Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-129/2021 27.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair ilk iddiası, Cavabdeh1 Firuddin qızının və Cavabdeh2 İddiaçı qarşı «digər yaşayış sahəsi ilə təmin olunma» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.800 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Firuddin qızı və Cavabdeh2 İddiaçı qarşı «digər yaşayış sahəsilə təmin olunma» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinin yaxınlığında minimum kommunal şəraitli bir otaqlı fərdi ev və yaxud Göyçay şəhəri ərazisində hündürmərtəbəli evlərdə 1 otaqlı mənzilin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maliyyə vəsaiti hesabına alınaraq onların mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 onun qardaşı X13 ilə 24 mart 2001-ci il tarixdə nikah bağlayaraq evlənmişlər. Qardaşı cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra, Cavabdeh1 şəxsi əmlaklarını xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə gətirmiş və həmin evə köçmüşdür. Cavabdehin qardaşı ilə birgə nikahından 05.10.2001-ci il təvəllüdlü Cavabdeh2 və 06.08.2008-ci il təvəllüdlü X11 adlı iki uşaqları doğulmuşdur. 2005-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən aralarında olan narazılığa görə boşanmışlar. Lakin 2010-cu il tarixdə onlar barışıb, yenə bir yerdə yaşamış, 10.08.2018-ci il tarixdə yenidən nikah bağlamışlar. Qısa müddət sonra Cavabdeh1 ilə qardaşı X6 ailə münasibətləri yenidən pozulmuş, barışıb birgə yaşamaları mümkün olmadığından Göyçay rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyətində olan torpaq sahəsində 1984-cü ildə inşa edilmiş, 29.03.2019-cu il tarixdə DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Qardaşı ilə nikahları pozulduqdan sonra Cavabdeh1 birgə yaşayış qaydalarına əməl etməmişdir. Buna görə də, aralarında mübahisələr baş verir. 07.08.2018-ci il tarixdə aralarında yaranmış mübahisə zəminində onları söymüş və döymüşdür. Buna görə də, Cavabdeh1 təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Cavabdehin əlindən dincliklərini itirmişlər və hətta bir-birilərini tək qoyub onun qorxusundan heç yerə gedə bilmirlər. Buna görə də, hesab edir ki, cavabdehlə bir arada yaşamaları mümkünsüzdür. Bu baxımdan, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X4 mülkiyyətində olan evdən çıxarılmasını istəyir və bu fikrində israrlıdır. Hesab edir ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi onun mülkiyyəti olduğuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X11 ilə birlikdə həmin fərdi yaşayış evində istifadə hüququna xitam verilməsi və evdən çıxarılması mümkündür. Mövcud qanunvericiliyə əsasən hesab edir ki, Cavabdeh1 Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X11 ilə birlikdə 10.800 manat kompensasiya verilməklə, fərdi yaşayış evində olan istifadə hüququna xitam verilməli və həmin fərdi yaşayış evindən çıxarılmalıdır. Təklif etdiyi kompensasiya iş üzrə cavabdehlərin və azyaşlı uşağın davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir və bu hal mülkiyyətçinin öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanı yaradır. Ona görə ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evində cavabdehlərdən əlavə digər ailə üzvlərinin də istifadə hüququ vardır. Hesab edir ki, cavabdehlərə kompensasiya məbləği müəyyən olunarkən həmin fərdi yaşayış evində digər ailə üzvlərinin də istifadə hüququnun olması nəzərə alınmalıdır. Çünki, mülkiyyətində olan evdə istifadə hüququ olan şəxslərin hər birinə kompensasiyanın məbləği 10.800 manat məbləğindən artıq müəyyən edilərsə, bu zaman məhkəmə tərəfindən R.Ağalarovun şikayəti üzrə qərarın ziddinə olmuş olur. Belə ki, həmin qərarda kompensasiya institutu istifadəçiyə fərdi yaşayış evinin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnun verilməməsi göstərilmişdir. Nəzərdə tutulan kompensasiya məbləğindən artıq nəzərdə tutulması onun mülkiyyət hüququnun pozulmasına səbəb olur və istifadəçinin onlardan fərdi yaşayış evinin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnun olması kimi başa düşülür. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən 29 mart 2019-cu il tarixli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan göründüyü kimi ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi üçün qiymətləndirmə işi aparılmış, həmin fərdi yaşayış evinin 29 mart 2019-cu il tarixə real bazar dəyəri 50.000 manat müəyyən edilmişdir. Odur ki, göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməldir. Ona görə ki, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiası tam əsassızdır. Hesab edir ki, cavabdehlər iddiaçıdan bir otaqlı ev alınıb onların mülkiyyətinə verilməsi barədə tələbi qanuna uyğun deyildir. İlkin iddia üzrə Cavabdeh1 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı eyni predmetlə Göyçay rayon Məhkəməsinə müraciət etmiş və kompensasiya məbləği 3.500 manat olmaqla hazırkı tələbi irəli sürmüş, Göyçay rayon məhkəməsinin 16.03.2020-ci il tarixli 2(046)-163/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh1 adı çəkilən məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.06.2020-ci il tarixli 2(107)-1224/2020 saylı qətnaməsi ilə Göyçay rayon Məhkəməsinin adı çəkilən qətnaməsi qismən ləğv edilmiş, yəni İddiaçı kompensasiya məbləğini 5.000 manat həcminə qaldırsa da, ilk iddia rədd edilmişdir. Qarşılıqlı iddia üzrə hər iki iddiaçı X13 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evində uzun müddət yaşamış, birgə təsərrüfat aparmışdır. X1 qalmış miras əmlak üzrə X13 öz payını İddiaçı bağışlasa da, qarşılıqlı iddia üzrə hər iki iddiaçı mübahisəli fərdi ev üzrə istifadə hüququnu almışdır. Nəzərə alınsa ki, Cavabdeh1 Firuddin qızı 2000-ci ildən gəlin qismində köçdüyü Göçay şəhər M.Ə.Rəsulzadə küçəsi dalan 1 ünvanda yerləşən 7 saylı fərdi ev üzrə aparılmış cari və əsaslı təmir işlərində öz qazancı ilə müstəqil şəkildə iştirak etmişdir. Belə ki, 2000-ci ildən Cavabdeh1 daimi iş yeri olmaqla qazanc gətirir. Həmçinin, yuxarıda adı çəkilən Plenum qərarı ilə təsdiq olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququlur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi qəbul olunur. İş materiallarına əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, hazırda X14 ilə nikahları ləğv edilmiş, hər iki övladı onun himayəsindədir. İddiaçı qismində məlum iddia ərizəsində çıxış edən oğlu X15 təhsil alır və müstəqil qazanc əldə etmir. 2008-ci il təvəllüdlü qızı şagirddir, aliment qimində cəmi 130 manat pul vəsaiti alır. Göyçay şəhərində orta məktəbdə müəllimə vəzifəsində çalışır. Aldığı məvaciblə hər iki övladının xərclərini çətinliklə ödəyir, veriləcək kompensasiya ilə övladlarının yaşayış yeri ilə təmin olunması mümkünsüzdür. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, keçmiş həyat yoldaşı ilə nikahlarının ləğv edilməsi və dərhal ona qarşı ədalətsiz iddia tələbi və sair sadəcə olaraq ona və övladlarını yeganə yaşayış sahəsindən uzaqlaşdırmaq məqsədi daşıyır.Hesab edir ki, iddiaçı onlara bir otaqlı ev alaraq mülkiyyətlərinə verməlidir. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ilk iddia üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Ərazi İdarəsi tərəfindən verilmiş 29.03.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən, miras payların bağışlanması müqaviləsindən görünür ki, mübahisə edilən fərdi yaşayış evi mərhum X3 mülkiyyətində olmuşdur. X9 05.10.2004-cü il tarixdə vəfat etmişdir və qeyd olunan fərdi yaşayış evinə münasibətdə miras açılmışdır. Gülüstan Həsənovanın iki vərəsəsi olmuşdur – X13 və İddiaçı. 15.03.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların vərəsəlik hüququ tanınmışdır. X13 ilə İddiaçı arasında 18.03.2019-cu il tarixdə miras payın bağışlanması müqaviləsi bağlanmış və Elxan Həmidov ona düşən vərəsəlik payını İddiaçı bağışlamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli 2(046)-2149/2018 saylı qətnaməsindən görünür ki, X13 ilə Cavabdeh1 arasında nikah 10.08.2018-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 198 saylı akt qeydi ilə bağlanmışdır. Tərəflərin birgə nikahdan doğulmuş 05.10.2001-ci il təvəllüdlü Cavabdeh2 və 06.08.2008-ci il təvəllüdlü X11 adlı iki övladları var. Tərəflər arasında olan münasibətlər pozulduğundan, iddiaçı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar yetkinlik yaşına çatanadək ananın yanında saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş «xxxx» MMC-nin 14 aprel 2021-ci il tarixli 08-21 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinin 04 mart 2021-ci il tarixə bazar dəyəri 50.000 manat, likvid dəyəri 40.000 manat, aylıq kirayə haqqı 150 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 iddiaçının qardaşı ilə ailə həyatı quraraq, iddiaçıya məxsus fərdi yaşayış evinə gəlin köçmüş, cehizlərini həmin evdə yerləşdirmiş, evdən istifadə hüququ yaranmışdır. İddiaçı əvvəl 3.500 manat kompensasiya verilməklə cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin azyaşlı ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, təklif olunan kompensasiya məbləği cavabdehlərə hazırda yaşadıqları sahəyə uyğun yaşayış sahəsində müəyyən müddət təmin olunmaları üçün yetərli olmadığından, Göyçay rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli 2(046)-163/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırkı mülki işdə tərəflər eyni olsa da, iddiaçının təklif etdiyi kompensasiya məbləği fərqlidir və hazırda kompensasiya kimi təklif edilən məbləğ 10.800 manat təşkil edir. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunun maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, … Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir… Belə ki, … Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə mülkiyyətçi İddiaçı hesabına istifadəçilər Cavabdeh1 və Cavabdeh2, həmçinin Cavabdeh1 himayəsində olan azyaşlı uşağın davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün, mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 10.800 manat məbləğində pul kompensasiyası ödənilməsini ağlabatan və ədalətli hesab edir. Belə ki, 10.800 manat cavabdehlərin hər birinə ayrı-ayrılıqda 3 il ərzində (hər birinə 5.400 manat (150 manat * 36 ay = 5.400 manat) indiki şəraitlərinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verir. Əgər cavabdehlər eyni yaşayış sahəsində, ana və övladlar birgə yaşamaq, birgə təsərrüfat aparmaq istəsələr, kompensasiya məbləğinə daha uzun müddət ərzində normal şəraitdə yaşaya biləcəklər (hər ay 150 manat kirayə haqqı ödəməklə 6 il ərzində). Məhkəmə ilkin iddia tələbii lə bağlı yekun olaraq qeyd edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya Cavabdeh1 və Cavabdeh2, həmçinin Cavabdeh1 himayəsində olan azyaşlı uşağın davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı üçün yetərli olduğu üçün, ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia əsassızdır, təmin edilə bilməz. Çünki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisidir, onun mülkiyyət hüququ Dövlət tərəfindən qorunur. Qarşılıqlı iddia tələbi isə mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüququnun pozulmasına yönəlmiş iddia tələbidir. Qanunvericilikdə evdən istifadəçinin mülkiyyətçidən istifadə hüququna xitam verilib, evdən çıxarılması qarşılığında ayrıca yaşayış sahəsini alınması nəzərdə tutulmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddiasının əsası kimi Azərbaycan Respublikası MMin 228-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına istinad etsə də, sözügedən normativ hüquqi aktların tələbindən görünür ki, belə bir tələb irəli sürmək yalnız mülkiyyətçiyə aid edilmişdir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçının belə bir tələb irəli sürmək, yəni subyektiv hüququ yoxdur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-cı il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İlk iddia üzrə iddiaçı cavabdehlərə hazırda ədalətli kompensasiya təklif edir, həmin məbləğ onlara 3 il ərzində indiki şəraitlərinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verir. Qarşılıqlı iddia üzrə iddiaçılar, əgər bunun üçün iradə ifadələri və maddi imkanları olarsa, kompensasiya şəklində onlara ödəniləcək pul vəsaitinin üzərinə pul qoyaraq Göyçay şəhəri ərazisində özlərinə fərdi yaşayış evi, yaxud mənzil ala bilərlər. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən 10.800 (on min səkkiz yüz) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilməli və onlar həmin fərdi yaşayış evindən çıxarılmalıdırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılmaları eyni vaxtda icra edilməlidir. Cavabdeh1 Firuddin qızının və Cavabdeh2 İddiaçı qarşı «digər yaşayış sahəsilə təmin olunma» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 himayəsinə verilmiş 06.08.2008-ci il təvəllüdlü X4 ünvan 1 ünvanda yerləşən 7 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən 10.800 (on min səkkiz yüz) manat məbləğində pul kompensasiyası verilməsi yolu ilə xitam verilsin və onlar həmin fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılmaları eyni vaxtda icra edilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh1 Firuddin qızının və Cavabdeh2 İddiaçı qarşı «digər yaşayış sahəsilə təmin olunma» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-129/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-129/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver