Məhkəmə qərarları › İş №2(046)-1216/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1216/2025

09.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1216/2025 09.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Reyster Xidmətinin 13 saylı Ucar ərazi İdarəsinə qarşı mirasda payın ayrılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 mülkündən və evindən onlara düşən vərəsə payının ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etmişlər ki, Göyçay şəhəri M.Rəsulzadə küçəsi 61 saylı evdə yaşamışlar. Həmin ev və mülk atası X4 atası X2 məxsus olmuşdur. İddiaçı1 1978-ci ildə, İddiaçı2 isə 1979-cu ildə anadan olmuşdur. Orta məktəbin 3-4-cü siniflərində təhsil alanda X3 təhriki ilə yaşadıqları ata mülkündən çıxmalı olmuşılar. Sonradan onlara məlum olmuşdur ki, atasının vərəsə payı qardaşlarının adına keçirilmişdir. Azyaşlı olduqlarından hüquqlarını başa düşməmişlər. Ataları 2006-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçı iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. İddiaçılar iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsini qeyd etmişlər. Lakin həmin idarənin Ucar rayon ərazisində yerləşdiyinə dair heç bir sübutu ərizəyə əlavə etməmiş, eləcə də cavabdehə qaşrı yönələn tələbin nədə ifadə olunduğunu iddia ərizəsində göstərməmişlər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Reyster Xidmətinin 13 saylı Ucar ərazi İdarəsinə qarşı mirasda payın ayrılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində göstərilən tələblərə əməl etməklə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar