Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1154/2022 25.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-yə qarşı (Göyçay rayonu Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X10 və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarışın, eləcə də xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli "xxxx" QSC ilə X16 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X10 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarına əsasən 0,77 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi Göyçay rayonu Potu kənd sakini olan X7na, X1na və bacısı Cavabdeh2 verilmişdir. Həmin qərara əsasən atasının, anasının və bacısının adına 19 aprel 1999-cu il tarixdə 673 nömrəsi ilə qeydə alınmış, Torpağa mülkiyyət hüququna dair JN-673 nömrəli, 40812018 Kodlu Dövlət aktı verilmişdir. Eləcə də, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarına əsasən 0,38 hektar həyətyanı torpaq sahəsi Göyçay rayonu Potu kənd sakini olan X7na, X1na və bacısı Cavabdeh2 verilmişdir. Həmin qərara əsasən atasının, anasının və bacısının adına 44 nömrəsi ilə qeydə alınmış, Torpağa mülkiyyət hüququna dair JN-044F nömrəli, 40812018 Kodlu şəhadətnamə verilmişdir. Onunla birlikdə evdə 5 uşaq olmuşlar - özü, qardaşları Polad və Azad, bacıları Şəlalə və Şəhla. O, evin kiçik övladı olmuşdur. Atası və anası sağlıqlarında qardaş və bacılarını evləndirmişlər. Hazırda onların hamısının özlərinə aid ev və torpaq sahələri vardır. O isə, evin sonbeşiyi kimi, ata yurdunda yaşamışdır. Həm evə, həm həyətyanı torpaq sahəsinə, həm də əkin üçün ayrılmış torpaq sahəsinə özü qulluq edib, nəzarət etmişdir. X1 25 dekabr 2001-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndən sonra, onun xəbərim olmadan, atası Əkrəm və bacısı Şəlalə Göyçay rayon Notariat Kontoruna müraciət edərək, mərhum Siyarə İsmayılovadan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat Kontoruna Əkrəm İsmayılov və Cavabdeh2 tərəfindən torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə bərabər, vərəsələrin dairəsinə dair arayış da təqdim olunmuşdur. Həmin arayışda miras qoyan Siyarə İsmayılovanın İ növbəli vərəsələrindən yalnız Əkrəm və Cavabdeh2 göstərilmiş, qalan vərəsələr göstərilməmişdir. Göyçay rayon İHB Potu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin yanvar 2011-ci il tarixli 40 saylı saxta arayışı əsasında Göyçay rayon Notariat Kontoru tərəfindən Əkrəm və Şəlalə İsmayılovların adına 14 yanvar 2011-ci il tarixli 2V-09 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə qeyd olunmuşdur ki, 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş X2 vərəsələri bunlardır: Göyçay rayonu Potu kəndində yaşayan əri X16 və qızı Cavabdeh2dır. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 27/1312 saylı arayışına əsasən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.1998-ci il tarixli J № 673 Kod 40812018 Torpağa Mülkiyyət Hüququna X23 əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsinin X3 məxsus olan payından ibarətdir. Onun həmin şəhadətnamədən məlumatı olmamışdır. X7 20 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd etdiyi kimi, evdə özü yaşamışdır, torpaq sahələrinə də həmişə nəzarət etmiş, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mütəmadi olaraq baş çəkmişdir. Həmin ərazidə digər şəxsləri görməmiş, heç kim ona torpaq sahəsinin miras əmlak kimi atasının və bacısının adına qeydə alınmasını, həmçinin torpaq sahəsinin "xxxx" QSC-yə satılmasını heç kim bildirməmişdir. Yuxarıda qeyd olunan Ərazi Nümayəndəliyinin saxta arayışından, Dövlət Notariat Kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən və torpaq sahəsinin alğı-satqısından yalnız 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində xəbər tutmuşdur. Belə ki, məhz həmin dövrdə Göyçay rayon Məhkəməsi tərəfindən göndərilmiş, bacıları Şəlalə ilə Şəhlanın və qardaşı Azadın ona qarşı verdikləri iddia ərizəsinin surəti təqdim olunmuşdur. Bacıları və qardaşı məhkəmədə ona qarşı iddia qaldıraraq, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasını xahiş etmişlər. Həmin iddia ərizəsinin məzmunu ilə tanış olduqdan sonra, yuxarıda qeyd olunan, hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxaran sənədlərdən və yaxınlarının ona qarşı bu cür hərəkət etməsindən xəbəri olmuşdur. Qeyd etdiyi kimi, anası və atası vəfat edəndən sonra, ev və torpaq sahələrini faktiki olaraq o qəbul etmişdir. Evdən və torpaq sahələrindən istifadə etmiş, nəzarət etmişdir. Sağlığında valideynləri bütün uşaqları yerbəyer etmiş, evli, ailəli etmiş, ata evi və torpaq sahələri isə evin sonbeşiyi kimi onun istifadəsində qalmışdır. Lakin, yuxarıda qeyd etdiyi kimi, yaxınları miras əmlakla bağlı ondan xəbərsiz və onun maraqlarının ziddinə hərəkət etmişlər. Hazırda da ona qarşı surətini təqdim etdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və ona qarşı haqsızlıq edirlər. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə özü-özlüyündə etibarsızdır, çünki saxta arayışa əsasən verilmiş, atası və bacısı onu vərəsəliyə çağırmamış, ona notariat orqanına müraciət etmələrinə dair heç nə bildirməmiş, xəlvətcə sənədləşmə işləri, daha sonra isə alğı-satqı müqaviləsi bağlamışlar. Hazırda mübahisələndirdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətlərinə keçmiş torpaq sahəsini Əkrəm İsmayılov və Cavabdeh2 cavabdeh "xxxx" QSC-yə satmışlar. Belə olan halda, həmin alğısatqı müqaviləsi də etibarsız hesab edilməlidir. Çünki, həm şəhadətnamə, həm də alğısatqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmadan tərtib edilərək bağlanmış, onun qanunla qorunan hüquqları tapdalanmış, kobud şəkildə pozulmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, qardaşının iddia ərizəsində göstərilən dəlillər yalandır və əsassızdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə danışıqlar "xxxx" QSC-nin nümayəndəsi ilə İddiaçı arasında aparılmış, o, həmin danışıqlarda iştirak etməmişdir. Torpaq sahəsinin qiyməti "xxxx" QSC-nin nümayəndəsi ilə İddiaçı arasında müəyyən edilməklə, həmin torpaq sahəsi "xxxx" QSC-yə şəxsən İddiaçı tərəfindən satılmışdır. Alğı-satqı sənədlərini İddiaçı hazırladıqdan sonra o, bir dəfə notariat kontoruna imza etmək üçün getmişdir. Bundan sonra, "xxxx" QSC həmin torpaq sahəsində mərz çəkmə işləri görmüş, ərazinin "xxxx" QSC-yə məxsus olması barədə lövhə quraşdırılmış, torpaq sahəsində nar bağı salınmışdır. Ərazini "xxxx" QSC-nin əməkdaşları mühafizə edir. Əgər İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi torpaq sahəsinə baş çəkibsə, deməli bütün bunları görmüş, torpaq sahəsinin "xxxx" QSC-nin mülkiyyətinə keçməsindən məlumatı olmuşdur, lakin 11 il vaxt keçməsinə baxmayaraq məhkəmədə iddia qaldırmışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X17 əvvəlki məhkəmə iclasında iddianı "xxxx" QSC-yə münasibətdə qəbul etmədi və izahatında bildirdi ki, Göyçay rayonu Potu kəndində yerləşən və mərhum X10 və Cavabdeh2 mülkiyyətlərində olan 0,7692 ha torpaq sahəsini 22 fevral 2011-ci il tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən dəyərini ödəməklə "xxxx" QSC əldə etmişdir. Həmin torpaq sahəsini "xxxx" QSC aldıqdan sonra bir müddət təyinatına uyğun olaraq istifadə etməmişdir. Həmin müddət ərzində mübahisəli torpaq sahəsində İddiaçı tərəfindən kənd təsərrüfatı məhsulları (yonca, taxıl) əkilmiş, sonuncu, eləcə də iş üzrə Cavabdeh2 ötən müddət ərzində alğı-satqı predmeti olmuş torpaq sahəsinə dair heç bir mübahisə etməmişlər. İddiaçı 0,7692 ha torpaq sahəsinin "xxxx" QSC-yə satılmasından məlumatlı olub-olmaması barədə heç bir fikir söyləyə bilməz. Belə ki, "xxxx" QSC mübahisəli torpaq sahəsini dəyərini ödəməklə X9 və Cavabdeh2 almışdır. Bu səbəbdən, iddianın "xxxx" QSC-yə dair hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 14 yanvar 2011-ci il tarixli 2V-09 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş X2 vərəsələri bunlardır: Göyçay rayonu Potu kəndində yaşayanlar – əri X16 və qızı Cavabdeh2. Onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 27/1312 saylı arayışa əsasən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.1998-ci il J № 673 Kod 40812018 Torpağa Mülkiyyət Hüququna X23 əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsinin X5 məxsus olan payından ibarətdir. Potu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin yanvar 2011-ci il tarixli 40 saylı arayışında qeyd olunmuşdur ki, Göyçay rayonu Potu kənd sakini X10 aşağıdakı ailə üzvləri vardır: qızı Cavabdeh2 (1970). Arayış Göyçay rayon Notariat kontoruna təqdim edilməsi üçün verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Göyçay rayon Notariat kontoruna müraciət edən X10 və Cavabdeh2 14 yanvar 2011-ci il tarixli ərizələrindən görünür ki, onlar mərhum X2 vərəsələrinin dairəsini göstərərkən digər vərəsə olan iddiaçının adını göstərməmişlər. Torpağa mülkiyyət hüququna dair JN-673, 40812018 Kodlu Dövlət aktından görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,77 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə X12, X3, Cavabdeh2 ayrılmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli MA seriyalı 03715 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 4,0753 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Teymur Əhmədov adına "xxxx" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2012-ci il tarixli AA seriyalı 005315 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, zəruri məlumatlar (torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, əsas göstəriciləri və s.) müfəssəl şəkildə göstərilmişdir. 22 fevral 2011-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda bağlanmış 4Ə-92 reyestr saylı müqavilədən görünür ki, Göyçay rayonu Potu kəndində yaşayan X16 və Cavabdeh2 DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli 27/145 nömrəli arayışına, xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,7692 ha torpaq sahəsini alıcı "xxxx" QSC-yə satmışlar. Satıcıar daşınmaz əmlakı 6.442 manata satmışlar. Alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı zəruri digər sənədlər, həmçinin ödənişlərlə bağlı məktublar və s. sənədlər məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,7692 ha torpaq sahəsi paylı mülkiyyət kimi (0,3846 ha hissəsi) X10 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 129 nömrəli vərəqində qeydiyyata alınmışdır. Digər pay sahibi kimi Cavabdeh2 qeyd olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2011-ci il tarixli AA seriyalı 003770 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, zəruri məlumatlar (torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, əsas göstəriciləri və s.) müfəssəl şəkildə göstərilmişdir. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 dekabr 2010-cu il tarixli AZ-İ seriyalı 439515 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 25 dekabr 2001-ci il tarixdə Göyçay rayonu Potu kəndində kəskin ürək damar çatmamazlığından vəfat etmişdir. Bu barədə 27 dekabr 2001-ci il tarixdə 728 saylı akt qeydi aparılmışdır. Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 yanvar 2011-ci il tarixli 79 saylı arayışdan görünür ki, X16 ilə X8 arasında nikah 29 avqust 1959-cu il tarixdə Göyçay rayonu Ləkiçıplaq kənd sovetliyində 16 saylı akt qeydi ilə bağlanmışdır. AZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1970-ci il tarixdə Göyçay rayonu Potu kəndində doğulmuşdur, X7, X1dır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında əldə edilən sübutlarla müəyyən edilmişdir ki, mərhum X16 ilə X6 29 avqust 1959-cu il tarixdə Göyçay rayonu Ləkiçıplaq kənd sovetliyində 16 saylı akt qeydi ilə nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı, Polad İsmayılov, Azad İsmayılov, Cavabdeh2 və Şəhla İsmayılova doğulmuşlar. Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,7692 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi X12, X3, Cavabdeh2 ayrılmışdır. X6 25 dekabr 2001-ci il tarixdə vəfat etmiş, sonuncunun vəfatından sonra mərhum Əkrəm İsmayılov və Cavabdeh2 notariat kontoruna ərizə ilə müraciət edərək, mərhum Siyarə İsmayılovadan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Göyçay rayon Notariat kontorunda onların müraciətləri əsasında vərəsəlik işi açılmış, zəruri sənədlər toplanmış, ərizəçilər tərəfindən notariat kontoruna təqdim edilmiş vərəsələrin dairəsinə dair arayışda İ növbə vərəsələrin dairəsi tam göstərilmədiyi üçün, 14 yanvar 2011-ci il tarixdə yalnız Əkrəm İsmayılovun və Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Əkrəm İsmayılov və Cavabdeh2 0,7692 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Bundan sonra, paylı mülkiyyətlərində olan həmin torpaq sahəsini xx.xx.2011-ci il tarixdə "xxxx" QSC-yə satmışlar. Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri Əkrəm İsmayılov və Siyarə İsmayılovadan miras qalmış əmlaklara dair vərəsəlik hüququnun tanınmasını xahiş etmiş, iddiasının əsası kimi isə 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad etmişdir. Bu iddianın davamı olaraq İddiaçı Cavabdeh2 və digərlərinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də "xxxx" QSC ilə mübahisəli torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşin faktiki hallarından görünür ki, miras açılarkən miras qoyan Siyarə İsmayılovanın qanun üzrə birinci növbəli vərəsələri əri Əkrəm İsmayılov, qızı Cavabdeh2 ilə bərabər iddiaçı – oğlu İddiaçı, digər övladları Polad İsmayılov, Azad İsmayılov və Şəhla İsmayılova sağ olmuşlar. X21 və Cavabdeh2 mərhum Siyarə İsmayılovadan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Göyçay rayon Notariat kontoruna müraciət edərkən, vərəsələrin dairəsini tam şəkildə göstərən arayışı (məlumatı) təqdim etməmişlər. Bu səbəbdən, birinci növbəli vərəsə kimi iddiaçı qanun üzrə Siyarə İsmayılovadan miras qalmış əmlakdan pay almaq hüququndan məhrum olmuşdur. Ona görə də, mərhum Əkrəm İsmayılovun və Cavabdeh2 adına verilmiş 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əqdin etibarsızlığı ilə bağlı iddialar üzrə deyil, yalnız əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələbi ilə bağlı yaranmış mübahisələr üzrə tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız olduğundan, həmin şəhadətnaməyə əsasən mərhum X10 və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2011-ci il tarixli çıxarış, eləcə də xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli "xxxx" QSC ilə mərhum X16 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsi də etibarsız olmaqla, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mərhum X10 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısı da ləğv edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Göyçay rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 2V-09 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında X10 və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011ci il tarixli çıxarış, Göyçay rayon Notariat Kontorunda "xxxx" QSC ilə X16 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə-92 nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X10 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısı ləğv edilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayon Notariat kontoru tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 2V-09 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X10 və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarış etibarsız hesab edilsin. Göyçay rayon Notariat Kontorunda "xxxx" QSC ilə X16 və Cavabdeh2 arasında 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə- 92 nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. 0.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X10 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 28 yanvar 2011-ci il tarixdə aparılmış qeydiyyat yazısı ləğv edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1154/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1154/2022
25.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver