Məhkəmə qərarları › İş №2(046)-1288/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1288/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1288/2024 14.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, İddiaçı Cavabdeh İlqar oğluna qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İlqar oğlunun ”Facebook“ sosial şəbəkəsində özünə məxsus “X1 Quliyev” hesabı vasitəsi ilə etdiyi paylaşımların işguzar nüfuzu, eləcə də şərəf və ləyaqəti ləkələyən məlumatlar olduğu üçün onun tərəfindən eyni üsulla (”Facebook“ sosial şəbəkəsində özünə məxsus “X1 Quliyev” hesabı vasitəsi ilə) təkzib edilməsi, cavabdehdən mənəvi zərər kimi 15.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, mənəvi zərərə görə 15.000 manat pulun cavabdehdən tutulması hissəsi istisna olmaqla iddiaçının digər tələbləri qiymətləndirilməyən iddia tələbləridir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 364-VİQD nömrəli Qanunu ilə “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Qanuna dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid Müddəlarının 2.2-ci maddəsinə görə bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.2-ci maddəsində qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat olaraq müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində qiymətləndirilməyən iddia tələbi var və belə olan halda o, qiymətləndirilməyən iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu ödəmil idi. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi təsdiq edən qəbzdən görünür ki, İddiaçı hazırki iddia ərizəsi üzrə 135.40 manat dövlət rüsumu ödəmişdir. Yəni iddiaçı tərəfindən iddianın qiymətləndirilən iddia tələbinə dair hissədə dövlət rüsumu ödənilmiş, lakin qiymətləndiyilməyən iddia tələbinə dair dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı oğlu tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 135 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : İddiaçı Cavabdeh İlqar oğluna qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödədikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 135 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar