Məhkəmə qərarları › İş №2(046)-1220/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1220/2022

24.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1220/2022 24.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, vəsiyyət üzrə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə qarşı «miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsinin müəyyən olunması, vəsiyyət üzrə vərəsəlik hüququnun və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və onun həmin əmlaka vəsiyyət üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X15 xx.xx.2005-ci il tarixdə kardiogen şok nəticəsində vəfat etmişdir. Mərhum atası X15 18 may 2001-ci il tarixdə Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq edilməklə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə ilə Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini mərhum X1 verərək ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamənin həyətyanı torpaq sahəsinə dair hissəsi qüvvədədir. DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsi X9 mülkiyyətindədir. İddia ərizəsinə əlavə etdiyi Göyçay rayon İcra Hakimiyyəti Başçısının İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən X3nun yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, İddiaçı. O, X5 miras qalmış DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. Bundan sonra o, mirası qəbul etməsi barədə ərizə ilə Göyçay rayon Notariat Ofisinə rəsmi müraciət edərək, X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsi barədə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Hesab edir ki, qeyd edilən xüsusatlar X5 miras qalmış DƏDRX-nin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinin İddiaçı tərəfindən faktiki qəbul etməyi kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edir ki, Cavabdeh5 DƏDRXnin 16 saylı ərazi idarəsinin əməkdaşları tərəfindən Cavabdeh5 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsində məcburi payı vardır, Cavabdeh5 miras əmlakda məcburi payını faktiki qəbul etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsini nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 Fləsən qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Mülki Məcəllənin 1243.2-ci və 1245-ci maddələrində nəzərdə tutulan qaydada və mirasın qəbul üçün müəyyən edilmiş müddətdə X5 miras qalmış Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsini nə rəsmi, nə də ki faktiki qəbul etməmişlər. Bununla da, Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş mirası qəbul etmə müddətini ötürmüşlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 notariat kontoruna gəlmir. Bu səbəbdən, Göyçay rayon notariat Ofisinin notariusu qərarla ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. 18 may 2001-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə hal-hazırda qüvvədədir, X5 miras Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılmamışdır. Bu səbəbdən hesab edir ki, miras əmlakda onun payı vəsiyyətnaməyə əsasən müəyyən edilməlidir. Bu səbəbdən, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, X3 ilə mərhum X10 birgə nikahından 7 övladları doğulmuşdur. X20 miras qalmış və Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində o, İddiaçı, Cavabdeh5 və Cavabdeh6 yaşayır. Mərhum atası Həsən Həsənov hələ sağlığında özünə məxsus olan fərdi yaşayış evini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini İddiaçı vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra, yəni 2009-cu ildə sonuncudan miras qalmış əmlakla bağlı vərəsələr arasında ixtilaf yaranmış, bu səbəbdən, məhkəməyə müraciət edilmişdir. Göyçay rayon Məhkəməsinin qətnaməsi ilə mərhum atası və anasından miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh5 arasında bölünmüş, İddiaçı payı 0,689 ha, Cavabdeh5 payı isə 0,451 ha müəyyən olunmuş, eyni zamanda həmin qətnamə ilə İddiaçı verilmiş vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmişdir. Bundan sonra, Göyçay rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X3ndan miras qalmış və Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evində onun, X6, Cavabdeh5 və İddiaçı 1/4 hissədə payları müəyyən olunmuşdur. Hesab edir ki, məhkəmə qətnaməsi ilə payı müəyyən edilmiş hissədə İddiaçı 0,26 ha həyətyanı torpaq sahəsində də payı müəyyən edilməlidir. Yəni, miras əmlak olan 0,26 ha torpaq sahəsi vəsiyyət üzrə deyil, qanun üzrə vərəsələr arasında bölünməlidir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, Cavabdeh3 izahatına oxşar izahat verdi və məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, mərhum atası Həsən Həsənov bütün əmlaklarını bacısı İddiaçı vəsiyyət etmişdir. Atasından miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2009-cu ildə Göyçay rayon Məhkəməsinin qətnaməsi ilə vəsiyyətnamə üzrə vərəsələr arasında bölünmüşdür. Hazırda vəsiyyətnamə torpağa dair hissədə qüvvədə olduğundan, hesab edir ki, atasından miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsi qanun üzrə deyil, vəsiyyət üzrə vərəsələr arasında bölünməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və mübahisə predmeti barədəmüstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh4 və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Göyçay rayon İHB-nin İkinci Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 16 dekabr 2021-ci il tarixli 895 saylı arayışından görünür ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Cavabdeh5 atası, X3 vəfat etdiyi xx.xx.2005-ci il tarixədək Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yaşamış və pasport qeydiyyatında olmuşdur. X3 vəfat edənədək öhdəsində aşağıdakı ailə üzvləri qalmışdır - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, İddiaçı. - 18 may 2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yaşayan X15 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən şəxsi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Bundan əlavə olaraq, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən evinin həyətyanı sahəsinə dair də sərəncam vermişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu X27 kəndində 0,26 ha torpaq sahəsi X9 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 408-10/115 inventar nömrəli 15 noyabr 2021-ci il tarixli texniki pasportdan görünür ki, Göyçay rayonu X27 kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasport tərtib edilməklə, texniki pasportda torpaq sahəsinin planı, torpaq sahəsi haqqında məlumat, tikinti mərtəbələri üzrə planı və sair zəruri göstəricilər müfəssəl şəkildə qeyd olunmuşdur. - Göyçay rayon Notariat Ofisinin 31 mart 2022-ci il tarixli 177 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edilərək, miras şəriki olan Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. - 15 avqust 1951-ci il tarixdə verilmiş İE seriyalı 582593 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1951-ci il tarixdə Göyçay rayonunda doğulmuşdur, atası Həsən Həsənov, anası Zəriş Həsənovadır. - 29 dekabr 1959-cu il tarixdə verilmiş İ-İE seriyalı 844612 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh5 xx.xx.1959-cu il tarixdə Göyçay rayonunda doğulmuşdur, atası Həsən Həsənov, anası Zəriş Həsənovadır. - 15 fevral 1964-cü il tarixdə verilmiş AZ seriyalı 491721 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Göyçay rayonunda doğulmuşdur, atası Həsən Həsənov, anası Zəriş Həsənovadır. - 24 fevral 1962-ci il tarixdə verilmiş AZ seriyalı 160286 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1962-ci il tarixdə Göyçay rayonunda doğulmuşdur, atası Həsən Həsənov, anası Zəriş Həsənovadır. - xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, X13 xx.xx.1952-ci il tarixdə Göyçay rayonunda doğulmuşdur, atası Həsən Həsənov, anası Zəriş Həsənovadır (Nuruevadır). - AZ-İ seriyalı 138811 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 22 mart 2005-ci il tarixdə Göyçay rayonu İ Ərəbcəbirli kədində kardiogen şokdan vəfat etmişdir. Bu barədə 24 mart 2005-ci il tarixdə 14 saylı akt qeydi aparılmışdır. - AZ seriyalı 084167 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2001-ci il tarixdə Göyçay şəhərində kəskin ürək-damar çatmamazlığından vəfat etmişdir. Bu barədə 08 yanvar 2001-ci il tarixdə 19 saylı akt qeydi aparılmışdır. - Göyçay rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli 2(046)-308/2009 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilmiş, X3nun Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinin və digər əmlakının qızı İddiaçı vəsiyyət etməsinə dair 18 mart 2001-ci il tarixli Göyçay rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş vəsiyyətnamənin evə dair hissəsi etibarsız hesab edilməsi; ilk iddianın mirasın qəbul edilməsi müddətinin uzadılması, miras evə qanun üzrə vərəsələrin paylarının və 0,57 ha pay torpaq sahəsində məcburi payların müəyyən edilməsi, həmin əmlaklara hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair hissəsi əsassız olduğundan rədd edilməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, Göyçay rayonu İ Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin X3nun adına daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı haqqında 09 sentyabr 2008-ci il tarixli 4 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmış MH seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi; torpağa mülkiyyət hüququna dair JN-1479 saylı 17 dekabr 1998-ci il tarixli dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsində İddiaçı payının 0,689 ha, Cavabdeh5 payının isə 0,451 ha müəyyən edilməsi; torpağa mülkiyyət hüququna dair JN-1479 saylı 17 dekabr 1998-ci il tarixli dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsinin 0,689 ha hissəsinin İddiaçı, 0,451 ha hissəsinin isə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və həmin paylara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin ƏMDK-nın yanında DƏDRX-nin Ucar Ərazi İdarəsinə həvalə edilməsi; qarşılıqlı iddianın Vaqif və Nizami Həsənovların anaları X8 və ataları X5 miras qalmış ümumilikdə 0,57 ha pay torpaq sahəsinə vəsiyyət və qanun üzrə vərəsələr kimi paylarının müəyyən edilməsinə dair hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin MİÜMK-nın 20 iyul 2010-cu il tarixli 2(107)- 320/2010 saylı qətnaməsindən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli 2(046)-308/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Göyçay Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli 2(046)-498/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçılar X6, Cavabdeh3, cavabdehlər Cavabdeh5 və İddiaçı X3ndan miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələr kimi hər birinin payının 1/4 hissə olmasının müəyyən edilməsi, X3ndan miras qalmış, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində iddiaçılar X6 1/4 hissə payı, Cavabdeh3 1/4 hissə payı, cavabdehlər Cavabdeh5 1/4 hissə payı və İddiaçı 1/4 hissə payı üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2017-ci il tarixli 2(107)-779/2017 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh5 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli 2(046)-498/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2017-ci il tarixli 2(102)-6842/2017 saylı qərarından görünür ki, cavabdehlər Cavabdeh5 və İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2017-ci il tarixli 2(107)-779/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iclasında əldə edilən sübutlarla müəyyən edildi ki, X3 ilə X16 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından Mustafayeva (Həsənova) Rəna Həsən qızı, Mustafayeva (Həsənova) Minarə Həsən qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Qədirova (Həsənova) Rübabə Həsən qızı və İddiaçı anadan olmuşlar. X15 xx.xx.2005-ci il tarixdə, X16 isə xx.xx.2001-ci il tarixdə vəfat etmişlər. X3 xx.xx.2001-ci il tarixdə özünə məxsus olan fərdi yaşayış evini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qızı İddiaçı vəsiyyət etmişdir. Göyçay rayon Məhkəməsinin 13 noyabr 2009-cu il tarixli qətnaməsi ilə həmin vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmiş, eyni zamanda, Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh5 arasında bölünmüş, Vaqif və Cavabdeh4ların Həsən Həsənovdan və Zəriş Həsənovadan miras qalmış 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vəsiyyət və qanun üzrə vərəsələr kimi paylarının müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Bundan sonra X14, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Göyçay rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən və mərhum ataları Həsən Həsənovdan miras qalmış fərdi yaşayış evinin qanun üzrə birinci növbə vərəsələr arasında bərabər qaydada bölünməsini xahiş etmişlər. Göyçay rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3ndan miras qalmış Göyçay rayonu İ Ərəbcəbirli kəndində 0,26 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 102,6 m2 yaşayış, 58,7 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evində X6, Cavabdeh3, İddiaçı və Cavabdeh5 hər birinin 1/4 hissədə payı müəyyən edilmişdir. Bundan sonra, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2005-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,26 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və onun həmin əmlaka vəsiyyət üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X3ndan miras qalmış fərdi yaşayış evini X14, Cavabdeh3, İddiaçı və Cavabdeh5; kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə İddiaçı və Cavabdeh5 qəbul etmişdir. İşin mübahisəsiz hallarından görünür ki, X3 tərəfindən qoyulmuş xx.xx.2001-ci il tarixli vəsiyyətnamə evə dair hissədə etibarsız hesab edilmiş, torpaq sahəsinə dair hissədə isə hal-hazıradək qüvvədədir. Bu səbəbdən, məhkəmə hesab edir ki, X3ndan miras qalmış, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsi vəsiyyət üzrə vərəsələr arasında bölünməlidir. Hazırkı iddia tələbi ilə yalnız İddiaçı müraciət etdiyindən, X3ndan miras qalmış 0,26 ha həyətyanı torpaq sahəsindən yalnız İddiaçı payı müəyyən edilməlidir. Lakin iddiaçı iddia tələbində mərhum Həsən Həsənovdan miras qalmış 0,26 ha torpaq sahəsinə bütünlükdə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş etsə də, qanun qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mərhum Həsən Həsənovdan miras qalmış əmlakı iddiaçı ilə bərabər digər birinci növbə üzrə vərəsələrdən X14, Cavabdeh3 və Cavabdeh5 da qəbul etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, X5 miras qalmış 0,26 ha torpaq sahəsinin bütünlükdə İddiaçı tərəfindən qəbul edilməsi və həmin miras əmlak üzərində sonuncunun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması qanuni və əsaslı deyil. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X3ndan miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı 1/2 hissədə payı müəyyən edilməli, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X3ndan miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı 1/2 hissədə payı müəyyən edilməli, onun 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay rayonu İ Ərəbcəbirli kəndində yerləşən, X3ndan miras qalmış 0,26 ha torpaq sahəsində İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. İddiaçı 0,13 ha torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar