Məhkəmə qərarları › İş №2(046)-1197/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1197/2025

11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1197/2025 11.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Cavabdeh İB-in nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə Əsassız yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yaranmış 3110.40 manat borcun silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin belə əsaslandırmışdır ki, onunla bağlanmış qazın 07743 nömrəli alqı-satqı müqaviləsinin müvafiq bəndlərinin tələblərinə əsasən bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin şərlərinə əsasən hər ay ərzində istifadə etdiyi təbii qazın dəyərini sayğac göstəricisinə əsasən vaxtlı-vaxtında ödəmişdir. Bu günədək təşkilatla sərf etdiyi qazın dəyəri ilə bağlı hər hansı narazılıq olmamışdır. Cavabdeh Ağsu RQİİ-nin barəmdə tərtib etdiyi xx.xx.2024- cü il tarixli aktına əsasən onun guyaki, sayğacdan kənar qaz xəttinə qoşularaq istifadə etməyi əsasızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyətindədir. Fərdi yaşayış evi "xxxx" ASC-nin yaxınılığında yerləşir. Həmin vaxtlarda o ərazilərdə qaz xətti məhdut sayda olduğu üçün mülkiyyətində olan fərdi yaşayış evi inşa edilməmişdən əvvəl mərhum həyat yoldaşının "xxxx" ASC-nin rəhbərliyi ilə yaxın münasibətdə oiduğu üçün onun və rayon qaz idarəsinin icazəsi ilə zavodun qaz xəttindən, yəni sayğacdan sonra olan hissədən bir xətt ayıraraq torpaq sahəsinə çəkdirmişdir. Bundan sonra ev inşa edilməyə başlayanda evin bünövrəsinə çınqıl-daş, beton töküldü və həmin həmin qaz xətti bağlanaraq tam istifadəsiz vəziyyətdə saxlanıldı. Uzun müddətdir ki, Ukrayna Respublikasında yaşamış, mülkiyyətində olan fərdi yaşayış evi 2023-cü ildə tam hazır olmuşdur. 2023-cü ilin ortalarında fərdi yaşayış evinə köçmüşdür. 2024- cü ildə Azəriqaz” X3 RQİİ-nin əmkdaşları fərdi yaşayış evində olarkən yuxarıda qeyd etdiyi məlumatları onlara bildirsə də, heç bir nəticəsi olmamış və səbəbsiz olaraq onun barəsində akt tərtib olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixli Ağsu RQİİ üzrə Göyçay XS-nin rəisi Z.Orucovun imzası ilə ünvanına məktub gəlmişdir. Həmin məktubda evindən açılmış Elster G-4 markalı, **********0 nömrəli sayğacların müayinəsi laboraratoriyasının istismara yararsızlığ haqqında akta əsasən sayğacdan kənar əlavə qaz xətti aşkar olunduğu və bütün bunlara görə təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Həmin məktubda bütün bunlara görə 3110.40 manat cərimə olunduğu, həmin məbləği 5 gün ərzində ödəməyəcəyim təqdirdə mənzilimin qaz verlişinin dayandırılacağı göstərilmişdir.Həmin qaz xəttinin istifadə olunmadığını Azəriqaz” X3 RQİİ-nin Göyçay Xidmət sahəsinin əməkdaşları da məlumatlı olmuşdur. Yəni hər dəfə sayğacın dəyəri qeyd edilərkən həmin qaz xəttini görmüşlər və istifadə edilmədiyini görüb heç bir irad bildirməmişlər. Cavabdeh evindən yoxlama apardığı vaxt faktiki istifadəsində olan hər hansı qanunsuz xətt aşkar edilməmişdir. Yalnız qaz xətti aşkar edilmişdir ki, onun da yaşadığı evə heç bir aidiyyəti yoxdur. Cavabdehlərin nümayəndələri yalnız şifahi məlumatlara əsaslanmış, bu barədə akt tərtib etmiş, əsasız sənədləşmə işləri aparmışdır. Qazdan qeyri-qanuni istifadə etdiyinə görə cavabdeh tərəfindən məsuliyyətə cəlb olunmağı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Ona görə də, həmin məktubda yazılmış məbləğlə razı deyil və hesab edir ki, qeyd edilən məbləğ tamamilə qanunsuz hesablanmışdır. Çünki, dəymiş ziyan ARDNŞ Şurasının 14.0.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları Reyestrə daxil edilmədiyindən istehlakçılar üçün məcburi xarakter daşıya bilməz və ona görə də dəymiş ziyanın hesablanması qanuni sayıla bilməz. Əgər həqiqətəndə yaşadığı ünvanda qeyri-qanuni yollarla təbii qazdan istifadə etmişsə sual yaranır ki, faktiki yaranmış debitor borc kimə aiddir? nəticədə yaranmış debitor borcu onu göstərir ki, uzun illərdi yaşadığı ünvanda təbii qazdan qeyriqanuni istifadə etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ona təbii qazdan istifadə üzrə əlavə sərfiyyat və həmin sərfiyyata görə borcun hesablanması əsaslı sayıla bilməz. Aşkarlanmış kiçik diametrli boru ilə ona məxsus evə hər hansı dövrdə qaz verildiyi işdə olan hər hansı sübutla təsdiq olunmur. Bu günə kimi Cavabdehlə bağladığı müqavilənin tələblərinə əməl etməklə sayğac göstəricisinə uyğun şəkildə hər ay ona təqdim olunan bildirişlə ödənişlərimi həyata keçirmişdir. Hazırda təbii qazdan istifadə etdiyimə görə yaranmış debitor borcun maddi durumumda yaranmış çətinliklərlə əlaqədar ödənilməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz İB nümayəndəsi X6 etirazda qeyd ediləndləri müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh Ağsu RQİİ-nin İSQNŞ-nin əməkdaşları ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, fərdi yaşayış evində sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2024 -cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Göyçay XS-nin abonenti İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********01120 nömrəli abonent koduna 25920 m3 - 3110.40 (üç min yüz on manat) manat 40 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur İddiaçı abonent koduna hesablanaraq vurulmuş 3110.40 (üç min yüz on manat) manat 40 qəpik məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh İddiaçı fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filalına göndərilmiş, 04 iyun 2024- cü il tarixli MN - ******* nömrəli Qərarla İddiaçı barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1 -ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə növü tətbiq edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh İddiaçı arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, İddiaçı yaşadığı Göyçay şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində qaz sayğacından kənar xətt aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı məxsus Göyçay şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanmasına əsas ******* nömrəli xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdır. Dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarıdır. Dəymiş ziyanın həcmi 25920 m3. Məhkəməyə təqdim edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri H.Əliyev prospekti 191 A ünvanında yaşadığı fərdi yaşayış evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində az miqdar ziyan vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 292.1-ci maddəsi ilə təqsirli bilinmiş 100 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, xx.xx.2024 -cü il tarxdə İddiaçı məxsus ünvan 3 ünvanına baxış keçirərkən, fərdi yaşayış evində sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar edildiyi müəyyən edilir. İş üzrə cavabdehin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilmişdir. Həmin qərarın 5-ci bəndinə əsasən 5.2-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: “Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.” 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Azəriqaz İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı həmin müqavilə əsasında yaşadığı Göyçay şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə cavabdeh tərəfindən təbii qazın verilməsi təmin edilmişdir.xx.xx.2024-cü il tarixdə Cavabdeh Ağsu RQİİ-nin İSQNŞ-nin əməkdaşları İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, fərdi yaşayış evində sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2024-cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərilmişdir. xx.xx.2024 -cü il tarxli, ******* nömrəli ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Göyçay XS-nin abonenti İddiaçı Göyçay XS-nin abonent bazasındakı **********01120 nömrəli abonent koduna 25920 m3 - 3110.40 (üç min yüz on manat) manat 40 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filalına göndərilmiş, 04 iyun 2024- cü il tarixli MN - ******* nömrəli Qərarla İddiaçı barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1 -ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə növü tətbiq edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı abonent saldosuna hesablanmış 3110.40 manat əsassız hesablanmış ziyanın silinməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh İB-nə qarşı 3110.40 manat ziyanın silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 72-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh İB-nə qarşı 3110.40 manat ziyanın silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar