Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1286/2020 30.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, ərizəçilər Ərizəçi1 Yaqub oğlunun, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 Yaqub oğlu, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-310A saylı (KOD: 40803018) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 (şəhadətnamədə Ərizəçi1 Yaqub oğlu qeyd edilmişdir), Ərizəçi2 (şəhadətnamədə Ərizəçi2 Yaqub qızı qeyd edilmişdir) və Ərizəçi3 (şəhadətnamədə Ərizəçi3 Mukayıl qızı qeyd edilmişdir) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 Yaqub oğlu, Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə edərək göstərmişlər ki, JN -310A seriyalı, KOD 40803018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonunda 0.36 ha torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi hazırda faktiki istifadələrindədir. Şəhadətnamədə Ərizəçi1 adı Ərizəçi1 Yaqub oğlu, Ərizəçi2 adı Ərizəçi2 Yaqub qızı, Ərizəçi3 adı isə Ərizəçi3 Mukayıl qızı kimi göstərilmişdir. Halbuki, AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəhadətnamədə Ərizəçi1 Yaqub oğlu kimi qeyd edilmiş ərizəçinin adı Ərizəçi1dur, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəhadətnamədə Ərizəçi2 Yaqub qızı kimi qeyd edilmiş ərizəçinin adı Ərizəçi2dır, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəhadətnamədə Ərizəçi3 Mukayıl qızı kimi qeyd edilmiş ərizəçinin adı Ərizəçi3dır. Ərizəçilərdən Ərizəçi1 xx.xx.2020-ci ildə vəfat etmiş anası X1 Torpağın mülkiyyətə verilməsinə dair JN-310A kod: 40803018 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olmuş torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququnun tanınması üçün müvafiq notariat orqanına və AR ƏMDK yanında DƏDRX-nin 16 saylı X4 müraciət etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-310A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1, Ərizəçi1 Yaqub oğlu kimi, Ərizəçi2 Ərizəçi2 Yaqub qızı kimi, Ərizəçi3 isə Ərizəçi3 Mukayıl qızı kimi qeyd edilmişdir. Göstərilən çatışmazlıqlar aidiyyəti üzrə aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Buna görə də məhkəməyə müraciət etmiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı X4 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçilərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqələri məlumatlarından görünür ki, Ərizəçi1 xx.xx.1968-ci il tarixdə, Ərizəçi2 xx.xx.1976-cı il tarixdə və Ərizəçi3 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-310A saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayon X2 xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonunda yerləşən 0.36 ha torpaq sahəsi Ərizəçi1 Yaqub oğlunun, Ərizəçi2 Yaqub qızının və Ərizəçi3 Mukayıl qızının ümumi-birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5 tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-310A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 Yaqub oğlu, Ərizəçi2 əvəzinə səhvən Ərizəçi2 Yaqub qızı, Ərizəçi3 əvəzinə səhvən Ərizəçi3 Mukayıl qızı kimi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 511 saylı məktubdan görünür ki, Ərizəçi1 xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X1 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1 Yaqub oğlunun, Ərizəçi2 və Ərizəçi3 ərizəsi təmin edilməli, Göyçay rayon X2 xx.xx.1998-ci il tarixli qərarı ilə Ərizəçi1 Yaqub oğlunun, Ərizəçi2 Yaqub qızının və Ərizəçi3 Mukayıl qızının ümumi-birgə mülkiyyətində olan Göyçay rayonu Bığır kəndində yerləşən 0.36 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-310A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Göyçay rayon X2 xx.xx.1998-ci il tarixli qərarı ilə Ərizəçi1 Yaqub oğlunun, Ərizəçi2 Yaqub qızının və Ərizəçi3 Mukayıl qızının ümumi-birgə mülkiyyətində olan Göyçay rayonu Bığır kəndində yerləşən 0.36 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN- 310A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənın Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1286/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1286/2020
30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver