Məhkəmə qərarları › İş №2(046)-1245/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1245/2021

30.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1245/2021 30.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki işlərə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 216 manat itirilmiş qazın həcmi və yeni quraşdırılmış sayğacın dəyəri kimi 68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 81.50 manat məbləğində borcun, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və 20 manat dövlət rüsumunun 40 qəpik xidmət haqqının tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərəzəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı debitor borcun ödənilməsi tələbinə dair iddiaları üzrə mülki işlər bir icraatda birləşdirilsin. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar