Məhkəmə qərarları › İş №2(046)-1248/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1248/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1248/2024 22.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 14 saylı mənzili tam olaraq xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona xx.xx.2012-ci il tarixdə RX seriyalı ******* №li Çıxarış verilmişdir. 25 mart 2023-cü il tarixli kirayə müqaviləsinə əsasən mənzilini müvəqqəti olaraq vətəndaş Cavabdeh kirayəyə vermişdir. Kirayə müddəti xx.xx.2026-cı il tarixə kimi nəzərdə tutulmuşdur. Kirayə müqaviləsinə əsasə cavabdeh hər ay üçün 500 manat məbləğində kirayə haqqı ödəməli idi. Ancaq cavabdeh mənzilə köçdükdən sonra dəfələrlə müqavilənin şərtlərini pozmuşdur. O gah aylıq kirayə məbləğini tam ödəməmiş, gah da ümumiyyətlə ödəniş etməmişdir. Ona görə də ona dəfələrlə müraciət və xəbərdarlıq etmişdir. Ancaq heç bir müsbət nəticəyə nail olmamışdır. Müraciətlərinə hər dəfə cavabdeh təhqirlə, hədəqorxu ilə cavab vermişdir. Digər yerdən gəliri olmadığına görə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-629/2024 nömrəli Qətnaməsinə əsasən Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində kirayə haqqı və 100 (bir yüz) manat dövlət rüsumunun xeyrimə ödənilməsi, onun və ailə üzvlərinin mənzildən çıxarılması və mənzilə dair bağlanmış kirayə müqaviləsinin ləğvi qət edilmişdir. Lakin məhkəmə qətnaməsi hüquqi qüvvəyə minməsinə baxmayaraq cavabdeh bugünə kimi heç bir pul ödənişi etməmiş, dəfələrlə xahiş etməyinə baxmayaraq bundan sonra da ona məxsus mənzildən çıxmaqdan əsassız olaraq imtina etmişdir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra da 3 ay əlavə olaraq mənzildə yaşamış, bu səbəbdən nəinki məhkəmə qətnaməsində göstərilən 2200 manat pul vəsaitinin ödəmiş, hətta yaşadığı 3 ay müddəti üçün (fevral, mart, aprel ayları) heç bir ödəniş etməmişdir. Bu səbəbdən məhkəmə qətnaməsində göstəriləndən əlavə cavabdehin ona 1500 manat pul borcu yaranmışdır. Cavabdeh və onun ailə üzvlərinin ona məxsus ünvan 1 ünvanda yerləşən yaşayış binasının 14 saylı mənzildən çıxarılmalarına yalnız xx.xx.2024-cü il tarixdə nail olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ilə məhkəmə baxışı zamanı telefon vasitəsi ilə əlaqə saxlanılmış, bildirmişdir ki, iddiaçıya məxsus mənzildən 3 ay ərzində istifadə etmişdir. İddiaçıya 1500 manat borcu vardır. Lakin iddiaçı ona həmin pulu tələb etmədiyini bildirmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 14 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiq edilmiş “Kirayəyə verən" İddiaçı ilə “Kirayəçi” Cavabdeh arasında bağlanmış 25 mart 2023-cü il tarixli “Kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 14 saylı mənzil kirayəyə (verilmişdir. Müqaviləyə əsasən kirayə haqqı aylıq 500 manat, kirayə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 mart 2023-cü il tarixli kirayə müqaviləsi ləğv edilməsi, Cavabdeh və onun azyaşlı övladları ünvan 4 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılmasıvə Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində kirayə haqqı və 100 manat dövlət rüsumu İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhər Nərimanov rayon icra şöbəsinin icra məmurları X3, X1, hal şahidləri X4, X2 və İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq ünvan 4 ünvanında yerləşən 14 saylı mənzildə olmuşlar borclu Cavabdeh sözügedən mənzildən əşyalarını boşaldaraq, mənzilin açarını tələbkar İddiaçı təhvil verərək ərazidən uzaqlaşmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 14 saylı mənzilə dair Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə kirayə müqaviləsi bağlamış mənzili xx.xx.2026-cı il tarixədək hər ay 500 manat kirayə haqqı ödəmək şərti ilə cavabdehə kirayəyə vermişdir. Cavabdeh kirayə müqaviləsinin şərtlərini pozduğundan (kirayə haqqını ödəmədiyindən) İddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-629/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 mart 2023-cü il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və onun azyaşlı övladları ünvan 2 ünvanında yerləşən 14 saylı mənzildən çıxarılması və Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində kirayə haqqı və 100 manat dövlət rüsumunun İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh mənzili tərk etməmiş, xx.xx.2024-cü il tarixdə icra məmurları tərəfindən qeyd edilən mənzilə gedilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus mənzili tərk etmişdir. Hazırda İddiaçı Cavabdeh mülkiyyətində olan mənzildən üç ay müddətində istifadə etməsinə 1500 görə (hər ay 500 manat olmaqla) manat pul tələb edir. Buna görə də məhkəmə hesab edir ki İddiaçı tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda idddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat pul və 36 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat pul və 36 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar