göyçay ESŞ-nin rəisi Tural Məmmədov tərəfindən tərtib edilmiş aktdan görünür ki, Göyçay şəhəri M.Ə.Sabir küçəsində yerləşən İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı yaşayış evinin elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli PAUD MP 106 tipli zavod nömrəsi ********** olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhüründə müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq aşkar edilmişdir. Sayğacın sxemindən P fakt= 4 kVt, Psay=0,5 kVt olduğu müəyyən olunmuşdur. Qeyd: sayğac yenisi ilə əvəz olunsun. Çıxarılan sayğacın bütün parametrlərinə labarotoriya şəraitində rəy verilsin. Qeyd: akt "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov, Göyçay ESŞ-nin rəisi Tural Məmmədov və Nümayəndə tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş 240058 nömrəli xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, 263009 saylı akta əsasən sayğac yenisi ilə əvəz olunmuş, çıxarılan sayğac paketə qoyulmuş, 10 gün müddətində laborotoriyada yoxlanılacağı, iştirak edə bilmək hüququ izah edilmişdir. Protokol istehlakçı Nümayəndə tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında xx.xx.2023-cü il tarixli 021250 saylı protokoldan görünür ki, “Yoxlama nəticəsi” hissəsində “nümunəvi verilən yük 0,5 A olduqdc 83,7 %, 2,5 A olduqda 83,5% və 5 A olduqda 83,1 % az sərfiyyat qeyd etdiyi ” barədə qeydiyyat aparılmışdır. “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “ sayğacın ali qapağının bərkitmə yuvasından sayğacın daxili sxeminə müdaxilə olunaraq yük naqilinin qoparılması müşühide olundu. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri ilə az sərfiyyat hesablayır. Sayğac istismars yararsızdır. ” qeydiyyatı aparılmışdır. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Göyçay şəhəri Sabir küçəsində yerləşən İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı baxış zamanı yaşayış evinin elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli PAUD MP 106 tipli zavod nömrəsi ********** olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhüründə müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın (bundan sonra Qaydalar) 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın (bundan sonra Qaydalar) 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəməyə təqdim edimiş sübutlarla müəyyən ediliri ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov, Göyçay ESŞ-nin rəisi Tural Məmmədov tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı Göyçay şəhəri Sabir küçəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman yaşayış evinin elektrik enerjisi ilə təchiz edən əvvəlcədən ödənişli PAUD MP 106 tipli zavod nömrəsi ********** olan ”smart kart” sayğacının alt qapaq və dövlət möhüründə müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq aşkar edilmişdir. sayğacın sxemindən P fakt= 4 kVt, Psay=0,5 kVt olduğu müəyyən olunmuşdur. Bu barədə xx.xx.2023-cü il tarixdə 263009 nömrəli akt tərtib edilmişdir. Bundan sonra 240058 nömrəli xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş, İddiaçı, onun yaşadığı evdən çıxarılmış sayğacın 10 gün ərzində laboratoriya şəraitində yoxlanılmasına göndəriləcəyi, yoxlamada iştirak edə biləcəyi hüququ izah edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçının yaşadığı fərdi yaşayış evindən çıxarılmış sayğac yoxlanılmış, “Yoxlama nəticəsi” hissəsində “nümunəvi verilən yük 0,5 A olduqdc 83,7 %, 2,5 A olduqda 83,5% və 5 A olduqda 83,1 % az sərfiyyat qeyd etdiyi ” barədə qeydiyyat aparılmışdır. “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “ sayğacın ali qapağının bərkitmə yuvasından sayğacın daxili sxeminə müdaxilə olunaraq yük naqilinin qoparılması müşühide olundu. Bu səbəbdən sayğac yuxarıda göstərilən xəta faizləri ilə az sərfiyyat hesablayır. Sayğac istismars yararsızdır. ” qeydiyyatı aparılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçının yaşadığı Göyçay şəhəri Sabir küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilərkən, sayğacda aşkar edilmiş qüsurların, yəni sayğacının alt qapaq və dövlət möhüründə müdaxilə izlərinin olması və sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərqin olması, İddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 7.6-cı bəndində sayğacın elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparıldığı qeyd edilməsinə baxmayaraq, istehlakçı (iddiaçı) İddiaçı nümayəndəsi kimi iştirak etmiş Nümayəndəa xx.xx.2023-cü il tarixdə sayğacın laboratoriya şəraitində yoxlanılmasına dair heç bir məlumat verilməmişdir. Cavabdeh-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolda İddiaçı yaşadığı evdən çıxarılmış, sayğacın 10 gün müddətinə laboratoriya şəraitində yoxlanılması göstərilməsinə baxmayaraq, yoxlama xx.xx.2023-cü il tarixdə, yəni 10 gündən sonra həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin X1ydalarının pozulmasını əsas götürərək İddiaçı abonent koduna hesablanmış 687.96 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin İddiaçı abonent koduna X1ydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli 263009 saylı protokola əsasən abonent koduna hesablanmış 687.96 manat borc pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1152/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1152/2023
02.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver